Hiperaktiv uşaqlarla davranış...
19.08.2026 [09:20]
Valideynlər nələri bilməlidirlər?
Bəzi uşaqlar yerində uzun müddət sakit otura bilmir. Dərs zamanı tez-tez ayağa qalxır, söhbətlərə müdaxilə edir, verilən tapşırıqları yarımçıq qoyur. Belə uşaqlar haqqında çox vaxt “dəcəl”, “sözə baxmayan” kimi ifadələr işlədilir. Halbuki hərəkətli olan hər bir uşaq sadəcə dəcəl deyil, həmçinin “hiperaktiv” sayılır. Onların bu davranışının arxasında diqqət və impuls nəzarəti ilə bağlı çətinliklər də dayana bilər.
Araşdırmalara əsasən, hiperaktiv övladı olan anaların çoxu hamiləlik dönəmində toksikozdan, yüksək təzyiqdən əziyyət çəkirlər. Uşaqlarda bu cür yüksək aktivlik ən çox 3 yaşından başlayır. Əgər bu cür uşaqlarda əvvəlcədən mütəxəssis yardımı alınmazsa, yeniyetməlik çağlarında qaydalara tabe olmaq istəməməsi və digər zərərli vərdişlər rast gəlinə bilər.
Hiperaktiv uşaqların davranışı
Belə uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkirlər. Məsələn, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əskikliyi göstərmədən saatlarla televizora baxır, kompüter oyunları oynayırlar.
Uşağı dinləmək lazımdır
Psixoloq Aytən Ələkbərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır: “Hiperaktiv uşağa davamlı “otur”, “sus”, “tərpənmə” demək problemi həll etmir. Əksinə, uşaq özünü daim danlanmış hiss edə bilər. Daha düzgün yanaşma konkret və qısa göstərişlər verməkdir. Məsələn, “özünü yaxşı apar” əvəzinə “indi dəftərini aç və birinci tapşırığı et” demək daha aydındır. Uşağın diqqətini uzun müddət bir işdə saxlamaq çətin ola bilər. Buna görə tapşırıqları kiçik hissələrə bölmək faydalıdır”.
Uşağın enerjisini düzgün istiqamətləndirmək
Psixoloq qeyd edib ki, hərəkətli uşağın enerjisini tamamilə məhdudlaşdırmaq düzgün deyil: “Fiziki fəaliyyət üçün imkan yaratmaq vacibdir. Gəzinti, idman və açıq havada oyun uşağın gündəlik rejiminin bir hissəsi ola bilər. Dərs zamanı da qısa fasilələr kömək edə bilər. Əsas məqsəd uşağı “sakitləşdirmək” yox, onun enerjisini idarə etməsinə kömək etməkdir”. Hiperaktiv uşaqla davranışın əsas prinsipi cəza deyil, düzgün struktur yaratmaqdır. İlk növbədə uşağın davranışının səbəbi araşdırılmalıdır. Uşağın yaşı da nəzərə alınmalıdır. Kiçik yaşlarda hərəkətlilik müəyyən həddə normal ola bilər. Problem davranışın davamlı olması və uşağın gündəlik həyatına ciddi təsir göstərməsi zamanı daha diqqətlə qiymətləndirilməlidir.
Valideyn uşağın qarşısında uzun-uzadı nəsihət verməməlidir. Qısa və konkret danışmaq daha effektivdir. Gündəlik rejim də böyük əhəmiyyət daşıyır. Yuxu, qidalanma, dərs, oyun və fiziki aktivlik üçün mümkün qədər sabit vaxtların olması uşağın işini asanlaşdırır.
Məktəblə əməkdaşlıq da vacibdir. Müəllim və valideyn eyni yanaşmanı tətbiq etməlidir. Uşaq bir mühitdə başqa, digərində tamamilə fərqli qaydalarla qarşılaşmamalıdır. Ən vacibi isə uşağı davranışına görə utandırmamaqdır”.
Yardımsevər xarakterə malik olurlar
Psixoloqun sözlərinə görə, hiperaktiv uşaq “problemli uşaq” deyil, o, davranışını idarə etmək üçün bəzən digər uşaqlardan daha çox dəstəyə ehtiyac duyan uşaqdır: “Hiperaktiv uşaqlar adətən parıldayan nəsnələrə daha maraqlı olurlar. Onlar eyni vaxtda hər şeylə məşğul olmaq istəyir, qayda-qanunlara tabe olmur, dəcəlliklər və diqqət əskikliyi ilə müşahidə olunurlar.
Hiperaktiv uşaqlar bir sıra müsbət xüsusiyyətlərə də malikdirlər. Ünsiyyətə meyilli olurlar və hər hansı bir şeydən dərhal ilhamlana bilirlər, yardımsevər xarakterə malik olurlar. Bunlara baxmayaraq, onlar özlərini ifadə edə bilməkdə və dost qazanmaqda çətinlik yaşayırlar. Bu çətinlik məktəbdə konsentrasiya problemi olaraq özünü göstərir. Hiperaktivliyi müəyyən etmək üçün xüsusi test yoxdur. Valideynlər bir neçə qaydalara riayət etməklə əlamətləri müəyyən dərəcədə korreksiya edə bilərlər”.
Valideynlərə məsləhət...
Psixoloq bildirib ki, hiperaktiv övladı olan valideynlərin diqqət etməli olan bir neçə vacib məqamlar var: “Valideynlər uşağın uğurlarını vurğulamalı, faydalı davranışlarına görə onları tərifləməlidirlər. Eyni zamanda uşağa icazə verməlidirlər ki, öz enerjisini faydalı və səmərəli işlərə sərf etsin. Məsələn: idman hərkətləri, təmiz havada gəzinti və s.
Bundan başqa, bacardıqca “yox”, “olmaz” sözlərini təkrar etməməlidirlər. Uşaq hər nə qədər dəcəl, hiperaktiv olsa belə, onlara sakit və təmkinlə yanaşmaq lazımdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05

