Bakı Avropanın idman mərkəzinə çevrilib
29.04.2010 [10:24]
Onu da qeyd etmək yerinə düşər ki, son illərdə Azərbaycanda müxtəlif idman növləri üzrə keçirilən Avropa, Dünya çempionatları silsilə xarakter daşıyır. Belə ki, hər il müxtəlif beynəlxalq yarışlar, bədii gimnastika, taekvando, güləş, boks, karate və digər bu kimi olimpiya növlərinə daxil olan idman yarışlarının, məhz Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Elə bu günlərdə Bakıda keçirilən güləş üzrə Avropa çempionatını xatırlatmaq yerinə düşər. Avropanın ən güclü güləşçilərinin iştirakı ilə keçirilən yarışda Azərbaycan pəhləvanları parlaq qələbələr əldə etdilər. Eyni zamanda, yarışda iştirak edən ölkələrin nümayəndələri və Beynəlxalq Güləş Federasiyası Azərbaycanın yarışı yüksək səviyyədə təşkil etməsindən razılıqlarını ifadə etdilər. Avropanın idman paytaxtına çevrilən Bakıda keçirilən yarışlar bir-birini əvəzləməkdədir. Güləş üzrə qitə çempionatından qısa müddət sonra paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi edir. Hazırda Bakıda yeniyetmələr və gənclər arasında boks üzrə Dünya çempionatı keçirilir. 96 ölkənin 500 idmançısının mübarizə apardığı yarış miqyasına və nüfuzuna görə fərqlənir. Burada idman amili ilə yanaşı, başqa məqamları da qeyd etmək lazımdır. Doğrudur, bu yarış ölkədə idmanın daha çox təbliği və inkişafına xidmət baxımından mühüm əhəmiyyət kəsb edir. Adətən, belə yarışlardan sonra həmin idman növünə yeniyetmələrin və uşaqların marağının artması müşahidə olunur. Bu, onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş qaydada davam etdirilir. Həm böyüklər arasında çıxış edən idmançılar öz peşəkarlığını artırırlar, həm də uğurlarımızın sayı ildən-ilə çoxalmaqdadır. Eyni zamanda, Azərbaycanda çox güclü və peşəkar gənc nəsil yetişir. Digər tərəfdən, bu yarışlar ölkəyə iqtisadi cəhətdən də xeyir gətirməklə yanaşı, Azərbaycanın təbliğatına da yardım etmiş olur. Belə ki, bu yarışlarla bağlı 95 ölkənin KİV orqanında yazılar dərc olunur və həmin yazılarda Bakı və Azərbaycanla bağlı məlumatların yer alması ölkənin təbliğatı baxımından böyük önəm kəsb edir. Artıq beynəlxalq qurumlar dünya və Avropa miqyaslı yarışların keçirilməsini Azərbaycana etibar etməkdən çəkinmirlər. Əksinə, seçim edərkən üstünlüyü ölkəmizə verirlər. çünki Azərbaycanın inkişaf etmiş dövlət olması və idmana böyük diqqət ayırması onlarda əminlik yaradıb ki, Bakıda keçirilən istənilən yarışın təşkilində heç bir problem yaşanmayacaq. Bu yarışların ölkələrdə keçirilməsinin iqtisadi səbəbləri də var. Məsələn, dünya və Avropa miqyaslı yarışları ölkələrə etibar edərkən həmin ölkələrdə idman qurğularının vəziyyəti, hava limanları, otellər şəbəkəsinin vəziyyəti ciddi şəkildə nəzərə alınır. İqtisadi artım tempinə görə, dünyanın lider dövləti olan Azərbaycanda həyata keçirilən infrastruktur layihələri, yeni olimpiya-idman komplekslərinin inşası, yol-nəqliyyat təsərrüfatının yüksək səviyyədə qurulması, yeni, müasir otellərin inşası ölkəmizi bu seçim mərhələsində bir addım önə çıxarır. Bu uğurların əldə edilməsində ölkəmizdəki idman təşkilatlarının vahid komanda şəklində fəaliyyət göstərməsi də mühüm rol oynayır. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu məsələni belə xarakterizə edib: “İdman Azərbaycanda ənənəvi olaraq diqqət mərkəzindədir. Həm televiziyalar və həm də kütləvi informasiya vasitələri idman yarışlarını geniş işıqlandırırlar. Eyni zamanda, Azərbaycanda idman həyatımızın ayrılmaz hissəsidir, ictimai həyatın önəmli amilidir. Əminəm ki, gələcək illərdə idmana, idmançılara daim diqqət və qayğı göstəriləcəkdir. Həm dövlət tərəfindən, həm də idman cəmiyyətləri, klublar, federasiyalar tərəfindən. Azərbaycanda bütün idman qurumları öz fəaliyyətlərini əlaqəli şəkildə qurublar və hesab edirəm ki, uğurlarımızın əsas səbəbi məhz ondadır. çünki biz beynəlxalq aləmdə baş verən hadisələri izləyirik və bilirik ki, bir çox ölkələrdə olimpiya komitələri ilə nazirliklər, federasiyalar arasında ixtilaflar, ziddiyyətlər, qarşıdurma vardır. Azərbaycanda isə idmana cavabdehlik daşıyan bütün qurumlar - həm Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri vahid komanda şəklində fəaliyyət göstərirlər. Bu, bizim uğurlarımızı şərtləndirir”.
İdmana cavabdeh qurumların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməsi, birgə əməkdaşlığı həm idman uğurlarının, həm də bu sahəyə dövlət qayğısının ilbəil artmasına kömək edir.
Anar MİRİYEV
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

