Paytaxtda ödənişli yollar yaradılır
20.08.2026 [09:55]
İspan şirkəti Azərbaycana layihə üzrə məsləhət verəcək
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ (AYNA) Bakıda ödənişli hərəkət zonalarının yaradılması layihəsi üzrə işlərə start verib. Agentlik müvafiq dövlət qurumları ilə birgə texniki məsələləri müzakirə edir. Ödənişli yolların tətbiqinə dair məsləhət xidmətlərini “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti verəcək. İspaniya şirkəti olan “IDOM Consulting, Engineering & Architecture S.A.A.” bir çox ölkələrdə ödənişli yolların icrasında əsas texniki partnyor kimi iştirak edib. 1957-ci ildə İspaniyanın Bilbao şəhərində yaradılan şirkət konsaltinq, mühəndislik və memarlıq xidmətləri ilə bərabər, şəhər nəqliyyatının idarə edilməsi sahəsində peşəkar təcrübəyə malikdir.
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması
Ödənişli yolların yaradılmasında əsas məqsədlərdən biri nəqliyyat sektorunun inkişafına əlavə maliyyə mənbələrinin formalaşdırılmasıdır. Azərbaycanda hələlik yolların ödənişli istismarı praktikasıından istifadə olunmasa da, bunun tətbiq ediləcəyi gözlənilir. Dünya praktikasından da bəlli olduğu kimi, yığılan vəsaitlər, ilk növbədə, yolların saxlanma xərclərinin qarşılanmasına yönəldilir. Azərbaycanda yolların istismarında ödənişlərin tətbiqi nəqliyyat sektorunun maliyyələşmə imkanlarının artırılması nöqteyi-nəzərindən vacibdir. Məhz bu məqsədlə Bakıda nəqliyyat vasitələrinin ödənişli hərəkət zonaları yaradılmasında məqsəd şəhər nəqliyyatının mobilliyi və infrastrukturunun modernləşməsi üçün əlavə mənbələrin formalaşdırılması nəzərdə tutulur. Belə ki, dövlət başçısının ötən ilin sentyabrında imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana əsasən müəyyən edilib. Həmin sənədlə, Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Həmçinin nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarından əldə edilən vəsaitlərin idarə edilməsi üçün “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb. Yeni fond ödənişli yollarda tətbiq edilən tariflərin əhəmiyyətli bir hissəsini müasir nəqliyyat vasitələrinin alınmasına və şəhər nəqliyyatının avtomobil parkının yenilənməsinə yönəldəcək.
Bakı-Quba-Rusiya yolu ilə başlayan layihə
Qeyd edək ki, Azərbaycanda dünyada geniş yayılan ödənişli yollardan istifadə praktikası bir neçə ildir ki, tətbiq olunur. İlk belə layihə Bakı-Quba-Rusiya avtomobil yolu ilə start götürüb. H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib və Tarif Şurası tərəfindən, ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği müəyyən olunub. Həmin məbləğ avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edilib. Yeni magistralda yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Yeni layihənin icrası nəticəsində müvafiq marşrut üzrə məsafə 13 km azalıb.
2026-cı ilin iyun ayından etibarən yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi də ödənişli yol kimi istifadədir. Bu avtomobil yolunun başlanğıc nöqtəsi Hacıqabul-Bəhramtəpə-Mincivan xəttinin 157-ci kilometri, son nöqtəsi isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib. Ödənişli avtomobil yolunun 1,4-cü kilometri Horadiz-Cəbrayıl-Zəngilan- Ağbənd avtomobil yolu, 27-ci kilometri - Füzuli Beynəlxalq Hava Limanının giriş yolu, 32-ci kilometri Füzuli şəhərinə giriş, 32-ci, 47-ci və 67,5-ci kilometrləri isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu ilə kəsişir. Ümumilikdə, uzunluğu 81,3 kilometr olan bu yol 1-ci dərəcəli texniki dərəcəyə malikdir.
Dünyada praktika necədir?
Hazırda dünyanın bir çox ölkələrində ödənişli yollar var. Qiymətlər ölkələr üzrə dəyişir. Məsələn, ABŞ-da olan 90 min kilometrlik federal yolların 10 min kilometri ödənişlidir. Belə yollarda gediş haqqı (50 sentdən 15 dollara qədər) adətən körpü və tunel olan ərazilər üçün alınır. Avropada da avtomobil sahibləri yolun ümumi uzunluğuna görə deyil, yalnız keçilən tunel, körpü və estakadalara görə vəsait ödəyirlər. Tariflər nəqliyyat vasitəsinin növünə və məsafəyə görə hesablanır. Məsələn, İspaniyada Madriddən Barakas aeroportuna getmək üçün cəmi 1,75 avro ödənilirsə, Madriddən Barselonaya getmək üçün (200 km) 30 avro ödəmək lazım gəlir.
Postsovet məkanında ödənişli yollardan istifadə praktikasına əl atan ilk ölkə Rusiya olub. Bu ölkədə ilk pullu yollar dövlət əsaslı vəsait qoyuluşu ilə çəkilib, 2007-ci ildən etibarən özəl bölmə təmsilçiləri də ödənişli yollar inşa etməyə başlayıblar. Hazırda qonşu ölkədə 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yollarda gediş-gəliş ödənişli əsaslarla mümkündür. Qardaş Türkiyədə isə Avropa istiqamətində uzanan yol ödənişlidir. Həmçinin Türkiyənin məşhur boğaz körpüsünə giriş də ödənişlədir. Burada ödəniş avtomobillərin modifikasiyasına görə dəyişir.
2027-ci ildə qaydalar hazır olacaq
Xarici praktikada paytaxtın mərkəzi ərazisinə və ya şəhərdaxili zonalarda ödənişli yollar əsasən şəhərin mərkəzində sıxlığı azaltmaq və nəqliyyat axınını tənzimləmək üçün tətbiq olunur. Onların işləmə mexanizmi bir neçə modelə əsaslanır. Bura zonaya giriş haqqı əmsalı daxildir ki, həmin qaydaya əsasən, şəhərin mərkəzi hissəsinə daxil olan avtomobillər müəyyən məbləğ ödəyirlər. Ödəniş avtomobilin şəhərə giriş vaxtına görə dəyişir. Digər qayda marşrut üzrə haqq ödənişidir. Nyu-Yorkda Manhetten körpüləri və tunelləri, Sinqapurda əsas magistrallar, konkret prospekt, körpü və ya tunel istifadəsi bu qaydaya əsaslanır. Dinamik tarif sistemində isə ödəniş məbləği sıxlıq və günün vaxtına görə dəyişir. Pik saatlarda baha, boş vaxtlarda ucuz olur. Bundan başqa, abunə və güzəşt mexanizmləri mövcuddur ki, bu qaydalar üzrə şəhər sakinləri və ya həmin zonada yaşayanlar üçün güzəştlər və ya illik abunə paketləri mövcuddur. Bu mexanizmin məqsədi şəhər mərkəzində sıxlığı azaltmaq, ictimai nəqliyyata marağı artırmaq, havanın çirklənməsini minimuma endirmək və yol infrastrukturunun saxlanmasına maliyyə təmin etməkdir.
Paytaxt Bakıda hələlik ödəniş mexanizmi ilə bağlı bir neçə ssenari nəzərdən keçirilir və qaydalar 2027-ci ildə məlum olacaq. Qanunvericiliyin tələblərinə əsasən, ödənişli yollarla bərabər, dövlət standartlarına cavab verən ödənişsiz alternativ yolu da geniş istifadədə qalacaq. Bu, o deməkdir ki, ödənişli yolla bərabər, paytaxtda alternativ yollar da istifadədə olacaq və seçimi sürücülər özü müəyyən edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45

