Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
23.10.2019 [09:14]
Oktyabrın 22-də Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışının başlanması ilə əlaqədar mətbuat konfransı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai qeyd edib ki, Formula 1 Azərbaycan Qran-Prisinin biletləri oktyabrın 22-də şirkətin rəsmi veb-saytında (www.bakucitycircuit.com) və “iTicket.az” kassalarında satışa çıxarılıb. Bakının mərkəzi küçələrində beşinci dəfə keçiriləcək Formula 1 yarışı gələn il iyunun 5-7-də baş tutacaq. Yarışın keçirilməsinin beşilliyi münasibətilə BŞH avtoidman həvəskarlarına dördgünlük biletləri 20 faiz endirimlə təklif edir. Əsas məqsəd gənclərdə Formula 1-ə maraq oyatmaqdır. Endirim kampaniyası 2020-ci il yanvarın 15-nə qədər davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq. İlkin endirim kampaniyası ilə birlikdə yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildirlər.
Bildirilib ki, dördgünlük biletlər azarkeşlərə trekdə üç gün davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində təşkil olunacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin iyunun 4-də keçiriləcək Pit Yolu yürüşündə iştirak imkanı verir. Bu təcrübə minlərlə Formula 1 azarkeşinə komandaların qarajlarına səfər edərək mühəndis və mexaniklərin bolidləri Formula 1 dünya çempionatının ən unudulmaz və ən dramatik yarışlarından birinə çevrilmiş Azərbaycan Qran-Prisinə necə hazırladıqlarının şahidi olmaq imkanı təqdim edir.
BŞH-nin kommersiya üzrə rəhbəri Bülent Özərdim beşinci dəfə keçiriləcək yarışa marağın daha da artdığını və yeni mövsümdə konsert proqramlarının açıq havada baş tutacağını bildirib. O qeyd edib ki, ötən mövsüm əsas sponsor olan SOCAR ilə bir illik əməkdaşlıq müddəti artıq başa çatıb. Yeni mövsümdə sponsorlar siyahısında SOCAR, yaxud digərləri də ola bilər. Hər il Bakıda keçirilən Formula 1 Qran-Prisinin mövsümün ən həyəcanlı yarışlarından birinə çevrilməsinə və dünyanın müxtəlif ölkələrindən Formula 1 azarkeşlərinin göstərdiyi xüsusi rəğbətə şahid olmaq bizim üçün qürurvericidir. Ev sahibliyi etdiyimiz sonuncu yarış yenə də gərgin mübarizə və möhtəşəm əyləncə ilə yaddaqalan oldu. İnanırıq ki, gələn ilin iyununda Bakıda keçiriləcək Formula 1 yarışında yenidən dramatik məqamlara, yüksək sürətə və həyəcan dolu anlara şahid olacağıq.
B.Özərdim deyib ki, 2019-cu ilin aprelində Bakı ən sürətli şəhər trekində yaşanan gərgin mübarizə ilə yanaşı, möhtəşəm əyləncə proqramları ilə də bir daha böyük uğurlara imza ata bildi. Ardıcıl iki il dramatik və gözlənilməyən nəticələrlə yadda qalan Bakı trekinin yüksək sürət yığmağa imkan verən düzlüklərində və dolanbaclı, dar küçələrində daha bir möhtəşəm yarışın baş tutacağına dair gözləntilər ən yüksək həddə idi. Lakin bu dəfə əsas dramatik məqam şənbə günü keçirilmiş sıralanma turunda baş verdi. Belə ki, əvvəlcə “Uilyams” komandasının sürücüsü Robert Kubika, sonra isə “Ferrari” komandasının istedadlı gənc pilotu Şarl Lekler Formula 1 təqvimində yer alan treklər arasında ən dar hissənin olduğu 8-ci döngəni qəzasız keçə bilmədilər. Çətin keçən sıralanma turundan sonra pilotlar Bakı trekində oxşar səhvlərə yol verməmək üçün bazar günü baş tutmuş yarışda daha ehtiyatlı mübarizə ortaya qoydular. Buna baxmayaraq, yarış bir sıra məqamlarla yaddaqalan oldu və bu məqamlardan ən maraqlısı 2018-ci ildə finala gedərkən texniki səbəblərdən yarışı yarıda buraxmaq məcburiyyətində qalan “Mercedes” komandasının finlandiyalı pilotu Valteri Bottasın komanda yoldaşı Luis Hamilton və “Ferrari” pilotu Sebastian Fetteli qabaqlayaraq qələbə qazanması idi. Bununla da Bakı yarışları dördüncü fərqli pilotun qələbəsi ilə başa çatdı.
Qeyd edilib ki, Formula 1 idmanı tarixində ilk dəfə bu il çempionat 22 mərhələdən ibarət olacaq. Yürüşlərə martın 15-də Avstraliya Qran-Prisi ilə start verilib. Azərbaycan Qran-Prisi iyunun 5-7-də keçiriləcək. Ənənəyə uyğun olaraq, final mərhələsinin noyabrın 29-da Abu-Dabidəki Yas-Marina avtodromunda keçirilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

