Azərbaycan avarçəkənləri XXXI Yay Olimpiya Oyunlarında medallar uğrunda yarışacaqlar
18.08.2016 [11:01]
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə - avqustun 17-də Azərbaycan avarçəkənləri uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə Azərbaycan idmançısı Valentin Demyanenko seçmə yürüşə qatılıb. Bu mərhələdə onun rəqibləri bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, “Bakı-2015” birinci Avropa Oyunlarının qalibi litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olublar. Məsafəni 39,749 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.
Azərbaycan idmançısı Valentin Demyanenko yarımfinalda almaniyalı Stefan Kiraj, gürcüstanlı Zaza Nadiradze, portuqaliyalı Helder Silva, macarıstanlı Conatan Haydu, Yuri Çeban (Ukrayna) və Kanada avarçəkəni Mark Olderşava qarşı yarışıb. Yarımfinalda məsafəni 40.298 saniyəyə qət edən idmançımız finala adlayıb. Final yürüşü avqustun 18-də keçiriləcək.
Daha sonra qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşlərə start verilib. Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya seçmə yürüşü uğurla başa vurub. İdmançımızın bu mərhələdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olublar. Yürüşü bir dəqiqə 51.750 saniyəlik nəticə ilə tamamlayan idmançımız qrup lideri kimi yarımfinala yüksəlib. Sloveniyalı Spela Ponomarenko Yaniç, Böyük Britaniya təmsilçisi Raçel Kavtorn, Bridcit Hartley (Cənubi Afrika Respublikası), kanadalı Emile Fournel, portuqaliyalı Tereza Portela və almaniyalı Fransiska Veberə qarşı yarışan kayakçımız yarımfinalda məsafəni 1 dəqiqə 57,627 saniyəyə qət edərək finala vəsiqə qazanıb. Qalib avqustun 18-də müəyyənləşəcək.
Qeyd edək ki, avqustun 17-də, həmçinin Azərbaycan atleti Hayle İbrahimov 5 min metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 19-cu olub və finala vəsiqə qazana bilməyib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

