“Xudafərin” və “Qız Qalası”...
22.05.2024 [10:40]
Həm də “yaşıl enerji” körpüsüdür
Azərbaycanla İran arasında birgə istifadəyə açılan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları müasir enerji gündəliyində yer alan “yaşıl enerji” təminatında da mühüm yer tutur. Bu layihələr həm də faktiki olaraq hər iki ölkəni həm də bərpa olunan yeni enerji mənbələrinin istismarında bir platformada birləşdirmiş olur. Bu baxımdan, Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istifadəyə verilməsi Azərbaycan dövlətinin başçısının uzaqgörən siyasətinin, müasir enerji strategiyasının uğurlu nəticəsi hesab oluna bilər.
Hidroenerji ekoloji cəhətdən təmiz enerji mənbəyi olmaqla, dünyada ən geniş istifadə olunan bərpaolunan enerji mənbəyidir. Hidroenerji çayın və ya digər su hövzəsində yaradılan bəndlərdən və ya axar sudan alınan elektrik enerjisidir. Bu, bərpa olunan enerji mənbəyi davamlı olaraq dövriyyədə olan su axını sayəsində daim istehsalın dövriliyini təmin edir. Bərpaolunan enerji mənbələri içərisində dünyada ən böyük istehsal gücünə malik stansiyalar su elektrik stansiyalarıdır. 2020-ci il məlumatlarına əsasən, su elektrik stansiyalarının qoyuluş gücü hidroakkumulyasiya stansiyaları istisna olmaqla 1211 QVt, dünyada bərpa olunan enerji stansiyalarının qoyuluş gücünün 43 faizini təşkil edir. Yer kürəsində istehsal olunan bütün bərpaolunan elektrik enerjisinin təxminən 71 faizini hidroenerjidən əldə edilir. “Yaşıl enerji”yə keçidin sürətləndiyi qlobal coğrafiyada dünyanın iri investorları məhz ən böyük sərmayələri hidroenerjiyə yatırır. ABŞ, Rusiya, Çin, Braziliya, Kanada və digər ölkələrdə bərpaolunan enerji sərmayələri portfelində ilk yerdə hidronerji investisiyaları dayanır.
Hazırda “yaşıl enerji” proqramlarına xüsusi diqqət ayıran ölkələr və investorlar hidroenerji mənbələri və qovşaqlarının layihələndirilməsi və istismarı üçün ən qabaqcıl texnologiyaları öyrənir, bu sahənin imkanlarını səfərbər edir. Bu baxımdan Azərbaycan hökuməti ilə İran arasında birgə icra olunan bu layihə “yaşıl enerji” sahəsində əməkdaşlığın da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. Araz çayının su resurslarına söykənən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları uzun onilliklər Azərbaycan və İranın enerji təminatında mühüm rol oynayacaq. “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.
Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Layihə təkcə Azərbaycana illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kub.metr qaza qənaət imkanı yaradacaq.
“Yaşıl enerji” siyasəti çərçivəsində su elektrik stansiyalarının inşasına diqqət ayıran Azərbaycan hökuməti əsas mənbələrdən biri kimi işğaldan azad edilmiş ərazilərdə SES-lərin inşasını da həyata keçirməkdədir. Bir neçə gün əvvəl dövlət başçısının istifadəyə verdiyi “Zəngilan” və “Şayıflı” SES-lər bu bölgədə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi məqsədlərinə xidmət edir. Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 42 meqavat olan “Zəngilan” SES ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Ümumilikdə, təmiz enerji istehsalında mühüm paya malik olacaq “Zəngilan” və “Şayıflı” SES-lər il ərzində 60 milyon kilovat-saat “yaşıl enerji” istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcminin 28 min tona qədər azalmasına səbəb olacaq.
“Yaşıl enerji”nin ən mühüm mənbələrindən biri olan SES-lərin digər ərazilərdə də inşası sürətlə davam etdirilir. Azad edilmiş rayonlardan Laçın, Kəlbəcər və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyasının, eləcə də “Zəngilan” və “Şayıflı”nın artıq istismara verilməsi bu bölgədə hidroenerji potensialının səfərbər edildiyini göstərir.
Beləliklə, Azərbaycan yaxın 2 ildə “yaşıl enerji”nin əsas mənbələrindən olan hidroenerji imkanlarını tam səfərbər etməklə təmiz enerjiyə keçiddə dünya üzrə mövqeyini də yaxşılaşdıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

