ABŞ şirkətlərinin Azərbaycandan “yaşıl enerji” istəyi
14.05.2024 [10:30]
Azərbaycanın “yaşıl dünya naminə həmrəylik” platformasında əsas təşəbbüskar ölkə kimi fəaliyyətini artırması və COP29 iqlim konfransına ev sahibliyi etməklə ətraf mühitin qorunmasında məsuliyyətli addımlar atması ABŞ tərəfindən yüksək dəyərləndirilir. ABŞ şirkətlərinin Azərbaycanın bərpa olunan enerji sektoruna böyük marağı yaranıb. ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi Azərbaycanın bərpa olunan enerjinin istehsalı və tədarükündə qəbul etdiyi qərarları və atdığı addımları müsbət dəyərlənidirb. Səfir qeyd edib ki, ABŞ-ın “yaşıl enerji” üzrə tanınmış şirkətləri və mütəxəssisləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkdə maraqlıdır.
ABŞ-ın ölkəmizdəki səfirinin fikrindən anlaşılır ki, Amerika bərpa olunan enerji layihələrinə xüsusi maraq göstərir və Azərbaycanda “yaşıl hidrogen”
quruculuğnda fəal əməkdaşlığa can atır. Bu isə iki ölkə arasında ötən əsrin əvvəllərindən möhkəm təməli qoyulmuş enerji əməkdaşlığının yeni müstəviyə qədəm qoyduğunu və bu sahədə münasibətlərin yeni səhifəsinin açılması imkanlarının mövcudluğunu göstərir. Qeyd edək ki, Azərbaycanın 1994-cü ildə əsasını qoyduğu yeni enerji diplomatiyasını qətiyyətlə dəstəkləyən və Şərq-Qərb enerji dəhlizlərinin formalaşmasında mövqeyini hər zaman müsbət qiymətləndirən ölkələrdən biri Amerika olub. BTC, TANAP, TAP kəmərlərinə siyasi dəstək verən güc mərkəzlərdən biri kimi ABŞ bu layihələrin sülh və rifah, əsil enerji həmrəyliyi dəhlizləri olmasını bəyan edib. Azərbaycanın enerji siyasətini alqışlayıb.
Ona görə də, Azərbaycanın enerji siyasətinin yeni gündəliyi olan “yaşıl hidrogen” və təmiz ekoloji mühit platforması da ABŞ-ın məqsəd və məramları ilə üst-üstə düşür. Həmçinin, Azərbaycanın yaşıl enerji üzrə nəql marşrutu da Şərq-Qərb xətti üzərində qurulub ki, bu da Vaşinqtonun dəstəklədiyi enerji konsepsiyasına uyğundur. Bütün bunlar onu göstərir ki, ABŞ-ın “yaşıl enerji” proqramlarında Azərbaycanla birgə əməkdaşlığı üçün fürsət və mühit formalaşıb.
Məlumdur ki, Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur. Bu ərazilər Yaşıl Enerji Zonası elan edilib, bölgədə bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı xarici şirkətlərlə müxtəlif ssenarilər üzərində planlar işlənilir. Mövcud dəyərləndirmələr göstərir ki, Qarabağ və Şərqi-Zəngəzurda bərpa olunan enerji potensialına görə, digər bölgələrdən qat-qat zəngindir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə resursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Artıq Azərbaycan hökuməti ilə BP şirkəti arasında əldə edilmiş razılığa əsasən, Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə hazırlıq işləri görülür və iyul ayında “Şəfəq” layihəsi üzrə günəş elektrik stansiyasının tikinti işlərinə başlanacaq. Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılacaq. Laçın və Kəlbəcərin dağlıq ərazilərində həcmi 2000 Mvt proqnozlaşdırılan külək enerjisi stansiyası layihəsi reallaşmaqdadır.
Aİ şirkətlərinin, eləcə də digər xarici ölkələrin tanınmış enerji konsorsiumlarının azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələrində iştirakına dair razılaşmalar ABŞ şirkətlərinin də bu koalisiyaya daxil olmasını şərtləndirir.
ABŞ şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində digər sahələrə investisiya qoyması üçün də imkanlar böyükdür. Hazırda bu ölkənin qeyri-hökumət təşkilatı Marşal Fondu Azərbaycanın ANAMA təşkilatına ərazilər minalardan təmizlənməsi işinə dəstək verir. Bu faktor da amerikalı şirkətlərin ərazilərin minalardan təmizlənməsindən sonra həmin torpaqlarda əsası qoyulan aqrar, aqrar-sənaye, enerji layihələrində təmsil olunmasına stimul verə bilər. Həmçinin, son aylarda Avropanın, Böyük Britaniyanın nüfuzlu şirkətləri azad edilmiş ərazilərdəki potensialı qiymətləndirərək burada icra edilən investisiya layihələrində iştirak üçün təkliflərlə çıxış etməkdədir. Xarici sərmayəlilərin artan bu marağı və Qarabağda intensiv xarakter alan işgüzarlıq, investisiya təşəbbüskarlıqları ABŞ şirkətlərinin də xarici tərəfdaşları ilə birgə eyni cərgədə yer almasında motivasiyaedici rol oynaya bilər. Üstəlik, bərpa olunan enerji sektoruna maraq göstərən Amerika şirkətlərinin bu sahə ilə birbaşa bağlı olan sənaye sahələrində də təmsil olunması imkanları böyükdür.
ELBRUS
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40

