Avropa Oyunlarının məşəli Zaqatalada şölələndi
26.05.2015 [10:10]
Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli mayın 23-də axşam saatlarında “qızılgüllər diyarı” Zaqatalaya gətirilib.
Zaqatala rayonu hazırda özünün yeni inkişaf dövrünü yaşayır. Regionların sürətli inkişafını bu gün Zaqatalanın timsalında da aydın görmək olar. Son illər rayonun şəhər, qəsəbə və kəndləri büsbütün simasını dəyişib, onlarla yeni sosial obyekt istifadəyə verilib, yol infrastrukturu yenilənib, əhalinin həyat səviyyəsi yüksəlib. Rayonda digər sahələr kimi, idmanın inkişafına da xüsusi diqqət göstərilir. Zaqatala şəhərində Olimpiya İdman Kompleksinin, stadionun, müasir idman qurğularının istifadəyə verilməsi rayon idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda uğur qazanmalarına müsbət təsir göstərir.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zaqatala şəhərinin Dövlət Bayrağı meydanına toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.
Budo döyüş növləri üzrə dünya çempionu, idman ustası Təbriz Balaxanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. O, nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli növbəti iştirakçıya - 2011-ci ildə Belqradda keçirilmiş XXI Beynəlxalq şahmat festivalının qalibi Xədicə Xəlilovaya ötürüb.
Məşəldən alovlandırılan “Bakı-2015”-in çırağı ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.
Mərasim atəşfəşanlıqla başa çatıb.
Məşəl estafetinin növbəti ünvanı Qax rayonu olub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56

