/ / Birinci Avropa Oyunlarında medal qazanan daha bir neçə idmançımız Milli Olimpiya Komitəsində mükafatlandırılıb
Birinci Avropa Oyunlarında medal qazanan daha bir neçə idmançımız Milli Olimpiya Komitəsində mükafatlandırılıb
19.06.2015 [09:45]
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tərəfindən “Bakı-2015” birinci Avropa Oyunları yarışlarının qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə təşkil olunan “Zəfər günləri” adlı xüsusi tədbir davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 18-də də Komitənin binasının qapıları birinci Avropa Oyunları yarışlarında qələbə qazanan idmançılarımızla görüşmək istəyən insanların üzünə açıq olub.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, birinci Avropa Oyunları yarışlarının altıncı günündə atletlərimiz 3 qızıl, 1 bürünc medal qazanaraq öz parlaq qələbələri ilə tarix yazıblar.
Qalibləri təbrik edən Ç.Hüseynzadə deyib: “Bizim zəfər günlərimiz davam edir. İnanırıq ki, idmançılarımız sonrakı günlərdə də ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqlar və burada onlarla bir yerdə qələbə sevincini bölüşəcəyik”.
MOK-un vitse-prezidenti diqqətə çatdırıb ki, Avropa ölkələri olimpiya komitələrinin prezidentləri Azərbaycana heyran olduqlarını və “Bakı-2015”-in təşkilati işlərinin yüksək səviyyədə qurulduğunu bildirirlər.
Azərbaycanın qızıl medalçıları Toğrul Əsgərov, Xetaq Qazyumov və Ayxan Tağızadəyə, bürünc medal qazanan Cəbrayıl Həsənova MOK-un hədiyyələri təqdim olunub. Azərbaycana qələbə sevinci yaşadan atletlərimiz səhnədə quraşdırılmış lövhəyə öz imzalarını atıblar.
“Məşqlərin bəhrəsini gördüm və Azərbaycana qızıl medallardan birini də mən qazandırdım. Qələbə çox şirin duyğudur. Məqsədim uğurumu “Rio-2016” Olimpiya Oyunlarında təkrarlamaqdır”. Bu sözləri jurnalistlərə müsahibəsində birinci Avropa Oyunlarında taekvondo üzrə qızıl medal qazanan idmançımız Ayxan Tağızadə deyib. O, idmançılara göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə və Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkür edib.
Tədbirdə idmançıların birinci Avropa Oyunları yarışlarında qazandıqları parlaq qələbələrdən bəhs edən görüntülər nümayiş olunub.
MOK-un iyunun 14-dən start verdiyi “Zəfər günləri” adlı xüsusi tədbir ayın 29-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06

