Azərbaycan-Ukrayna əlaqələrində humanizm amili
20.08.2026 [11:15]
Ukraynanın sabiq Prezidenti Azərbaycan Prezidentinə təşəkkür etdi
Praqmatik və əməkdaşlığa açıq prinsiplər üzərində qurulan Azərbaycanın xarici siyasət kursunun əsas prioritetləri beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması, eləcə də qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Bakı qlobal və regional səviyyədə etibarlı tərəfdaş kimi çıxış edərək müxtəlif ölkələrlə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrini genişləndirməyə xüsusi önəm verir. Bu kontekstdə Ukrayna ilə münasibətlər Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Hər iki ölkə oxşar tarixi-siyasi çağırışlarla üzləşib - ötən əsrin sonunda SSRİ-nin dağılması ilə müstəqilliklərini elan edən ölkələr qarşılıqlı şəkildə ərazi bütövlüyünə dəstək verilməsi, siyasi dialoqun davamlılığı və müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq kimi mühüm əlaqələrə malikdirlər. Bu ilin aprelində Qəbələdə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında Prezident İlham Əliyev bildirmişdi ki, əməkdaşlığımızın çox güclü siyasi təməli var: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.
Yuşşenkodan təşəkkür...
Yeri gəlmişkən, bir neçə gün Bakıda səfərdə olan və Prezident İlham Əliyev tərəfindən qəbul edilən Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Ukraynaya dəstəyə, humanitar yardıma, ukraynalı uşaqların reabilitasiya proqramlarına və ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. Bu barədə Yuşşenko sosial şəbəkə səhifəsində Bakıya etdiyi səfərə həsr olunmuş paylaşımında yazıb. “Prezident İlham Əliyevlə bizi 20 ildən artıq şəxsi dostluq və Ukrayna ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi üzrə birgə iş birləşdirir. Dostluğumuza dəyər verirəm və əminəm ki, Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət bundan sonra da birgə işlərdə öz əksini tapacaq”, - o vurğulayıb.
Sabiq prezident qeyd edib ki, onun Azərbaycan xalqı ilə dostluq dövrü 1989-cu ildə Naxçıvanda Ümummilli Lider Heydər Əliyevlə tanışlığı və dostluq münasibətlərinin qurulması ilə başlayıb.
Yuşşenko əlavə edib ki, bu işin mühüm nəticəsi iki ölkə arasında strateji tərəfdaşlığın rəsmən təsbit edilməsi olub. O xatırladıb ki, 2008-ci il mayın 22-də İlham Əliyevin Kiyevə rəsmi səfəri zamanı Bakı ilə Kiyev arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.
“Bu sənəd ikitərəfli münasibətlərimizin strateji xarakterini müəyyən etdi və onların gələcək inkişafı üçün möhkəm təməl qoydu. Hazırkı görüşdə biz ölkələrimizin bugünü və gələcəyi, ikitərəfli əməkdaşlığın inkişafı və komandalarımızın hazırlanması üzərində işi davam etdirəcəyi konkret layihələr haqqında danışdıq”, - Yuşşenko yazıb.
Humanitar dəstək...
Ukraynanın sabiq Prezidentinin də qeyd etdiyi kimi, Bakının Ukraynaya münasibətdə humanitar diqqəti olduqca genişdir. Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstək bir neçə mərhələni əhatə edir. Müharibənin ilk aylarından etibarən enerji avadanlıqları, tibbi ləvazimatlar və ərzaq məhsulları göndərilib. Sonrakı dövrlərdə elektrik infrastrukturunun bərpasına dəstək məqsədilə generatorlar və transformatorlar təqdim olunub, eyni zamanda sosial obyektlərin fəaliyyətinin təmin edilməsi üçün əlavə yardımlar ayrılıb. Bununla yanaşı, Azərbaycanın dövlət şirkətləri və humanitar qurumları vasitəsilə Ukraynada məktəblərin, xəstəxanaların və digər vacib obyektlərin ehtiyaclarının qarşılanmasına töhfə verilib. Beləliklə, Azərbaycan beynəlxalq münasibətlər sistemində humanizm prinsiplərinə əsaslanan siyasət yürüdərək həm neytral mövqeyini qoruyur, həm də ehtiyac duyan tərəflərə humanitar dəstəyini davam etdirir. Bu yanaşma ölkənin xarici siyasətində insan amilinə verilən önəmin bariz nümunəsi kimi çıxış edir.
Sirr deyil ki, Azərbaycan da uzun illər ədalətsiz müharibəyə cəlb olunub. O ağır günlərdə, çətin dövrlərdə Bakı öz gücü ilə bütün problemlərin öhdəsindən gələ bildi. İndiki halda isə, Azərbaycan bu ağırlığı yaşayan bir ölkə olaraq digər dövlətlərə də yardım əlini uzadır. Ukraynada müharibə nəticəsində enerji sistemi sıradan çıxıb və bundan da mülki insanlar əziyyyət çəkir. Ukraynanda mülki insanlar, xəstəxanalar ciddi problemlər yaşayırlar. Bakı bunu da nəzər alıb - enerji böhranı fonunda Ukraynaya generatorlar, transformatorlar və digər elektrik avadanlıqları göndərilir. Məktəblər, xəstəxanalar və sosial obyektlər üçün texniki və humanitar dəstək davam etdirilir. Ötən dövr ərzində onlarla humanitar yardım karvanı Ukraynaya yola salınıb. Yardımlar fasiləsiz xarakter daşıyır və müharibənin ilk günlərindən başlayaraq bu günə qədər davam edir.
Yeri gəlmişkən, Ukrayna davam edən Rusiya-Ukrayna müharibəsi fonunda enerji avadanlıqları ilə təminatda göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. Bu barədə Ukrayna Energetika Nazirliyinin “X” sosial şəbəkəsindəki bəyanatında bildirilib.
Vurğulanıb ki, bu ilin əvvəlindən Avropa İttifaqı, Azərbaycan, Avstriya, Belçika, Danimarka, Estoniya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Moldova, Niderland, Almaniya, Norveç, Slovakiya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Filippin, İsveçrə, İsveç, Yaponiya, Çexiya, Polşa, Kipr və Çindən olan tərəfdaşlar Ukraynaya enerji avadanlıqları təqdim ediblər.
Ümumilikdə 2022-ci ilin martından ölkənin Energetika Nazirliyinin koordinasiyası ilə Ukraynaya ümumi çəkisi 32,3 min tondan çox olan enerji avadanlıqlarından ibarət 2 min 542 humanitar yük daxil olub. 28,9 min tondan çox avadanlıq artıq regionlar arasında bölüşdürülüb.
“Ukraynanın enerji sisteminin işinin təmin edilməsindəki yardıma görə bütün tərəfdaşlarımıza dərindən minnətdarıq”, - deyə məlumatda qeyd olunub.
Ukraynalı uşaqlar diqqət mərkəzindədir...
Yuşşenkonun da qeyd etdiyi kimi, Bakının humanitar dəstəyi bir neçə formada özünü göstərir. Ukraynadan olan uşaqlara reabilitasiya proqramlarının həyata keçirilməsi də bu səpkidə atılan humanittar addımlardandır. Qeyd edək ki, ötən dövrdə ümumilikdə 450-yə yaxın uşaq ölkəmizə gətirilərək bu proqramlarda iştirak ediblər. Məsələn, 2024-cü ilin oktyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Uşaqlara agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində keçirilən 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunub. Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır. Uşaqların Azərbaycan mədəniyyəti, tarixi ilə tanışlığı üçün Şəki və Qəbələ şəhərlərindəki muzeylərə ekskursiyalar təşkil olunub.
Ötən ilin avqustunda isə daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar. Mərkəzdə onlar ilk mərhələdə müayinədən keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib. Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib. Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilib. 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s. tədbirlər də təşkil olunub.
Bu ilin iyulunda isə Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 30 ukraynalı uşaqdan ibarət daha bir qrup sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün ölkəmizə gətirilib. Ukraynalı uşaqlar agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində xidmətlərlə təmin ediliblər. Bu müddətdə onların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunub. Ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar üçün müxtəlif ekskursiyalar, stolüstü oyunlar, müxtəlif yarışlar və digər tədbirlər də proqrama daxil edilib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45

