Nino Salukvadze: Əminəm ki, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək
27.01.2015 [09:37]
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri də güllə atıcılığı üzrə beşqat dünya, 17 dəfə Avropa çempionu, Olimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı, Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nino Salukvadzedir.
O, Bakıda keçiriləcək Avropa Oyunları və bu yarışlara hazırlıqla bağlı fikirlərini AzərTAc-ın xüsusi müxbiri ilə bölüşüb.
Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsi haqqında qərarın qəbul olunması ilə bağlı məlumatı alanda çox sevindiyini vurğulayan N.Salukvadze deyib: “Bu, Azərbaycan ilə yanaşı, bizim üçün də böyük uğurdur. Bu qərara görə azərbaycanlı dostlarım kimi, mən də fəxr edirəm. Mən bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik edirəm”.
Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında çoxlu sayda qələbəsinin və medalının olduğunu vurğulayan idmançı Bakıda keçiriləcək Avropa Oyunlarına da dəvət aldığını və bu yarışlarda iştirak edəcəyini bildirərək deyib: “Bu yarışlara çox ciddi hazırlaşıram. Bilirəm, Azərbaycanda İradə Aşumova kimi güclü idmançılar var və onlar da birincilik uğrunda mübarizə aparacaqlar. Amma mən də çalışacağam ki, fürsəti əldən verməyim. Bu yarışların mənim üçün çox böyük əhəmiyyəti var. Bununla belə hamıya uğurlar arzulayıram”.
Beşqat dünya çempionu ötən ilin oktyabrında idmanın atıcılıq növləri üzrə Qəbələdəki stend və ox atıcılığı kompleksində keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində iştirak edib. Azərbaycanda idmançılara yaradılan şəraitdən, idmanın inkişafına göstərilən dövlət qayğısından məmnunluqla danışan N.Salukvadze Bakının da simasının əsaslı surətdə dəyişdiyini vurğulayıb: “Paytaxt Bakı çox dəyişib, gözəlləşib. Bakıda tikilən yeni idman kompleksləri Azərbaycanın Avropa Oyunlarına ciddi hazırlaşdığını göstərir. Əminəm ki, Azərbaycan Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil edəcək”.
N.Salukvadze deyib ki, gürcüstanlı idmançılar Avropa Oyunlarına ciddi hazırlaşırlar. Onlar da bu yarışlarda maksimum nəticə göstərmək niyyətindədirlər. Biz həm də iyulun sonu-avqustun əvvəlində Tbilisidə keçiriləcək gənclər arasında olimpiya yarışlarına hazırlaşırıq. Biz də ciddi sınaq qarşısındayıq. Bu yarışlara da 40-dan çox ölkədən, o cümlədən Azərbaycandan idmançılar dəvət olunub.
“İnanıram ki, iki dost və qonşu dövlət olan Gürcüstan və Azərbaycan bacarıq və təcrübələri, eləcə də yüksək təşkilatçılıqları ilə digər ölkələrə parlaq nümunə olacaqlar”, - deyə N.Salukvadze vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

