AAF-ın təşkilatçılığı ilə Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib
01.10.2019 [09:43]
Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib. Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlarla, maraqlı tryuklarla yadda qalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “V1 Challange Gəncə” yarışına “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar qatılıb.
Tədbirdə tanınmış pilotlar - “Drift GP International” promouteri Neyl Qan, drift üzrə Almaniya çempionu Sebastian Fonteyn, “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards, “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis, eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.
Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.
Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövsuzunda viktorina keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.
Viktorina başa çatdıqdan sonra “Volkicar” avtomobillərinin yarışı keçirilib.
Avtomobillərin çıxışı Gəncə sakinləri tərəfindən yüksək coşqu ilə qarşılanıb.
Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev birinci, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olublar.
“V1 Challange” yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yeri əldə ediblər.
Sonda qaliblərə kuboklar təqdim olunub.
İdman avtomobillərinin yarışı və şousu başa çatdıqdan sonra yerli və avropalı peşəkar pilotlar, eləcə də yarışın qalibləri təəssüratlarını AZƏRTAC-a bölüşüblər.
“Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards: İlk dəfədir Azərbaycandayam. Çox şadam ki, bu gün Gəncədəyəm. Bu şəhərdə ilk dəfə keçirilən idman avtomobillərinin yarışına və şouya böyük həvəs var. Xüsusən gənclərin avtoidmana olan həvəsi məni çox sevindirir. Əminəm ki, bu gündən sonra ölkənizdə driftə daha çox maraq yaranacaq.
“Drift GP International” promouteri Neyl Qan: İrlandiyadan gəlmişəm. İlk dəfə ötən ilin oktyabrında Azərbaycanda olmuşam və gənc pilotlara drift təlimləri keçmişəm. Son bir ili müqayisə etdikdə ölkənizin avtoidman sahəsindəki böyük nailiyyətlərini görmək mümkündür. Belə ki, ötən il dərs keçdiyimiz pilotlar hazırda daha peşəkardırlar. Həmçinin drift avtomobillərinin sayı da xeyli artıb. Bugünkü yarışa böyük maraq var. Avtoidmana bu cür münasibət peşəkar pilot kimi məni çox sevindirir. Yüksək təşkilatçılığa və dəvətə görə minnətdarlığımı bildirirəm.
Drift üzrə Almaniya çempionu Sebastian Fonteyn: Azərbaycanda ilk dəfə ötən il olmuşam. O zaman mən və yoldaşlarım azərbaycanlı gənc pilotlar üçün drift təlimlər keçmişdik. Həmin il yalnız 4-5 drift avtomobili vardısa, bu gün onların sayı 15-ə çatıb. Pilotların peşəkarlığı da yüksəlib. Əminəm ki, hazırki pilotlar daha çox səy göstərərək özlərinin drift üzrə bacarıqlarını daha da təkmilləşdirə bilərlər. Bununla da həmin gənclər yaxın gələcəkdə Avropada Azərbaycanı təmsil edə biləcəklər.
Kartinq pilotu Kənan Həsənov: Mənim 17 yaşım var. Buna baxmayaraq atıq 7 ildir ki, kartinqlə məşğulam. Əvvəllər bu sahə ölkəmizdə elə də inkişaf etməmişdi. Demək olar ki, heç yerdə məktəblər və kurslar yox idi. Lakin son illərdə Bakı Kartinq Mərkəzində bu sahə ilə daha ciddi məşğul olmaq istəyənlər üçün hər bir şərait yaradılıb. Mən özüm də bu mərkəzin tələbəsiyəm. Əsas məqsədim yeni-yeni nailiyyətlər qazanmaqla bu idmanın ölkəmizdəki inkişafına töhfə verməkdir. Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncə şəhərində keçirilən idman avtomobillərinin yarışı və şousu məni çox sevindirir. Çünki, bu cür yarışların təşkili mənim kimi gənc pilotlar üçün kartinq təcrübəsini artırmaq baxımından əhəmiyyətlidir. Əminəm ki, bugünkü yarışın paytaxtdan kənarda - Gəncədə təşkil edilməsi gələcəkdə avtoidman həvəskarlarının sayını artıracaq və mənim kimi gənc pilotların yetişməsinə şərait yaradacaq.
Birinci yerin qalibi Fərid Məmmədov: Sevindirici haldır ki, ilk dəfə Gəncə şəhərində idman avtomobillərinin yarışı keçirilir. Bu cür yarışların keçirilməsi avtomobil idmanı mədəniyyətinin yüksəlməsi və yollarda avtoxuliqanlıq edənlərin, eləcə də qəzaların sayının azalması üçün əhəmiyyətlidir. Tamaşaçıların alqışları göstərdi ki, Gəncədə də avtoidmana böyük maraq var. Son dövrədə azarkeşlər öz alqışları ilə mənə böyük dəstək oldular və mən birinciliyi əldə etdim. Bizim yarışı böyük həyəcanla sonadək izlədiklərinə görə driftsevərlərə minnətdarlığımı bildirirəm.
İkinci yerin qalibi Azad Hüseynov: Sevdiyim idmanla məşğul olduğuma görə bu cür yarışlara böyük həvəslə qatılıram. Bütün yarışlarda olduğu kimi, bu dəfə də çox həyəcanlı idim. Bununla belə gəncəli azarkeşlərin dəstəyini hiss etdim və ikinci yerin qalibi oldum. İlk dəfə Gəncədə keçirilən bu yarış yüksək səviyyədə təşkil olunub. Belə yarışların yenə də Gəncədə keçirilməsini arzu edirəm.
Üçüncü yerin qalibi Mətin Orucov: Üçüncülüyü əldə etdiyimə görə çox sevinirəm. Güclü rəqiblərim vardı. Ümidvaram ki, gələcəkdə Avropada keçirilən yarışlarda da qalib gələrəm.
Qeyd edək ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçirilir. Bu tədbirlər çərçivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə həsr olunan təlimlər təşkil ediləcək.
Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaqlar. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumatlar veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

