Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib
15.09.2016 [10:16]
Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının sentyabrın 13-də Milli Gimnastika Arenasında təntənəli bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.
On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.
Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra 42-ci Ümumdünya Şahmat Olimpiadasında müxtəlif kateqoriyalar üzrə qalib gələn komandaların üzvlərinə medallar təqdim olunub. Mükafatçılara Azərbaycanın milli geyimlərinin əsas komponentlərindən olan papaq və şal da hədiyyə edilib.
Qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.
Mükafatlandırma mərasimindən sonra çıxış edən FIDE-nin prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirərək deyib: “Yarışın təşkilatçıları irimiqyaslı şahmat turnirlərinin təşkilində yeni standart müəyyənləşdirdilər. Növbəti Olimpiadanın təşkilatçıları bu səviyyəyə nail olmaq üçün çox çalışmalıdılar. Biz bu gün möhtəşəm yarışı başa vururuq. Ancaq sabah minlərlə gənc qız və oğlan idmanın bu növü ilə məşğul olmağa başlayacaq və şahmatın incəliklərini öyrənməyə çalışacaqlar. İnanıram ki, biz qonaqpərvərliyi ilə seçilən Azərbaycana yenidən qayıdacağıq”.
Şahmatın inkişafına davamlı dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Kirsan İlyumjinov ölkəmizin mötəbər beynəlxalq yarışlara həmişə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançıların və qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
Sonra FIDE-nin bayrağı arenaya gətirilib və beynəlxalq şahmat qurumunun himni səsləndirilib.
Növbəti Olimpiadanın keçiriləcəyi ölkəyə FIDE-nin bayrağının təqdim edilməsi üçün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili səhnəyə dəvət olunublar.
Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının müvəffəqiyyətlə başa çatması münasibətilə təbriklərini çatdıraraq deyib: “Ümid edirəm ki, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar. 175 ölkədən ən güclü şahmatçıların mübarizə apardıqları dünyanın ən mötəbər şahmat turnirinin yüksək səviyyədə keçirilməsi həqiqətən böyük uğurdur”.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran nazir gələn il ölkəmizdə daha bir irimiqyaslı yarışın - IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini bildirib. A.Rəhimov növbəti Olimpiadaya ev sahibliyi edəcək Gürcüstana müvəffəqiyyətlər arzu edib.
Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili növbəti - 43-cü Olimpiadanın Batumidə təşkil olunacağını xatırladaraq, bu baxımdan azərbaycanlı həmkarlarının təcrübələrindən yararlanmaq üçün səmərəli əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu dostluq və əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən qonaq buna görə Gürcüstan hökuməti adından minnətdarlığını bildirib.
Gürcüstan şahmat məktəbinin uğurlarından danışan T.Xeçikaşvili 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasının Batumidə yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O, rəhbərlik etdiyi İdman və Gənclərlə İş üzrə Nazirliyin, həmçinin ölkəsinin Şahmat Federasiyasının bu istiqamətdə əlindən gələni edəcəyini deyib.
Qonaq çıxışının sonunda Gürcüstanda idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi fəal dəstəyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib.
Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.
Daha sonra 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri ilə bağlı videoçarx nümayiş olunub.
Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” musiqi qrupunun çıxışı ilə davam edib.
Sonda Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadənin ifa etdiyi “Sarı gəlin” xalq mahnısı tamaşaçılar tərəfindən yüksək coşqu ilə qarşılanıb.
Bununla da Bakıda yüksək səviyyədə keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

