Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir
19.08.2026 [16:30]
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Toxumçuluq haqqında" Qanunu təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Qanun müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Aqrar Xidmətlər Agentliyinin mütəxəssislərinin təklifləri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. 6 fəsil və 27 maddədən ibarət olan yeni qanun toxumçuluq sahəsində müasir idarəetmə mexanizmlərinin tətbiqini, dövlət tənzimlənməsi və nəzarətinin təkmilləşdirilməsini, şəffaflığın artırılmasını, keyfiyyətli toxum istehsalının təşviqini və rəqəmsal idarəetmənin genişləndirilməsini nəzərdə tutur.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bitkiçilik məhsullarının istehsalı mühüm rol oynayır. Bu baxımdan fermerlərin yüksək reproduksiyalı, keyfiyyətli və sertifikatlaşdırılmış toxumlarla təmin edilməsi məhsuldarlığın artırılması, istehsal xərclərinin azaldılması və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. Eyni zamanda, yerli toxum istehsalının inkişafı idxaldan asılılığın azalmasına və bu istiqamətə yönələn maliyyə vəsaitlərinin ölkə daxilində qalmasına töhfə verəcək.
Yeni Qanunda toxum kateqoriyaları beynəlxalq standartlara uyğunlaşdırılıb, ilk dəfə olaraq ting kateqoriyaları da hüquqi tənzimləməyə daxil edilib. Bununla yanaşı, sahədə istifadə olunan anlayışların dairəsi genişləndirilib, dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilib və toxumçuluq fəaliyyəti istehsaldan son istifadə mərhələsinədək vahid hüquqi çərçivədə əhatə olunub.
Layihədə ilk dəfə tətbiq edilən "toxum əməliyyatçısı" anlayışı toxum istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarəti, idxalı və ixracı ilə məşğul olan bütün subyektləri əhatə edir. Bu yanaşma sahədə nəzarət mexanizmlərinin daha səmərəli qurulmasına və mövcud boşluqların aradan qaldırılmasına xidmət edir.
Qanunda genetik modifikasiya olunmuş (GMO) toxumların dövriyyəsinin tənzimlənməsinə də xüsusi yer ayrılıb. Belə ki, GMO toxumlarının ticarət dövriyyəsinə buraxılması qadağan edilir, onların müəyyənləşdirilməsi məqsədilə molekulyar-bioloji ekspertizanın aparılması nəzərdə tutulur. Aşkarlanmış GMO toxumlarının məhv edilməsi ilə bağlı xərclər isə həmin toxumların sahibləri tərəfindən ödəniləcək.
Yeni Qanunun mühüm yeniliklərindən biri də toxumçuluq sahəsində elektron reyestrin yaradılmasıdır. Elektron reyestr vasitəsilə fermerlər və digər maraqlı şəxslər sertifikatlaşdırılmış toxumların sort və səpin keyfiyyəti, bioloji və iqtisadi göstəriciləri barədə operativ və etibarlı məlumat əldə edə biləcəklər.
Qanun toxum istehsalçıları üçün peşəkar fəaliyyət meyarlarını da müəyyən edir. Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər toxumçuluq üzrə mütəxəssisin təhsil sənədini, əkin sahələri, anbar və saxlanc yerləri, kənd təsərrüfatı texnikası və toxum emalı avadanlıqları barədə məlumatları təqdim etməlidirlər. Orijinal və elit toxum istehsalı ilə məşğul olan subyektlər üçün isə seleksiyaçı nəzarətinin təmin edilməsi və aqronomla əmək münasibətlərinin rəsmiləşdirilməsi kimi əlavə tələblər müəyyənləşdirilir.
Qanuna əsasən, toxum əməliyyatçıları risk səviyyəsinə görə yüksək, orta və aşağı olmaqla üç qrupa bölünəcək. Dövlət nəzarəti və yoxlamalar risk əsaslı yanaşma əsasında həyata keçiriləcək ki, bu da resurslardan daha səmərəli istifadə edilməsinə, eyni zamanda, sahibkarlıq subyektlərinin əsassız yoxlanılmasının qarşısının alınmasına imkan verəcək.
Yeni Qanunla toxumçuluq sahəsində elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal idarəetmənin gücləndirilməsi və orijinal, eləcə də elit toxum istehsalına özəl sektorun daha fəal cəlb olunması da hədəflənir.
Qanunun qəbul edilməsi nəticəsində:
• toxum bazarının inkişafı və idxal-ixrac mexanizmlərinin təkmilləşdirilməsi;
• yerli toxum istehsalının təşviqi və idxaldan asılılığın azaldılması;
• toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün daha şəffaf qeydiyyat sisteminin formalaşdırılması;
• seleksiya nailiyyətləri üzrə müəllif hüquqlarının və lisenziya münasibətlərinin daha effektiv qorunması;
• ting istehsalı, sertifikatlaşdırılması və digər əlaqəli fəaliyyət istiqamətlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi;
• toxumçuluq sahəsində dövlət nəzarətinin gücləndirilməsi və keyfiyyət göstəricilərinin yüksəldilməsi;
• sahəni tənzimləyən normativ hüquqi sənədlərin hazırlanması istiqamətində hüquqi bazanın formalaşdırılması gözlənilir.
Yeni Qanun toxumçuluq sektorunun beynəlxalq standartlara uyğun inkişafına, fermerlərin keyfiyyətli toxuma çıxış imkanlarının genişlənməsinə, yerli toxum istehsalının rəqabət qabiliyyətinin artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30

