Ləğvetmə prosesi yekunlaşsa da...
30.05.2024 [10:40]
Hələ 15-dən artıq bankın öhdəlikləri ilə bağlı proses davam etdirilir
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedici funksiyanı həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan 2 bankın - “Azərbaycan Kredit Bankı” ASC və “Borçalı” KB-nin ləğv prosesini yekunlaşdırıb. Hazırda 4 bankın - “Royalbank”, “Qafqaz İnkişaf Bankı”, “Gəncəbank” və “Dəmirbank”ın ləğvetmə prosesi üzrə sonuncu tamamlama işləri icra olunur ki, əsas prosedurlardan biri olan təminatsız kreditor tələblərinin ödənilməsi başa çatdırılmaqdadır. Ləğvetmə tədbirləri çərçivəsində ƏSF tərəfindən 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş 6 bankın əmanətçilərinə 893 milyon 598 min 111 manat dəyərində kompensasiya ödənilməsi təmin olunub. Ümumilikdə, fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə 32 milyon 236 min 851 manat məbləğində vəsait ödənilib.
Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılıb və 2017-ci ildən ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib. Sözügedən funksiyanın həvalə edilməsi ilə Fond ləğv prosesində olan bankların aktivlərinin idarə edilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesini həyata keçirir.
2024-cü ilin əvvəlində Fondun ləğvetməsində 23 bank olub və hazırda 6 bank üzrə bu prosesin yekunlaşmasını nəzərə alsaq, hələ ölkədə 17 bankın ləğvetmə işləri davam etdiriləcək. Bu isə o deməkdir ki, ƏSF hələ bir neçə yüz milyon manat məbləğində kompensasiya ödənilməsini də təmin etməlidir. Daha doğrusu fondun üzərində hələ qarşıda daha böyük maliyyənin “utilizasiyası” kimi yük qalır.
Ləğetmə nədir və hansı məqsədlərə xidmət edir?
Bank bazarında öz öhdəliklərini yerinə yetirə bilməyən və likvidliyini tamamilə itirən banklar Mərkəzi Bankın müvafiq qərarı ilə lisensiyadan məhrum olduqdan sonra onların öhdəliklərinin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılır. Komissiya bankların vətəndaşlara və sahibkarlıq subyektlərində olan borclarının ödənilməsi, kreditlər üzrə öhdəliklərin yerinə yetirilməsi işlərini tənzimləyir. Kapitallarını tamamilə itirmiş və kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməyən banklar müflis elan olunduqdan sonra Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilir və həmin bankların öhdəliklərin reyestri ƏSF-yə ötürülür. ƏSF ilk növbədə, banklardakı əmanətlərin qaytarılmasını təmin edir. Bunun üçün Fond ilk növbədə, bağlanmış bankın öz aktivlərini borca yönəldir, vəsait yetərli olmadığı halda öz maliyyə portfelindən tələb olunan həcmdə vəsaitləri ayırır, bu da çatmadıqda Mərkəzi Bankdan borc götürərək vətəndaşların depozit öhdəliyini bağlayır. Bu qaydalar isə qorunan əmanətlərə aiddir. “Əmanətlərin sığortalanması haqqında” Qanununun müvafiq maddələrinə əsasən, fiziki şəxslərin banklarda saxladıqları 100 min manatadək olan əmanətləri qorunan əmanətlər hesab olunur. Əgər əmanətin məbləği 100 min manatdan çoxdursa, o zaman onun 100 min manata qədər olan hissəsi sığortalanır. Əgər əmanətlər xarici valyuta ilə saxlanılırsa, onlar üçün qorunma məbləği 100 min manat ekvivalentinə qədərdir. Əmanətlərin qorunması üçün, həmçinin, manatla saxlanılan əmanətlər illik maksimum 12 faizədək gəlir şərti ilə, xarici valyutadakı əmanətlər isə illik maksimum 3 faiz yerləşdirilməlidir. Qanunvericilikdə fiziki şəxslərlə yanaşı, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin də vəsaitlərinin qorunması nəzərdə tutulur. Belə ki, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20 min manatadək olan pul vəsaitləri qorunan əmanətlərə aid edilir. Fond həmin qaydaların tələblərinə uyğun olaraq zəmanət verilmiş əmanətləri geri ödəyir.
Qorunmayan əmanətlərə görə, məsuliyyəti yalnız bank daşıyır. Demək olar ki, Azərbaycanda bağlanmış bütün bankların qorunan əmanətlərinin icrası başa çatdırılıb. Belə ki, hansısa bank bağlandıqdan sonrakı 6 ay müddətində Fond qorunan əmanətlərin ödənişini yekunlaşdırır.
Əmanətlər və depozitlərlə bağlı hansısa mübahisələrin meydana çıxması isə ləğv edilmiş bankla müştəri arasında əldə edilmiş razılaşmada və müqavilədəki hüquqi qaydalardakı pozuntularla bağlıdır. Yəni hər iki tərəf ölkənin bank qanunvericliyinin tələblərindən kənara çıxaraq sövdələşib ki, buna da ƏSF məsuliyyət daşımır. Belə hallar əsas etibarilə qorunmayan əmanətlər və müxtəlif biznes subyektlərinin hesablarındakı kənarlaşmalarla bağlıdır. Bu cür hallarla bağlı ləğvetmə prosesi dövründə həm Mərkəzi Bank, həm də ƏSF tərəfindən əmanətlərin qəbulu və hesabların açılması zamanı müflis edilmiş keçmiş bankların yol verdiyi pozuntular və nöqsanlar barədə müştərilərə bütün zəruri izahatlar verilib. Ona görə də belə pozuntulardan yaranan hallar ləğvetmə prosesində öhdəlik hesab edilmir və ƏSF buna nöqtə qoyub. Yalnız istisna hallarda Konstitutsiya Məhkəməsinin qərarı əsasənda blok olunmuş əmanətlər qaytarıla bilər.
ƏSF tərəfindən zəruri hüquqi prosedurlar hazırda bağlanmış banklarda təminatsız kreditor tələblərinin ödənilməsi və digər maliyyə öhdəlikləri ilə bağlıdır. Bu prosesin isə hələ bir neçə il vaxt aparacağı istisna deyil.
Onu da qeyd edək ki, bank bazarındakı mövcud ssenarilər nəzərə alınmaqla ötən ilin sonlarında ləğvetmə prosesində olan bankların vergi yükünün tənzimlənməsi üçün vergitutma məqsədləri baxımından ehtiyatların yaradılması qərara alınıb. Bu o deməkdir ki, müflis elan olunmuş banklar vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada xüsusi ehtiyatları yaratmaqla gəlirdən çıxmaq hüququna malik olacaq. Yəni, ləğvetmə prosesində olan bankların vergi yükü tənzimlənərkən faktiki olaraq, ödənilməyən gəlirlər ümidsiz borclar kimi nəzərə alınacaq və vergitutma məqsədləri üçün ehtiyatlar yaradılıb.
ELBRUS
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05

