Ən yaxşı 7 dövlətdən biri...
16.04.2024 [10:20]
Valyuta Fondu Azərbaycanı xarici investisiyalar üçün münbit ölkə hesab edir
Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbedicliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.
Azərbaycanın Valyuta Fondunun hesabatında irəliləməsinə hansı əsas iqtisadi-hüquqi amillər səbəb olub?
Sözsüz ki, BVF-nin sözügedən hesabatında Azərbaycandakı investisiya mühitinin cəlbedicliyinə görə, reformist dövlətlər sırasında yer almasında həyata keçirilən hüquqi və institisional islahatlar xüsusi rol oynayıb. Xüsusilə də xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün hüquqi islahatlar həyata keçirilib, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək hüquqi baza yaradılıb. “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi davamlı şəkildə sərmayə artımlarına təkan verib. Bundan başqa, Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalaması da investisiya qoyuluşunu təşviq edib. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb.
Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırıb. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard dolları təşkil edib ki, onun 154 milyard dolları xarici investisiyalardır.
Ölkəmizdə biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi xarici və yerli sahibkarların fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub, biznesin qeydiyyatının asanlaşmasına və vergi yükünün aşağı düşməsinə imkan verib. Belə ki, “bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama prosedurları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilib.
Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbedicliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.
Son illərdə ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti daha da təkmilləşdirilməkdədir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Dövlət başçısı iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatların genişləndirilməsini, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühitinin daha da yaxşılaşdırılmasını, həmçinin investisiyaların qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsini əsas məsələlər kimi qarşıya məqsəd qoyub.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə, 2023-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub. 2023-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş 20,3 milyard manat həcmində sərmayənin təxminən 7 milyard manatı xarici investisiyalar təşkil edib. Sərmayə qoyuluşlarının artım dinamikası 2024-cü ilin ilk rübündə də davam edib və yanvar-mart aylarında əsas kapitala 3 milyard 809 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Xüsusilə də qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8 faiz artıb ki, bu da investisiya portfelinin əsas etibarilə neftdən kənar sektorlarda cəmləşdiyini təsdiqləyir. Qeyd edilən dövrdə xarici investorların Azərbaycan iqtisadiyyatına yatırdığı kapitalın həcmi təxminən 800 milyon manat təşkil edib.
“TOP 7” reytinqi Azərbaycanda xarici investisiya qoyuluşlarına necə təsir göstərəcək?
BVF-nin Azərbaycanla bağlı pozitiv dəyərləndirməsi Azərbaycanda sərmayə qoyuluşlarının təşviqində yeni motivasiyalara səbəb olacaq. Yeni mərhələdə Azərbaycanın gündəliyində əsas investisiya sahələri kimi süni intellekt və “yaşıl enerji”yə investisiya cəlb olunması əsas strateji xətt kimi müəyyən edilib. Mövcud investisya reytinqi həmin sahələrə xarici investorların, o cümlədən azad edilmiş ərazilərdə “açıq qapı” siyasətinə əsasən, “yaşıl enerji”yə və turizmə, aqrara sənayeyə sərmayə qoyuluşlarının artmasına səbəb olacaqdır.
İşğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların marağı böyükdür. İndiyə qədər həmin ərazilərində biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkarlardan 2000-dən çox müraciət daxil olub ki, müraciətlərin 500-ə qədəri xarici investorlara məxsusdur. “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncama əsasən, azad olunan ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, eləcə də sosial vergilərdən azad olunublar ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirəcəkdir. Eləcə də 2024-cü ildən qüvvəyə minən Rəqabət Məcəlləsinin qəbul edilməsi xarici investorların ölkə iqtisadiyyatında iştirakını artıracaq, onların yeni istehsal və xidmət müəssisələri yaratmasına, əlavə sərmayələr qoymasına təkan verəcəkdir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

