Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

04.05.2024 [16:56]

Qlobal böhran fonunda beynəlxalq sabitlik, enerji və ərzaq təhlükəsizliyi üçün alternativ marşrutlar həlledici əhəmiyyət kəsb edir. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının açılışında çıxış edərkən söyləyib. 

Onun sözlərinə görə, Gürcüstan Qara dənizin dibi ilə elektrik və internet kabellərinin çəkilməsi, Qara dəniz boyunca bərə daşımaları və qarşılıqlı əlaqəni yaxşılaşdırmaqla bağlı digər layihələri təşviq etmək üçün tərəfdaşlarla daha sıx işləməyi planlaşdırıb.

Baş nazir deyib ki, Gürcüstan Azərbaycan-Avropa İttifaqının (Aİ) “yaşıl dəhliz” layihəsində tərəfdaşlarla daha sıx əməkdaşlıqda maraqlıdır.

İ.Kobaxidze onu da vurğulayıb ki, Gürcüstan Şərq-Qərb, Cənub-Şimal, Cənub-Şərq dəhlizlərinin tikintisini davam etdirir, nəqliyyat əlaqələrini və qarşılıqlı əlaqəni yaxşılaşdırır.

Paylaş:
Baxılıb: 862 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30