/ / Dünya İdman və Mədəniyyət Forumu təcrübə mübadiləsi və ikitərəfli müzakirələr üçün əlverişli şərait yaradıb
Dünya İdman və Mədəniyyət Forumu təcrübə mübadiləsi və ikitərəfli müzakirələr üçün əlverişli şərait yaradıb
22.10.2016 [00:41]
Tokioda keçirilən Dünya İdman və Mədəniyyət Forumu oktyabrın 21-də işini davam etdirib. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təşkil olunan idman nazirlərinin görüşündə iştirak edib. Foruma qatılan müxtəlif ölkələrin idman nazirlərinin görüşündə əsasən üç istiqamətdə - “İnkişaf və sülh üçün idman”, “İdman hamı üçün” və “İdmanda ləyaqət” mövzularında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin müvafiq beynəlxalq idman təşkilatlarının rəhbərləri və bir sıra ölkələrin idman nazirləri ilə ikitərəfli görüşləri keçirilib.
Tədbirin əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən nazir Azad Rəhimov bildirib: “İlk dəfə keçirilən Dünya İdman və Mədəniyyət Forumu layihəsinin proqramı çox maraqlıdır. Belə ki, həmin proqram bizə Yaponiyanın həm idman, həm də mədəniyyət sahələri ilə yaxından tanış olmaq imkanı yaratdı. Bildiyiniz kimi, növbəti Yay Olimpiya Oyunları 2020-ci ildə Tokioda keçiriləcək. Forum zamanı həm idman, həm mədəniyyət obyektləri ilə tanışlıq, həm də ikitərəfli danışıqların aparılması üçün yeni imkan yarandı. Gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı da ikitərəfli görüşlər və maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan oldu. Bu imkandan istifadə edərək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Dünya Anti-Dopinq Agentliyinin prezidenti Kreyq Riidi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şeyx Əl-Səud ilə görüşdük və müvafiq müzakirələr apardıq. Bu baxımdan həmin layihə, bizim nümayəndə heyətinin burada iştirakı, düşünürəm ki, Azərbaycan üçün həm təcrübə mübadiləsi, həm də ikitərəfli müzakirələr üçün çox maraqlı və əlverişli imkan yaratdı”.
Dörd gün davam edəcək forumda, həmçinin nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digərləri iştirak ediblər.
Forum bu gün bir sıra ölkələrin idman nazirlikləri arasında ikitərəfli əməkdaşlıq barədə memorandumların imzalanması ilə başa çatacaq.
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26

