Panamerika Oyunlarının təşkilatçıları pulları necə puç edirlər?
09.06.2015 [10:00]
Bir neçə gündən sonra başlanacaq birinci Avropa Oyunları beynəlxalq mediada müzakirə olunur.
Trend-in məlumatına görə, televiziya kanallarında, aparıcı nəşrlərdə, informasiya agentliklərində, habelə sosial şəbəkələrdə bu yarışlarla bağlı obyektiv məlumatlarla yanaşı, həqiqiliyi şübhə doğuran iddialar da öz əksini tapır. Məsələn, məhz birinci Avropa Oyunları ilə bağlı Azərbaycan hökumətinin ölkənin idman infrastrukturunun inkişaf etdirilməsinə milyardlarla dollar vəsait xərclədiyinə dair fərziyyələr irəli sürülür .
Əslində, Azərbaycan hökuməti birinci Avropa Oyunlarının təşkili ilə bağlı dövlət büdcəsindən 950 milyon manat ayrıldığını bəyan edib. Bununla yanaşı, hökumət rəsmiləri bildiriblər ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərardan xeyli əvvəl ölkənin idman potensialının inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramı qəbul olunub. Dövlət Proqramının əsas məqsədi Azərbaycanın idman infrastrukturunu qitə və dünya miqyaslı tədbirlərin keçirilməsi üçün hazırlamaqdır. Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdikdən sonra isə Dövlət Proqramının icrası bir az da sürətləndirilib.
Azərbaycanda ilk Avropa Oyunlarına hazırlıq beynəlxalq mediada ciddi müzakirə olunsa da, hansısa səbəbdən, bu il iyulun 10-da Kanadanın Ontario ştatının Toronto şəhərində start götürəcək XVII Panamerika Oyunları diqqətdən tam kənarda qalıb. Bu günlərdə həmin tədbirin təşkilinə sərf olunan vəsaitin həcmi və təyinatı haqqında açıqlanan xəbərlər Azərbaycanda birinci Avropa Oyunlarının büdcəsi ilə bağlı irəli sürülən tənqidi fikirləri ciddi şübhə altına alır.
Belə ki, Cənubi və Şimali Amerika ölkələrinin iştirak edəcəyi Panamerika Oyunlarının büdcəsi birinci Avropa Oyunlarının büdcəsindən 2,5 dəfə çoxdur. Birinci Avropa Oyunları üçün 950 milyon dollar vəsait nəzərdə tutulduğu halda, Panamerika Oyunlarının büdcəsi (1,4 milyard dollar) ilkin hesablamaları 1,1 milyard dollar keçərək 2,5 milyard dollara çatıb. Baxmayaraq ki, Panamerika Oyunlarının rəsmiləri büdcədən kənara çıxılmayacağını bəyan etmişdilər. Üstəlik, idman obyektlərinin vaxtında istifadəyə verilməsi məsələsində də ciddi problemlər müşahidə olunmaqdadır.
İyulun 10-da başlayıb 26-da başa çatacaq Panamerika Oyunlarında 41 ölkədən 7 minə yaxın idmançı iştirak edəcək və onlar 36 idman növündə 364 medal uğrunda yarışacaqlar.
Müqayisə üçün qeyd edək ki, birinci Avropa Oyunlarında 50-yə yaxın ölkədən 20 idman növü üzrə 6000 idmançı 253 medal uğrunda mübarizə aparacaq.
Kanadada indiyədək təşkil edilmiş ən böyük idman tədbirinin xərcləri də Panamerika Oyunlarının tarixində rekorddur. “Toronto-2015”in təşkilinə 2,5 milyard ABŞ dolları xərclənib. Lakin 2011-ci ildə Meksikanın Quadalaxara şəhərində keçirilmiş əvvəlki Panamerika Oyunlarının xərci cəmi 750 milyon dollar təşkil edib. Oyunlardan gələcək gəlirin həcmi isə xərclərin 10 faizindən də azdır. Təşkilat komitəsi 172 milyon Kanada dolları gəlir əldə etməyi gözləyir.
Oyunlar 30 idman arenasında keçiriləcək ki, bunlardan əsasən kiçik obyektlər olmaqla 10-u yeni inşa edilib. Daha 14-ü isə yenidən qurulub və ya əsaslı təmir olunub.
Təkcə atletlər kəndinin inşasına 567 milyon dollardan çox pul qoyulub. Daha 190 milyon ABŞ dolları təhlükəsizliyin təmin olunmasına, 70 milyon isə nəqliyyata xərclənib. Maraqlıdır ki, Panamerika Oyunları Məşəlinin ölkə turuna 60 milyon ABŞ dolları xərclənib.
Bununla yanaşı, idman obyektlərinin vaxtında istifadəyə verilməsi məsələsində problemlər müşahidə olunur, onların inşasına nəzərdə tutulandan daha çox vəsait xərclənir. Məsələn, Centennial Park BMX Centre-nin büdcəsi 1,54 milyon dollardan 4 milyon dollara (az qala 3 dəfə), Cookstown Panam Atıcılıq Mərkəzinin büdcəsi isə 2,5 milyon dollardan 6,2 milyon dollara (2,5 dəfə) qədər artıb.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təşkilindən xərclərinə, iştirakçılardan Oyunların keçiriləcəyi məkanlara, açılışında iştirak edəcək liderlərdən yollardakı xüsusi zolaqlaradək bütün təfərrüatları bəzi hallarda qərəzli şəkildə tənqid edən xarici medianın nədənsə Kanadanın Panamerika macərasına biganə qalması düşündürücüdür.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11

