Olimpiya Oyunlarında qazanılan uğur ölkəmizdə idmanın inkişafının ifadəsidir
31.08.2016 [09:25]
Bu, Azərbaycan idmançılarını gələcək beynəlxalq yarışlarda yeni qalibiyyətlərə ruhlandırır
Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurları Azərbaycan cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanır. Olimpiya Oyunlarının ümumi nəticələrinə əsasən idmançılarımızın əldə etdiyi nailiyyətlər təqdir edilməklə yanaşı, xüsusi olaraq vurğulanır ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı, eləcə də idmançılarımızın yüksək nəticələr əldə etməsi üçün yaradılan şərait bayrağımızın mötəbər yarışlarda dalğalanmasını şərtləndirən mühüm komponentlərdəndir. Daha dəqiq desək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, həmçinin əldə edilən uğurlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına yol açıb. Qeyd etdiyimiz kimi, idmançılarımızın sonuncu Olimpiya Oyunlarındakı yüksək səviyyəli çıxışı hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Məsələn, bu haqda öz fikirlərini bizimlə bölüşən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov bildirib ki, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının nəticələri ölkəmiz üçün uğurlu oldu. Onun sözlərinə görə, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır.
“Təbii ki, qazanılan bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi xüsusi diqqətin nəticəsidir. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra Azərbaycanda idmanın inkişafında yeni mərhələ başladı. Bu istiqamətdə görülən ardıcıl və səmərəli tədbirlər Azərbaycan idmanının inkişafını şərtləndirən əsas amillərdən biri oldu. Hazırda Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb”, - deyə A.Hüseynov vurğulayıb.
“Azərbaycan olimpiyaçıları bu dəfə də ölkəmizi ləyaqətlə təmsil etdilər”. Bunu isə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva vurğulayıb ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir: “Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Ulu öndər Heydər Əliyevin idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etməkdədir. Dövlət idmana və idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar. Məhz “Rio-2016” Olimpiadası da bu baxımdan istisna olmadı”.
Deputat bildirib ki, müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmaqla o dövr üçün rekorda imza atmış idmançılarımız “Rio-2016”da da bayrağımızı yüksəldərək, himnimizi səsləndirərək 18 medal qazandılar: “On altı günlük gərgin idman mübarizəsindən sonra aktivində bir qızıl, yeddi gümüş və on bürünc medal olan yığma komandamız ümumilikdə 18 medal qazandı və bu göstərici ilə Olimpiadanı 39-cu sırada başa vurdu. Məhz bu, ən güclü dövlətlər arasında mübarizə aparan Azərbaycanda yeni və sağlam gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür. Elə bu faktor da əmin edir ki, ölkəmizi təmsil edən idmançılarımız bundan sonra da bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər”.
Milli Məclisin deputatı Tahir Mirkişili öz növbəsində bildirib ki, Olimpiya Oyunları ən güclülərin yarışıdır: “Olimpiya Oyunlarında iştirak belə böyük uğur sayılır. Bu baxımdan Rioda keçirilən XXXI Yay Olimpya Oyunları da öz rəngarəngliyi, idmançıların yeni rekordları və həm də qalmaqalları ilə yadda qaldı. Azərbaycan əvvəlki London Yay Olimpiya Oyunlarından fəqrli olaraq budəfəki yarışlara daha çox idmançı ilə qatılmışdı. Və əldə olunan medalların idmançıların sayına nisbətinə görə Azərbaycan dünyada 1-ci yerə, ümumi medal sayına görə dünyada 15-ci, Avropada 7-ci, müsəlman ölkələri arasında 1-ci, MDB ölkələri arasında 2-ci yerə çixdı. Bunlar çox böyük uğurlardır. London Olimpiya Oyunlarında ölkəmizi 53, Rio Olimpiya Oyunlarında isə 56 idmançı təmsil edirdi. Əgər London Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanmışdılarsa, Rio Olimpiya Oyunlarında qazanılan medalların sayı 18 oldu. Bu bizim idmançıların çox böyük uğurunun və əzmkarlığının nəticəsi idi”.
YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov bildirib ki, Olimpiya Oyunlarında nailiyyətlər əldə etmək çətin olduğu qədər də şərəflidir: “Bunun üçün illər uzunu əzmkarlıqla məşq etmək və qələbə ruhuna sahib olmaq lazımdır. Ölkəmizdə əvvəlcə idmançıların yetişməsi üçün bütün şərait yaradıldı. Olimpiya kompleksləri, müxtəlif idman qurğularının tikilməsi idmanın inkişafı üçün bazanı formalaşdırdı. Daha sonra idmançılara xüsusi qayğı və diqqətin göstərilməsi, onlara maddi və mənəvi dəstəyin verilməsi onları daim qələbələrə ruhlandırdı. Azərbaycan Prezidentinin hər zaman idmançıların yanında olması, əksər hallarda Onun idman yarışlarını şəxsən izləməsi, qalibləri şəxsən təbrik etməsi idmançılara qələbə ruhunu aşıladı. Hesab edirəm ki, Azərbaycan idmançılarının qalibiyyətlərinin sirri məhz bu amillərlə bağlıdır”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də Azərbaycan idmançılarının Rioda keçirilən XXXI Yay Olimpiya Oyunlarındakı uğurlarının bütün xalqımızı sevindirdiyini deyib. T.Tağıyev bildirib ki, qazanılan hər medal, Azərbaycan bayrağının dalğalanması və himnimizin səsləndirilməsi qürurvericidir. Onun sözlərinə görə, 56 idmançımızın təmsil olunduğu mötəbər idman tədbirində qazanılan 18 medal Azərbaycanın idman sahəsində inkişafının göstəricisidir. “Bu, ölkə Prezidenti cənab İlham Əliyevin idmana və gənclərin inkişafına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycanın, demək olar ki, bütün bölgələrində idman kompleksləri var. Gənclərin bu sahəyə marağı gündən-günə artır. Bu həm idmana olan dövlət qayğısının, həm də idmançılarımızn uğurlarının sayəsində baş verir”, - deyə təşkilat sədri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47

