“World Skills Final”da Azərbaycanı təmsil edəcək qalibin adı açıqlandı
03.10.2015 [11:07]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası “Mançester Yunayted” Futbol Məktəbinin təşkilatçılığı ilə “Bayıl Arena” stadionunda baş tutan Bakı Bacarıqlar Yarışının nəticələri bəlli olub. Şirkətdən verilən məlumatda qeyd olunur ki, Mançester şəhərinin “Old Trafford” stadionunda keçiriləcək “World Skills Final” oyunlarında Azərbaycanı təmsil etmək üçün hazırda “Mançester Yunayted” Futbol Məktəbində təlim keçən 43 oyunçudan 42 nəfəri seçmə oyunlarında iştirak ediblər. Seçim prosesi zamanı gənc futbolçular “Mançester Yunayted” qəhrəmanlarından öyrəndikləri təcrübə ilə təkmilləşdirilmiş futbol bacarıqlarını nümayiş etdiriblər. Ən çox xal toplayan 11 yaşlı Nicat Quliyev Böyük Britaniya və bütün dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə birgə bacarıqlar yarışmasında Azərbaycanı “Mançester Yunayted” Futbol Məktəbini təmsil edəcək.
“Məktəbimizin 2014-cü ilin oktyabr ayındakı açılışından bəri görülən böyük işlərə və göstərdikləri səylərə görə bütün valideynlərə, uşaqlara və Bakı “Mançester Yunayted” Futbol Məktəbinin işçi heyətinə təşəkkür edirəm. Bakıdakı bu yarış bizim burada, bu məktəbdə nələr yaratmağa çalışdığımızı, əyləncə, motivasiya, iştirak, müsbət öyrənmə mühitində sağlam rəqabəti çox gözəl əks etdirən bir hadisədir. Yarışlarda qalib gəlmiş Nicat Quliyevi təbrik edirik. Mançesterə səyahət edib “Arzular Teatrında” əsas yığmanın məşqlərini və oyunlarını seyr etmək, “World Skills Final”da dünyanın müxtəlif guşələrindən, Asiya, Avropa və Amerika qitəsindən bu oyunlara qatılan digər futbolçularla yarışaraq bizim məktəbimizi və Azərbaycanı təmsil etmək onun üçün böyük bir həyat təcrübəsi olacaq! Məktəbimizdə oxuduğu müddətdə həm meydançada, həm də meydançadan kənarda var gücü ilə çalışmış və hamının hörmətini qazanmış Nicat Bakı “Mançester Yunayted” Futbol Məktəbinin “elçi”si adına, həqiqətən, layiqdir və bizim hamımız ona bu səfərində uğurlar arzulayırıq. Bir daha hamıya, o cümlədən, göstərdikləri davamlı dəstəyə görə “Bakcell” şirkətinə və AFFA-ya təşəkkürümüzü bildiririk. Qoy uşaqlar futbol oynasın!” - deyə Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennet bildirib. Məlumatda həmçinin qeyd olunur ki, 2015-ci ildən başlayaraq, Bakıdakı “Mançester Yunayted” Futbol Məktəbində “World Skills Final” oyunlarına seçimlər müntəzəm şəkildə keçiriləcək. Məktəbdə təlim keçən uşaqlardan hər il bir nəfər seçilərək adıçəkilən oyunlarda iştirak etmək üçün Mançesterə göndəriləcək. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində “Bakcell” şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə “Mançester Yunayted” azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

