London Yay Olimpiya Oyunlarının çempionu “Bakı-2015”in elçisi elan edilib
12.02.2015 [09:54]
Fevralın 11-də Avropa Oyunları Əməliyyat Komitəsi britaniyalı taekvondoçu Ceyd Consun “Bakı-2015”in beynəlxalq idman elçisi olacağını elan edib.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, Ceyd Cons 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub. O, həmçinin 2011-ci ildə Koreya Respublikasının Cyoncu şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında gümüş medal qazanıb. İdmançı növbəti gümüş medala isə keçən ilin mayında Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatında layiq görülüb.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “Belə məşhur Olimpiya çempionunun “Bakı-2015”in elçisi olması ilk Avropa Oyunları üçün böyük nailiyyətdir. Bu, yüksək səviyyəli peşəkar idmançıların Oyunlara cəlb ediləcəyinə sübutdur. Əminəm ki, Ceyd Cons beynəlxalq idman elçisi kimi, Avropa Oyunlarını Böyük Britaniyada uğurla təbliğ edəcək. Biz onun bu yay Bakıda keçiriləcək Avropa Oyunlarında müvəffəqiyyətlə çıxış edəcəyinə ümid bəsləyirik”.
İyirmi yaşlı Ceyd Cons isə bununla əlaqədar bildirib: “Bakı-2015” Avropa Oyunlarının idman elçisi adına layiq görüldüyümə görə çox şadam. Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəfdir. Qitənin çoxnövlü idman yarışlarının keçirilməsi avropalı atletlər üçün çox vacibdir. Əsas hədəfim taekvondo üzrə birinci Avropa Oyunlarının çempionu olmaqdır”.
Britaniya Olimpiya Assosiasiyasının “Bakı-2015”ə qatılacaq nümayəndə heyətinin rəhbəri Mark Enqland qeyd edib: “Ceyd Consun “Bakı-2015”in beynəlxalq idman elçisi olması britaniyalı idmançıların Avropa Oyunlarına həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var. İdman elçisi proqramı qarşıdan gələn Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək”.
Ceyd Cons “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçiləri seçilmiş fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen və Serbiyanın basketbol 3x3 komandasının üzvləri Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçə qoşulur. Oyunların digər idman elçilərinin adları yaxın vaxtda açıqlanacaq.
“Bakı-2015”in beynəlxalq elçiləri öz idman növlərini təmsil və ilk Avropa Oyunlarını təbliğ etmək üçün bütün qitədə, o cümlədən mediada həyata keçirilən geniş marketinq kampaniyalarına qatılacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

