FIDE rəhbəri Şahmat Olimpiadasının uğurlu təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib
16.09.2016 [14:05]
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan Şahmat Federasiyasına təşəkkürünü bildirib.
FIDE prezidenti AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Bakıda keçirilən Şahmat Olimpiadasını həm yüksək səviyyədə təşkilinə, həm də iştirakçıların tərkibinə görə tarixdə ən yaxşı Olimpiada adlandırmaq olar. Yarışlarda dünyanın bütün əsas beynəlxalq qrossmeysterləri iştirak edirdilər. Onların arasında hazırkı dünya çempionları da var idi. Partiyalar, gedişlər də olduqca maraqlı idi. Olimpiada möhtəşəm “Baku Crystal Hall”da keçirilirdi. Həmin zalda iştirakçılar üçün sərgilər, ekskursiyalar təşkil olunmuşdu. Azərbaycan Prezidenti bizə oyunlardan sonra asudə vaxtlarda ölkənin mədəniyyəti, adət-ənənələri ilə tanış olmağı tövsiyə etmişdi. İki həftə ərzində Olimpiadanın iki minədək iştirakçısı əmin oldu ki, Azərbaycan dünyanın şahmat paytaxtlarından biri olmaqla yanaşı, qədim adət-ənənələrinə və mədəniyyətinə sadiq olan inkişaf etmiş ölkədir”.
K.İlyumjinov Azərbaycanın qədimliyi ilə bərabər, həm də yüksək texnologiyaların inkişaf etdiyi, müasir binaların inşa edildiyi ölkə olduğunu söyləyib. “Hər şey ürəyimizcə oldu. Şahmatçılar Bakıdan getmək istəmirdilər və ümid edirlər ki, bu gözəl şəhərə bir daha qayıdacaqlar”, - deyə FIDE-nin prezidenti vurğulayıb.
Azərbaycanın hazırda dünyanın idman paytaxtına çevrildiyini diqqətə çatdıran K.İlyumjinov deyib: “Mən birinci Avropa Oyunları zamanı Bakıda idim. Bu il ölkənizdə “Formula-1” Avropa Qran-prisi keçirildi. Qarşıda isə bizi IV İslam Həmrəyliyi Oyunları gözləyir. Beynəlxalq idman qurumlarının nümayəndələri Azərbaycan rəhbərliyindən, Gənclər və İdman Nazirliyindən çox şey öyrənə bilərlər. Düşünürəm ki, IV İslam Həmrəyliyi Oyunları bu sahədə daha bir nümunə olacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22

