“Tour d`Azerbaidjan-2014” Beynəlxalq velosiped turunun ikinci mərhələsi başa çatıb
09.05.2014 [09:49]
Mayın 8-də “Tour d’Azerbaidjan-2014” veloyürüşünün ikinci mərhələsi keçirilib. 25 komandanın iştirakı ilə təşkil olunan yürüşdə idmançılar saat 10:30-da Velosiped Parkından start götürməklə Böyük Qafqaz sıra dağları istiqamətində yola düşüblər və İsmayıllı rayonunadək 187 km məsafə qət ediblər.
Bu mərhələnin qalibi İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında müəyyənləşib. Finiş xəttini birinci Sloveniyanın “Adria Mobil” komandasının üzvü Primoz Roqliç keçib (4 saat, 55 dəqiqə, 2 saniyə). Ondan 1 saniyə geri qalan avstaliyalı Uilyam Klark (“Drapak Professional Cycling”) 2-ci, finişi liderdən 9 saniyə gec keçən italiyalı Rafael Andriato (“Neri Sottoli”) isə 3-cü olub.
“Synergy Baku” komandasının üzvlərindən ən yaxşı nəticəyə Aleksandr Surutkoviç imza atıb. O, liderə 15 saniyə uduzmaqla 28-ci olub. Klark ümumi hesabda liderliyi ələ alıb və göy köynəyə sahib çıxıb. Roqliç ən yaxşı dağ yürüşçüsü kimi qırmızı, sloveniyalı Matey Muqerli isə (“Adria Mobil”) ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib. Ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona (“Development Team Giant-Şimano”) verilib.
Tədbirdən sonra keçirilən mətbuat konfransında ikinci mərhələnin qalibi, sloveniyalı Primoz Roqliç “Bu qələbə mənim üçün böyük əhəmiyyət kəsb edir. Karyeramda ilk qələbəmi qazandım. Dağ finişini ötdükdən sonra qalib gələcəyimə əminlik yarandı” deyib.
“Tour d’Azerbaidjan-2014” veloyürüşündə ümumi hesabda liderliyə yüksələn avstraliyalı Uilyam Klark isə uğurunu belə dəyərləndirib: “İstərdim ki, liderin daşıdığı göy köynəyi özümdə mümkün qədər çox saxlayım. Axşam yaxşı istirahət edib, buna nail olmağa çalışacam. Azərbaycana ilk dəfə gəlirəm. Yarış əladır. Mən burada olmaqdan həzz alıram”.
“Tozlu ilk gündən sonra belə mənzərəli yerdə mübarizəyə şahidlik etmək çox maraqlı idi”. Bunu isə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, bu yarış ikinci dəfədir indiki adı ilə keçirilir: “Düşünürəm ki, iki mərhələnin yekununa əsasən bütün tələbləri yerinə yetirmişik. Qarşıdakı günlərdə daha mənzərəli yerlərdə mərhələlər olacaq. Son mərhələ isə Bakıda keçiriləcək və həmin gün daha yaxşı hava olacaq”.
Mətbuat konfransında iştirak edən Avropa Velosipedçilər İttifaqının fəxri baş katibi Ronald Hofer Azərbaycanda gördüklərindən razılıq bildirib: “Mən Azərbaycana ilk dəfə gəlirəm. Yarış çox əla təşkil olunub. Yarışın kateqoriyası 2.1-dir, amma gələcəkdə daha da yüksələ bilər. Hotellər əla, yollarda təhlükəsizlik çox gözəldir. Əminəm ki, gələcəkdə bu yarışda “Pro” komandaları da iştirak edəcək. Bu yaxınlarda Türkiyədə belə yarışda iştirak edirdim. Çox gözəl idi. Onlarda yarışın 50 illik tarixi var. Azərbaycan isə buna son 2 ildə nail olub”.
Qeyd edək ki, yarışın 3-cü günündə, yəni mayın 9-da iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (180 km) qayıdacaqlar.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

