Birinci Avropa Oyunlarının ulduz elçiləri mükafatlandırılıb
02.07.2015 [09:55]
İyulun 1-də “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) inzibati binasında mötəbər yarışın ulduz elçilərinin missiyasının başa çatması münasibətilə mükafatlandırma mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq yarışların yüksək səviyyədə təşkil edildiyini və Azərbaycanın dünyanın idman tarixində yeni səhifə açdığını diqqətə çatdırıb. O deyib: “Birinci Avropa Oyunlarının uğuruna verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Gərgin iş qrafikinizin olmasına baxmayaraq Oyunların təbliğinə geniş vaxt ayırdınız. “Bakı-2015”in məşəlinin “Atəşgah” məbədindən alovlandırıldığı gündən Azərbaycanın regionlarına səfərinədək ulduz elçilər xalqın arasında oldular, onları yarışlara səslədilər və təmsil etdikləri idman növünü təbliğ etdilər”.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ulduz elçilərimizin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Vurğulanıb ki, birinci Avropa Oyunları ərəfəsində ulduz elçilərin seçimi prosesi çox çətin oldu. Həmin şəxslər fanatlarının və sosial şəbəkələrdə izləyicilərinin sayı ilə müəyyən edildi. Ölkəmizdə populyar insanlar Oyunlara cəlb edildilər və bunun uğurlu nəticəsi də göz qabağındadır.
Birinci Avropa Oyunlarının ulduz elçisi Azər Qərib “Bakı-2015”in bir parçası olduğu üçün özünü xoşbəxt hiss etdiyini və mötəbər yarışın təkcə ölkəmizdə deyil, bütün dünyada maraqla izləndiyini diqqətə çatdırıb.
Sonda “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçilərinə sertifikat və xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

