Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / FIFA Bakıda beynəlxalq turnir təşkil edəcək

FIFA Bakıda beynəlxalq turnir təşkil edəcək

12.01.2024 [12:12]

FIFA “FIFA series” adlanan yeni layihəyə start verir.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni layihəyə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandalarının iştirakı ilə miniturnir təşkil olunacaq. 

Müxtəlif qitələrdə keçiriləcək və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda təşkili nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

AFFA ali futbol qurumunun yeni layihəsini dəstəkləyib və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edib.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30