/ / Formula-1 Azərbaycan Qran-Prisinin birinci günündə “Red Bull Racing” komandasının pilotları fərqləniblər
Formula-1 Azərbaycan Qran-Prisinin birinci günündə “Red Bull Racing” komandasının pilotları fərqləniblər
24.06.2017 [09:17]
İyunun 23-də Bakıda Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsinə - Azərbaycan Qran-Pri yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər halqasında iki sərbəst yürüşdə güclərini sınayıblar.
İlk sərbəst yürüşdə “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen birinci olub. Pilot 1 dəqiqə 44,410 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Daniel Rikkiardo ikinci olub. Sebastyan Fettel (Ferrari) isə yarışı üçüncü pillədə başa vurub.
M.Ferstappen ikinci sərbəst yürüşdə də fərqlənməyi bacarıb. Belə ki, pilot 1 dəqiqə 43,362 saniyəlik nəticə ilə birinci olub. “Mercedes”in pilotu Valtteri Bottas ikinci, “Red Bull Racing”in sürücüsü D.Rikkiardo üçüncü olublar.
İyunun 24-də Formula-1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüş və sıralama turu, bir gün sonra isə əsas yarış keçiriləcək.
Dünyanın məşhur pilotlarının mübarizə apardığı Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər. Layihənin müəllifi bütün müasir Formula-1 treklərinin memarı olan Herman Tilkedir. Trekin ən geniş hissəsinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

