Ən yaxşı 10 ölkədən biri...
27.04.2024 [10:37]
Azərbaycanda xarici borcun ÜDM-də nisbəti 8 faizə düşüb
Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı ölkəmizin güclü maliyyə sabitliyinin təmin edildiyini və dünyada ən aşağı borc yükünə malik dövlətlərdən biri olduğunu xatırladıb. Qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən güclü iqtisadi imkanlara malik olmaqla, həm də bütün xarici öhdəliklərini tam vaxtında yerinə yetirir. Bunun nəticəsidir ki, hazırda ölkəmizin xarici borcu ümumi daxili məhsulun (ÜDM) 8 faizinə bərabərdir.
Azərbaycanın xarici borcunun azaldılması üçün hökumətin icra etdiyi borcun idarə olunmasına dair strategiya sənədi son 5 ildə müəyyən edilmiş hədəfə tam çatmağa imkan verib. Belə ki, 2018-ci ilə qədər Azərbaycanın xarici dövlət borcunun çəkisi ÜDM-də 16,7 faizə bərabər idi. Sonrakı illərdə bu rəqəm tədricən aşağı düşdü və hədəf 10 faizdən də aşağı rəqəm idi. Beləliklə, 2024-cü il aprelin 1-nə olan göstəricilərə əsasən, Azərbaycanın xarici dövlət borcu 5 milyard 507,3 milyon dolları ekvivalentinə bərabər olub ki, bu da ÜDM-in 8 faizi deməkdir. Azərbaycan xarici dövlət borcunun ÜDM-də nisbətinə görə, dünyada ən yaxşı vəziyyətdə olan 10-luq ölkəsi sırasında yer alır.
Ölkəmzi xarici borc yükünə görə, region və dünya ölkələri arasında daha əlverişli və sabit mövqeyə malikdir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2024-ci ilin birinci rübündə 10,9 milyard dollar olmaqla ÜDM-in 50,6 faizini təşkil edir.
Mövcud vəziyyət göstərir ki, Ermənistanın öz maliyyə potensialının aşağı olması səbəbindən hökumət büdcə xərclərini yerinə yetirmək üçün borclanmaya məcbur olur. 2024-cü ildə hökumət öz sosial-iqtisadi öhdəliklərini icra etmək üçün kənardan əlavə olaraq 1,4 milyard dollar borc alıb. Hazırda Ermənistanda adambaşına düşən borcun həcmi 3,6 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir.
Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycanla nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43%-dən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 540 dollardır.
Hazırda Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin starteji valyuta ehtiyatlarının həcmi 68 milyard dolalr olmaqla borcu 12,4 dəfə üstələyir. Digər region ölkələrindən Ermənistanda rezervlərin həcmi 5,3 milyard dolar olmaqla borcdan 2 dəfə azdır. Gürcüstanın strateji ehtiyatlarının həcmi isə 13,8 milyard dolar olmaqla təxmini olaraq borcla eyni məbləğə malikdir.
Göründüyü kimi Azərbaycanın güclü milli təhlükəsizlik yastığı xarici borcu tamamilə bağlamağa imkan verir. Azərbaycan öz rezervlərinin cəmi 8 faizini xərcləməklə xarici borcu sıfırlaya bilər.
Xarici borcla bağlı digər bir məqam beynəlxalq bazarlarda yeni borc alma imkanlarının səmərəliliyi və ölkənin reytinqi ilə bağlıdır. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin, ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki, borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreidtlər təklif edirlər. Azərbaycanın isə dayanıqlı və özünün güclü maliyyə potensialının formalaşması əlavə borclanmaya getməyə ehtiyac yaratmır.
Həmin maliyyə qurumları yüksək xarici borcu olan və yenə də əlavə borc istəyən ölkələrə isə daha yüksək faiz və yaxımmüddətli şərtlərlə kreditlər verir. Məsələn, Ermənistan borcunu azaltmaq əvəzinə artırdığından beynəlxalq maliyyə institutları bu ölkəyə daha ağır şərtlərlə kreditlər verir ki, bu da yeni risklər deməkdir.
Eyni zamanda, xarici borcun çəkisi və milli öhdəliklərdə nisbəti də ölkələrin beynəlxalq kredit reytinqlərinə də ciddi şəkildə təsir edir. Bu baxımdan, Azərbaycan kredit reytinqinə görə bölgədə ən yaxşı mövqedədir, ölkəmizin reytinqi “Fitch Ratings” və “Mudz” beynəlxalq reytinq agentlikləri tərəfindən 2023-cü ildə uzunmüddətli yerli və xarici valyutada reytinqi “BB+” səviyyəsində təsdiq edilib, proqnoz isə “sabit”dən “pozitiv”ə yüksəldilib. Gürcüstanın reytinqi “BB -” səviyyəsində, Ermənistanın kredit reytinqai isə “B” səviyyəsindədir.
Beləliklə, Azərbaycan xarici borclanmanı fiskal dayanıqlığın tərkib hissəsi kimi nəzərdən keçirir və səmərəlilik prinsipini əsas götürür və bu strategiya öz uğurlu nəticələrini verməkdədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50

