Göygöllülərin məşəl sevinci
16.05.2015 [12:05]
Mayın 15-də birinci Avropa Oyunlarının məşəli Azərbaycanın səfalı guşələrindən olan Göygölə gətirilib.
AZƏRTAC xəbər verir ki, Göygöl rayonunun Bayraq meydanında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində gül-çiçək, üçrəngli Azərbaycan bayraqları tutmuş minlərlə rayon sakini yürüş iştirakçılarını alqışlarla qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında Göygöl rayon peşə məktəbinin bədən tərbiyəsi müəllimi Təhminə Əliyeva birinci Avropa Oyunlarının məşəlini qəbul edib. Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı məşəli Heydər Əliyev prospektindən keçməklə, Heydər Əliyev Mərkəzinin qarşısında qurulmuş səhnəyə gətirib. Buraya toplaşanlar Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları alqışlarla qarşılayıblar.
Şəhər 1 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi, idman ustalığına namizəd Vüqar İbrahimov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra məşəldən götürülmüş alovla yandırılan çıraq rayon sakinlərinə təqdim edilib. Bildirilib ki, bu çıraq ilk Avropa Oyunları başa çatana qədər Heydər Əliyev Mərkəzində yanacaq.
Rayon sakinləri birinci Avropa Oyunlarının məşəlinin Göygöldə alovlandırılmasını əsl bayram kimi qeyd edirlər. Təntənəli qarşılanma mərasimində iştirak edən Balçılı kənd orta məktəbinin müəllimi Bünyad Balakişiyev sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bir gənc olaraq bu gün çox sevinirəm. Qürur hissi duyuram ki, belə bir tədbirin keçirilməsi bizim gənclik dövrümüzə təsadüf etdi. İstərdik ki, belə tədbirlər ölkəmizdə tez-tez olsun. Çünki Azərbaycanın belə mötəbər yarışlara ev sahibliyi etməsi onun şöhrətini daha da artırır. Bu, hər bir azərbaycanlı gənc üçün qürurdur və biz bu uğurlarımızla fəxr edirik”.
Rayon sakini Zöhrə Zeynalova ölkəmizin bu cür idman tədbirlərinə ev sahibliyi etməsinin Azərbaycanda düzgün idman siyasətinin həyata keçirilməsi ilə əlaqələndirib: “Fəxr edirəm ki, ilk Avropa Oyunları ölkəmizdə keçirilir. Bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur. Azərbaycan bu uğura idman sahəsində qazandığı nailiyyətlərlə, yaratdığı infrastrukturla, özünün iqtisadi inkişafı ilə nail olub”.
Şəhər musiqi məktəbinin müəllimi Aygül Əliyeva isə ürək sözlərini belə ifadə edib: “Azərbaycanda belə möhtəşəm tədbirin keçirilməsi müstəqil respublikamızın ən böyük uğurlarından biridir. Əminəm ki, ev sahibliyi etdiyimiz ilk Avropa Oyunlarında idmançılarımız böyük qələbələr qazanacaqlar”.
Qarşılanma mərasimində çıxış edənlər vurğulayıblar ki, respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da idmana xüsusi diqqət və qayğı göstərilir. Keçən il dövlətimizin başçısının xeyir-duası ilə rayonda Olimpiya İdman Kompleksi istifadəyə verilib. Hazırda rayon mərkəzində, eləcə də kənd və qəsəbələrdə çoxlu sayda idman obyektləri fəaliyyət göstərir ki, bunun da nəticəsində hər il onlarla idmançı dünyanın ən mötəbər yarışlarında Azərbaycanı təmsil edir.
Sonra birinci Avropa Oyunlarının məşəli Gəncəyə yola salınıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

