Azərbaycan Milli Paralimpiya Komitəsi 2019-cu ilə yekun vurub
29.12.2019 [09:55]
Dekabrın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2019-cu ildəki fəaliyyətinin yekunları müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, AMPK-nın prezidenti İlqar Rəhimov cari ilin komitə üçün uğurlu olduğunu diqqətə çatdırıb.
AMPK-nın baş katibi Kamal Məmmədov bildirib ki, bu il paralimpiyaçılarımız beynəlxalq yarışlarda 17-si qızıl, 23-ü gümüş və 25-i bürünc olmaqla ümumilikdə 65 medal qazanıblar.
Komitənin idman şöbəsinin müdiri Rauf Mürsəlov 2019-cu il ərzində əldə edilən idman uğurları və “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıq planları haqqında söz açıb. Vurğulayıb ki, paralimpiyaçılarımız indiyədək “Tokio 2020”yə 7 lisenziya qazanıblar. Bu lisenziyalar güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq idman növləri üzrədir. “Tokio 2020”də Azərbaycanın 7 idman növü üzrə 32 atlet ilə təmsil olunacağı proqnozlaşdırılır.
AMPK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüfət Hacılı hesabat dövründə beynəlxalq səviyyədə görülmüş işlərdən danışıb. Bildirib ki, cari ildə YUNISEF ilə birgə layihələr həyata keçirilib. Həmçinin İtaliya Görmə Məhdudiyyətli İdmançılar Federasiyası, “BP Azərbaycan” şirkəti, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Almaniya, Belçikanın ölkəmizdəki səfirlikləri və Türk İşbirliyi və Koordinasiya Agentliyi ilə əməkdaşlıq qurulub. Eləcə də Amerika-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlığa başlanıb.
Sonra “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin sədri Qoşqar Əsgərov il ərzində ölkəmizdə müyəssərliyin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Komitənin maliyyə və təsərrüfat şöbəsinin aparıcı mütəxəssisi Leyli Yusifli növbəti ildən ölkəmizdə əlilliyi olan şəxslərin bacarıq yarışlarının keçirilməsi istiqamətində işlərin həyata keçiriləcəyini bildirib.
AMPK-nın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev çıxışında komitənin 2020-ci ildə həyata keçirəcəyi işlər barədə söz açıb. Qeyd edib ki, 2020-ci ilin ən əhəmiyyətli idman hadisəsi “Tokio 2020” olacaq. Bundan əlavə, növbəti ildə VI Uşaq Paralimpiya Oyunlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdən fərqli olaraq, 2020-ci ildə Uşaq Paralimpiya Oyunlarının beynəlxalq müstəviyə çıxarılması nəzərdə tutulur. Bu istiqamətdə Rusiya, Moldova, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Türkiyə ilə danışıqlar aparılır.
Tədbirdə güllə atıcılığı üzrə komandanın baş məşqçisi Əkbər Muradov ilin məşqçisi, pauerliftinq növü üzrə məşqçi Natiq Əliyev isə regionlar üzrə ilin ən yaxşı məşqçisi adına layiq görülüblər. Həmçinin Aynur Məmmədova (parataekvondo) ilin idmançısı, Əli Vəliyev və Elnarə Nizamlı isə ilin uşaq idmançıları seçiliblər. İlin ən yaxşı idman federasiyası adına Boccia İdman Federasiyası layiq görülüb. Federasiyanın baş katibi İlham Məhərrəmova da mükafat təqdim olunub.
Hesabat tədbirində bir neçə dövlət və özəl qurumun nümayəndələri də AMPK ilə səmərəli əməkdaşlığa görə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

