Cənubi Qafqazın 3 ölkəsi üçün yol xəritəsi
26.04.2024 [10:23]
Azərbaycan COP29-a ev sahibliyi etməklə bölgədə yeni Baltikyanı platforma yaratmağa çox yaxındır
Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Cənubi Qafqaz regionunda geosiyasi və iqtisadi əməkdaşlıq imkanlarına da toxunaraq vurğulayıb ki, COP29 bu bölgənin 3 ölkəsi arasında səmərəli məsləhətləşmələrin aparılması üçün fürsət yaratmaqla gələcək əməkdaşlığa yol açacaq. Dövlət başçısının fikrincə, ötən illərdə hər 3 ölkə bundan məhrum olub, SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələrin getməsi bu imkanlara mane olub. Ancaq indi unikal şans meydana çıxıb, bölgədə səhifəni çevirmək əlverişli şansı yaranıb.
Sözsüz ki, Cənubi Qafqaz iqtisadiyyatının siyasi gücü və iqtisadi-maliyyə lokomotivi olan Azərbaycanın liderliyi və təşəbbüskarlığı sayəsində regionun gündəliyini tamamilə dəyişmək, əvvəlki qara səhifəni tam yeniləmək mümkündür. Azərbaycan regionun açar dövlətidir və bütün transkontinental layihələrin hərəkətliliyi məhz Bakının əlindədir. Ötən əsrin sonlarında bu regionda əsası qoyulan enerji və nəqliyyat arteriyalarının müəllifi və icraçısı olan Azərbaycan Gürcüstanı da bu prosesə qoşmaqla bu ölkənin gələcək iqtisadi-sosial inkişafına dərin zəmin yaratdı. Gürcüstanın Türkiyə və Avropa ilə enerji və nəqliyyat kommunikasiyasında Azərbaycanın qətiyyətli siyasəti bilavasitə fundamental baza rolunu oynayıb, eyni zamanda bu ölkənin yanacaq-enerji kompleksləri, daxili iqtisadi ehtiyacları məhz Azərbaycanın sayəsində öz həllini tapıbdır. Gürcüstanın dövlət başçıları, hökumət üzvləri dəfələrlə bunu etiraf edərək Azərbaycanın təşəbbüskarlığı və təminatlılığı nəticəsində bölgədə iqtisadi sabitlik, rifah və inteqrasiyaya cəlb olunduqlarını, ölkənin sosial-iqtisadi tələbatlarının həll edildiyini bəyan ediblər. Hazırda da Gürcüstan Azərbaycanın başlatdığı yeni iqtisadi resursların, tranzit xətlərinin, Orta Dəhlizin imkanlarının səfərbər olunmasından kənarda qalmır və Bakının əsasını qoyduğu nəhəng geoiqtisadi transormasiyanın genişlənməsində və şaxələnməsində ön plandadır.
Bütün bunlar Cənubi Qafqazın digər ölkəsi olan, uzun illərdir ki, bütün regional iqtisadi layihələrdən və tranzitlərdən kənarda qalmış, beynəlxalq iqtisadi arenaya çıxmaqdan məhrum olmuş Ermənistanın gözləri önündə baş verib və İrəvanın işğalçılıq siyasəti və ərazi iddiaları, Azərbaycana qarşı kin və nifrət ideologiyası, azərbaycanofobiya meyilləri onu dalana dirəyib. Azərbaycan dəfələrlə sülh əlini uzadaraq Ermənistanı işğaldan əl çəkməyə, zəbt etdiyi torpaqlarımızı geri qaytarmağa və regionda geniş əməkdaşlıq platformasında yer almağa dəvət edib. Hətta İrəvan hakimiyyətinə iqtisadi proqramlarda dəstək ifadə olunub, ancaq separatizm və ərazi iddiası bu ölkənin açıq dünyaya çıxmasına və inkişafına sədd çəkib.
Azərbaycan Prezidenti İlham Əliyev bu sədləri də dağıdır, sülh gündəliyinin tərtəmiz səhifəsini açır, Baltikyanı ölkələri nümunə göstərir və Cənubi Qafqaz ölkələrini həmin 3 ölkənin son 30 ildə keçdiyi inkişaf yoluna nəzərə salmaqla eyni oxşar platforma qurmağa və inkişaf xəritəsi yazmağa qadir olduğunu anladır. Cənab Prezidentin bu sülhpərvər və humanitar missiyası, planetar sülh təfəkkürü Ermənistan üçün əsil fürsət qapıları açır, işıqlı sabaha, inkişaf və sabit sosial rifaha çatmaqda müdrik bir tövsiyə xarakteri daşıyır. İrəvana özünün belə təsəvvür etməyəcəyi unikal şanslar yaradır. Ona görə də, Paşinyan hökuməti cəsarət və iradə nümayiş etdirərək Azərbaycanın cızdığı yeni əməkdaşlıq və inkişaf platformasında yer almaq üçün tərəddüdsüz qərar verməlidir.
Ermənistan Gürcüstan kimi Azərbaycanın flaqman olduğu proqramlara qoşulmaqla Cənubi Qafqazda irəliləyən nəqliyyat-enerji, kommunikasiya layihələrində birgə addımlaya bilər. İrəvan bu əməkdaşlıq ailəsinə qoşulmaqla Gürcüstan və Türkiyə üzərindən Avropaya, Asiyaya bağlanmaq reallığını təmin etməyə yaxındır. Xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətləri tam normallaşdırmaqla yeni enerji və nəqliyyat şəbəkələrinin bir hissəsi olaraq özünün 30 illik iqtisadi təcridinə də son vermiş ola bilər.
Orta Dəhlizin ən rentabelli və perspektiv hərəkət qüvvəsi olan Zəngəzur dəhlizi vasitəsilə Avropaya asan və rahat çıxmaqla ölkəsindəki biznes icmasını, sahibkarlıq sinfini, sadə insanların ticarət zəncirlərindən sosial faydalar əldə etməsini gerçəkləşdirmək iqtidarındadır. Zəngəzur dəhlizi hətta Ermənistanın Türk Dövlətləri Birliyinin iqtisadi proqramlarına da qoşa bilər ki, böyük bir iqtisadi güc və coğrafiya, enerji resurs və koridorlarında özünə dividentlər qazandıra bilər.
Azərbaycan hazırda Gürcüstanı da özü ilə bərabər dünyaya və Avropa bölgəsinə bağladığı “yaşıl enerji” xəttində dayanmaq bilmir, müasir dünyanın iqtisadi gündəliyində əsas hədəf olan “yaşıl enerji” layihələrinə xarici investorları bir-bir Bakıya və azad edilmiş ərazilərə gətirir. “Yaşıl hidrogen” ixracı üçün güclü arxitektura yaradıb və 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imza atdığı sazişlə Cənubi Qafqazdan Avropaya enerji körpüsünün əsasını qoyub. 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə olan “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizi və “Black Sea Energy” sualtı elektrik kabelinin inşası sürətlə davam edir. Proses daha da intensiv xarakter alır, Ermənistan vaxt itirmədən Azərbaycanın təşəbbüskarlıq etdiyi “yaşıl ailəyə” qoşulmaqla “yaşıl dünya”ya çıxış əldə edə bilər. Onun üçün digər layihələrə də qapı açılmış olar.
Bir sözlə, Azərbaycanın dövlət başçısının vurğuladığı kimi, COP29 ili uğurlu il kimi fürsətləri ard-arda gətirir, Cənubi Qafqaz regionunda yeni imkanları səfərbər edir. Azərbaycan COP29-a ev sahibliyi etməklə bölgədə yeni Baltikyanı iqtisadi inteqrasiya və əməkdaşlıq platformasını da yaratmağa çox yaxındır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44

