Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

27.10.2022 [15:34]

Meksika 2036-cı ildəki Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb.

Bu barədə ölkənin xarici işlər naziri Marselo Ebrard açıqlamasında bildirib.

O, özlərini uğurlu və iddialı ölkə hesab etdiklərini söyləyib: "Biz futbol üzrə üç dünya çempionatına ev sahibliyi edən yeganə ölkəyik. Həm də dünyanın ən yaxşı iqtisadiyyatlarından birinə malikik".

Qeyd edək ki, 1968-ci ildə olimpiada məhz Meksikada gerçəkləşib. Ölkə 1970, 1986-cı illərdə futbol üzrə dünya çempionatını təşkil edib. 2026-cı ildəki mundial isə Meksika ilə yanaşı ABŞ və Kanadada baş tutacaq.

Növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.

Paylaş:
Baxılıb: 815 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30