DÇ-2022: Argentina millisi Səudiyyə Ərəbistanı yığmasına məğlub olub
22.11.2022 [16:13]
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.
C qrupunun ilk qarşılaşmasında Argentina və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gəliblər. Qarşılaşma Səudiyyə Ərəbistanı millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Maçın 10-cu dəqiqəsində Lionel Messi penalti zərbəsi ilə Argentinanı hesabda önə çıxarıb. Birinci hissə bu hesabla başa çatıb. Səudiyyə Ərəbistanı komandası ikinci hissənin əvvəlində hesabı bərabərləşdirib-1:1. Görüşün 49-cu dəqiqəsində Saleh Al Şehri fərqlənib. Oyunda son nöqtəni isə 53-cü dəqiqədə Salem Al Davsari qoyub. Beləliklə Səudiyyə Ərəbistanı turnirdə çempionluğa namizədlərdən biri olan Argentina seçməsini 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, noyabrın 20-də dünya çempionatının açılış mərasimində ev sahibləri Qətər Ekvador millisi ilə qarşılaşıb. Görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Noyabrın 21-də keçirilən günün ilk matçı B qrupunda İngiltərə və İran milli komandaları arasında olub. Görüş İngiltərə millisinin 6:2 hesablı qalibiyyəti ilə başa çatıb. Digər oyunda A qrupunun ikinci matçında Niderland yığması Seneqalı 2:0 hesabı ilə məğlub edib. B qrupunun günün son matçında ABŞ yığması Uelslə üz-üzə gəlib. Matç 1: 1 hesabı ilə bitib.
Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq.
Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ev sahibliyi edir.
Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparacaq.
Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş səkkiz komandadan yeddisi iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42

