Uyğunsuzluqlar aradan qaldırılır...
08.05.2024 [10:43]
Kimlər 5 il tez pensiyaya çıxa biləcək?
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiq edib və dəyişikliklərə əsasən, ana və ataların güzəştli şərtlərlə yaşa görə 5 il əvvəl əmək pensiyası almaq hüququ təmin olunacaq. Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub, övladlığa və ya qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranacaq.
Qeyd edək ki, mövcud qanunvericilikdə qadınların normal pensiyaya çıxma hüquqi 65 yaş təşkil edir. Bu o deməkdir ki, çoxuşaqlı ana hüququ əldə etmiş qadınlar artıq 60 yaşları tamam olduqda pensiyaya çıxa biləcəklər. Həmçinin, qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər. Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə biləcəklər.
Qanuna dəyişikliklər həm də indiyədək bu sahədə bəzi uyğunsuzluqları da aradan qaldırmış olacaq. Belə ki, indiyə qədər bu sahədə müəyyən boşluqlar var idi və çoxuşaqlı ana hüququ almaq üçün bəzi sui-istifadə halları yaradacaq istinadlar qalırdı. Belə ki, 3 və ya 4 uşağı olan qadınları yaxın qohumlarının və digər şəxslərin uşaqlarını övladlığa götürərək 5 uşaq sayını tamamlamaqla çoxuşaqlı ana statusu qazanmağa çalışırdı.Qanundakı yeni hüquqi mexanizmlər artıq bu kimi boşluqları da tam aradan qaldırıb və yeni qaydalar belə hallara cəhdlərin qarşısını tamamilə alır. Bu sahədə elektron resurslardakı mövcud məlumatlar və digər informasiya bazası şəffaf və dürüst pensiya təyinetmə prinsiplərini təmin edir. Belə ki, yeni dəyişikliklər pensiyanın proaktiv təyin edilməsinə tam imkan yaradacaq. İndiyə qədər güzəştli şərtlərlə pensiya təyinatı vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi, bundan sonra isə pensiya növünün də elektronlaşdırılması təmin ediləcək ki, bu da şəffaflıq üçün əsas amillərdən biridir. Beləliklə, qanunvericilikdəki bu təkmilləşdirmələrdən sonra yalnız həqiqi çoxuşaqlı ana anlayışı və hüquqi statusu təmin olunacaq.
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, analarla bərabər, ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ və pensiya yaşının 5 il azaldılması üçün hüquqi əsaslar yaranır. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq. Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşaqların kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

