Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Birinci Avropa Oyunları “Okna TASS” tablolarında

Birinci Avropa Oyunları “Okna TASS” tablolarında

18.06.2015 [09:23]

Rusiyanın TASS Dövlət İnformasiya Agentliyi “Okna TASS” fotoinformasiya tablolarında AZƏRTAC-ın fotomüxbirlərinin Bakıda birinci Avropa Oyunlarının açılışı mərasimindən və yarışlarından çəkdikləri fotoşəkilləri yerləşdirməkdə davam edir.
Bu barədə MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının (İnformasiya Şurasının) Minskdə keçirilmiş XX iclasında AZƏRTAC-ın baş direktoru Aslan Aslanov ilə TASS-ın baş direktoru Sergey Mixaylov arasında razılaşma əldə edilib.
Fotoşəkillərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Bakıdakı görüşü, RF Prezidentinin Bakıda Rusiya yığmasının üzvləri ilə görüşü, Oyunların açılışından parlaq məqamlar, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışı, habelə bədii gimnastika, sinxron üzgüçülük, güləş və digər idman növləri üzrə yarışlardan məqamlar əks etdirilib. Moskvalılar və paytaxtın qonaqları tarixdə ilk Avropa Oyunlarının keçirildiyi olimpiya obyektlərinə tamaşa etmək imkanı əldə ediblər.

 
Paylaş:
Baxılıb: 3041 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30