Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

18.08.2026 [18:35]

Avqustun 21-28-də Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyası (CEV) qarşılaşmalara 7 ölkəni təmsil edən beynəlxalq dərəcəli hakimləri təyin edib.

Hakimlər briqadasında İsraildən Qoren Roy, Serbiyadan Vladimir Çvetkoviç, Türkiyədən Erdal Akıncı, İsveçdən Helena Persson, İtaliyadan Mikele Brunelli, Polşadan Bartlomey Adamçik və Böyük Britaniyadan Dominik Bieqaylo yer alıblar.

Qoren Roy baş hakim kimi ədalət təmsilçilərinin fəaliyyətini qiymətləndirəcək. Vladimir Çvetkoviç isə çelenc hakimi funksiyasını yerinə yetirəcək.

CEV-in qaydalarına əsasən, çempionata ev sahibliyi edən ölkənin hakimləri turnirin oyunlarına təyinat almırlar. Bu səbəbdən Azərbaycan hakimləri Bakıda keçiriləcək C qrupunun qarşılaşmalarını idarə etməyəcəklər.

Qeyd edək ki, C qrupunun bütün oyunlarında Çelenc sistemi tətbiq olunacaq. Bu səbəbdən yan xətt hakimlərinin xidmətindən istifadə edilməyəcək. Avropa çempionatında yan xətt hakimləri sonuncu dəfə 2019-cu ildə fəaliyyət göstəriblər.

Paylaş:
Baxılıb: 75 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Gündəm

Sosial

107 yaşlı DSX!

18 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31