2024-cü il büdcəsinin gəlir və xərcləri artırıla bilər
08.05.2024 [10:45]
Maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin büdcə proqnozlarındakı qiymətlə müqayisədə dəyişməsi ilə əlaqədar 2024-cü ilin büdcəsinə yenidən baxılmasını istisna etməyib. Bildirib ki, cari ilin dörd ayının yekunları ümidvericidir, xüsusilə də qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı daha yüksəkdir, vergi və gömrük daxilolmaları əlavə gəlirlərə imkan yaradıb. Bu amilləri nəzərə alaraq hazırda büdcə layihəsində dəyişikliklərin edilməsi üçün hesablamalar aparılır. Bu ssenariyə əsaslanaraq əvvəllər də olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək.
Qeyd edək ki, büdcə layihəsinə dəyişikliklər son 5-6 ilin büdcə praktikasında daha çox təsadüf olunan iqtisadi hadisə kimi diqqəti cəlb edir və ilin ortalarında dövlət büdcəsi layihəsinə yenidən baxılması büdcə-fiskal siyasətinin qanunauyğunluqlarından birinə çevrilib. Belə ki, hökumətin iqtisadi bloku ölkənin cari sosial-iqtisadi inkişafını və ilin sonuna gözlənilən göstəricilər üzrə proqnozu nəzərə alaraq iqtisadi-maliyyə potensialını qiymətləndirir və buna uyğun olaraq dürüstləşmə aparılır. Əgər ölkənin iqtisadi göstəriciləri, fiskal-maliyyə imkanları yaxşılaşıbsa, büdcədə profisit yaranıbsa, dövlətin ali maliyyə sənədində dəyişikliklərin edilməsi də meydana çıxır. Dövlət büdcəsində formalaşan profisit və eləcə də növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla hökumətə yeni büdcə ssenariləri təqdim olunur. Eləcə də, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırılır.
2024-cü ilin birinci rübünün göstəriciləri büdcə dəyişikliyi üçün hansı əsasları yaradır?
Cari ilin yanvar-mart ayı üzrə sosial-iqtisadi inkişaf göstəriciləri olduqca ümidvericidir və 2024-cü ilin birinci rübündə istehsal olunmuş ÜDM-in həcmi 29 milyard manat təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Bu o deməkdir ki, iqtisadi inkişafın əsas drayveri və artım sütunları qeyri-neftə əsaslanır və ölkədə qeyri-neft mənbələri üzrə potensial güclənir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müəssisələrin yaradılmasıdır. Bu səbəbdən qeyri-neft yığımları artır və 2024-cü ilin ilk rübündə bütün fiskal yığımlarda əhəmiyyətli artım baş verib.
Belə ki, 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri 8,4 milyard manat olub və nəticədə büdcədə 821,7 milyon manat məbləğində profisit yaranıb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6 milyard manat təşkil edib. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 4,2 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edib və əsas gəlirlər qeyri-neft yığımları olub. Vergi orqanları 530 milyon manat qeyri-neft vergi yığımları əldə edib. Bu onu göstərir ki, ölkəmizdə iqtisadi inkişaf dayanıqlıdır və qeyri-neft sektoru üzrə yığımlar da artır. Bu isə ona imkan verir ki, büdcədə əlavə profisitin yeni maliyyə xərcləri kimi müxtəlif sahələrə yönəldilməsinə təminat verir.
Büdcəyə dürüstləşmələr zamanı hansı sahələrdə əlavə xərclərin artımı mümkün ola bilər?
2024-cü ilin büdcəsində dürüstləşmələr aparıldığı zaman, ilk növbədə ölkəmizin bir nömrəli vəzifəsi olan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və yenidən qurulma işlərinin miqyasının daha da artırılmasına əlavə maliyyə dəstəyinin təmin edilməsi nəzərə alınacaq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alır və bundan sonrakı mərhələdə bu işlərin birbaşa Azərbaycanın öz xərcləri hesabına daha da genişlənməsi əsas çağırışdır. Ona görə də, büdcədə azad edilmiş ərazilərlə bağlı nəzərdə tutulan maliyyə təminatının böyük bir hissəsi həm də qeyd edilən ərazilərin yenidən qurulmasına yönəldiləcək. Büdcədən azad edilmiş ərazilərin bərpasına nə qədər çox vəsait ayrılarsa, Böyük Qayıdış daha da tezləşmiş olur. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası əsas strateji çağırışlardan biridir. Bu baxımdan əlavə maliyyə təminatı həmin bölgənin iqtisadiyyatının canlanması, qeyri-neft sektorlarının inkişafına töhfəsinin təmin edilməsində mühüm rol oynaya bilər.
Büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritetlilik təşkil edəcək. Hazırda dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daim diqqətdə saxlanılmasını və daha da gücləndirilməsini, müdafiə və milli təhlükəsizlik sahəsində islahatların davam etdirilməsini tələb edir. Bu zəmində, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin bərqərar olunması, toxunulmazlığının təmin edilməsi və davamlı mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Son 3 ildə hərbi-müdafiə infrastrukturlarının müasirləşdirilməsi, azad ərazilərdə yeni nümunəvi ordu birləşmələrinin yaradılması və hərbi strukturların qurulması, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturların, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artması, eyni zamanda, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər geosiyasi çağırışlar həmin sahələrə əlavə maliyyə ayrılmasını zəruri edir. Bütün bunlar nəzərə alınmaqla, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün əlavə vəsait tələb olunur.
Büdcədə əlavə xərclərin maaş artımı və pensiyaların artırılması üçün büdcədən əlavə xərclərin nəzərə alınması mümkünlüyünə gəlincə, bu, dürüstləşmə zamanı xərclərin həcminə əsasən müəyyən ediləcək. Əgər büdcədə əlavə xərclərin həcmi daha böyük həcmdə olarsa, həmin sahələrdə də artımlar üçün maliyyə təminatının yaradılması mümkündür. Çünki hökumətin siyasətində sosial məsələlər də prioritetdir və imkanlar artdıqca sosial təminat xərclərinin həcmi də yüksəlir. Bütün bunlarla yanaşı, bəzi investisiya layihələri üzrə xərclərin maliyyələşməsi, sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, digər lazım olan zəruri xərclərin də maliyyələşdirilməsi üçün də əlavə maliyyə təminatının yaradılması mümkündür.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

