Altay Həsənov: Gələn il dünya gimnastikasının ürəyi Bakıda döyünəcək
04.12.2018 [10:29]
Son on ildir ölkəmizdə gimnastika idman növləri sürətlə inkişaf edir. Azərbaycan Gimnastika Federasiyası (AGF) mötəbər tədbirlərə uğurla ev sahibliyi etməklə böyük təcrübə toplayıb. Hazırda ölkəmiz Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov dekabrın 3-də FIG-nin Bakıda təşkil olunan 82-ci Konqresi zamanı jurnalistlərə müsahibəsində deyib.
Ötən il ölkəmizdə FIG Şurasının iclasının təşkil olunduğunu xatırladan A.Həsənov bildirib: “Qonaqların dediklərinə görə, Konqres uğurla keçirilir və AGF bütün məsələləri yüksək səviyyədə təşkil edib. İnanıram ki, Konqresdə qəbul olunmuş qərarlar dünyada gimnastikanın inkişafına böyük təkan verəcək. Bakıda belə tədbirlərin təşkili bizi çox sevindirir. Gələn il ölkəmiz bədii gimnastika üzrə dünya çempionatına, digər növlər üzrə Avropa birinciliklərinə və dünya kuboku yarışlarına ev sahibliyi edəcək. AGF-in qrafiki çox dolğundur. Ümid edirəm ki, həmişə olduğu kimi, bu məsələlərin də öhdəsindən layiqincə gələcəyik. Gələn il dünya gimnastikasının ürəyi Bakıda döyünəcək. Azərbaycan artıq gimnastikada öz sözünü deyib. Bizim təşkilatçılığımıza yüksək səviyyədə qiymət verirlər. Təsadüfi deyil ki, AGF ötən il də FIG tərəfindən dünyada ən yaxşı federasiyalar arasında yer almışdı”.
Federasiyanın vitse-prezidenti vurğulayıb ki, on il bundan əvvəl Azərbaycanda gimnastika növləri arasında ən çox inkişaf edən bədii gimnastika idi və biz buna böyük önəm verirdik. “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində digər növlərin də inkişaf etdirilməsi barədə qərar qəbul olundu. Bir az çətinliklərimiz var, kadr ehtiyatı azdır. Ancaq biz bu istiqamətdə işlərimizi davam etdiririk. İnanıram ki, bütün bunların öhdəsindən gələcəyik. Nəticələrimiz hələ qabaqdadır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29

