/ / “Bakı-2015” birinci Avropa Oyunlarının Məşəl proqramının Bakıdan keçəcək marşrutu ictimaiyyətə açıqlanıb
“Bakı-2015” birinci Avropa Oyunlarının Məşəl proqramının Bakıdan keçəcək marşrutu ictimaiyyətə açıqlanıb
03.06.2015 [09:14]
İyunun 2-də “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” birinci Avropa Oyunlarının Məşəl proqramının Bakıdan keçəcək marşrutu ictimaiyyətə açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasından bəhs edən videoçarx nümayiş olunub.
Mötəbər yarışın başlanmasına 10 gün qaldığını bildirən gənclər və idman naziri Azad Rəhimov ölkəmizin “Bakı-2015”-ə tam hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, arenalar artıq yarışların keçirilməsi üçün hazır vəziyyətdədir. Yaxın günlərdə qonaqların qarşılanmasına başlanılacaq.
Nazir deyib: “Beş gündən sonra birinci Avropa Oyunlarının məşəli Bakıya gətiriləcək. Məşəl 150 nəfərlik nümayəndə heyətinin müşayiəti ilə paytaxtda nümayiş olunacaq. Məşəl proqramının Bakı marşrutuna iyunun 7-də start veriləcək və paytaxtımız bayram ab-havasına bürünəcək. Bütün paytaxt sakinlərini bu həyəcanın bir parçası olmağa çağırıram”.
Sonra “Bakı-2015” birinci Avropa Oyunlarının Məşəl estafetindən bəhs olunan videoçarx təqdim edilib.
“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq vurğulayıb ki, birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan qitə miqyaslı tədbirin təşkilatçısı kimi bütün imkanlara malikdir. İnsanların coşqu və enerjisi, birinci Avropa Oyunlarına olan istəkləri məşəl estafeti zamanı təşkil olunacaq şənliklərlə yadda qalacaq. Çox sevindirici haldır ki, paytaxt sakinləri də məşəl həyəcanını yaşamağa hazırlaşırlar.
Saymon Kleq qeyd edib ki, “Bakı-2015”-in başlanmasına artıq sayılı günlər qalıb. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunları zamanı qitənin idman nəbzi ölkəmizdə atacaq. Bir neçə gün əvvəl Media kəndi istifadəyə verilib və artıq burada 50 mətbuat nümayəndəsi yerləşib. Mətbuat nümayəndələrinin ölkəmizə gəlməsi hələ də davam edir.
“Bakı-2015”-in mərasimlər üzrə şöbəsinin prodüseri Keyt Hinçlayf Məşəl proqramının Bakı marşrutu barədə məlumat verib. Bildirib ki, iyunun 7-də məşəl Bakıya gətiriləcək. Ertəsi gün birinci Avropa Oyunlarının təşkil olunacağı doqquz idman obyektindən keçəcək. İyunun 9-da isə İçərişəhərə səyahət edəcək. Bir gün sonra məşəl Bakının mədəniyyət və memarlıq obyektlərinə gətiriləcək. İyunun 11-də məşəl Qız Qalasında olacaq və ertəsi gün birinci Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionuna gətirilməzdən əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq.
Qeyd edək ki, birinci Avropa Oyunlarında qitənin 6 mindən çox idmançısı birincilik uğrunda mübarizə aparacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

