Müstəqillik tarixində ən yüksək nəticə ...
01.06.2024 [11:13]
Azərbaycan “Açıq Büdcə İndeksi-2023” beynəlxalq hesabatında 23-cü yerə yüksəlib
Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı (International Budget Partnership) tərəfindən mayın 29-da “Açıq Büdcə İndeksi - 2023” hesabatı açıqlanıb. Azərbaycan əvvəlki hesbatla müqayisədə daha 10 bal yüksəl göstəriciyə nail olaraq 100 mümkün baldan 67-ni toplayıb. Bununla da Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 22 bal yuxarı olmaqla ümumi reytinqdə ən çox irəliləyən ölkələr qrupunda yer alıb. Məlumat üçün qeyd edək ki, 61 və ya daha yuxarı bal toplayan ölkələr adekvat büdcə açıqlığına malik ölkələr qrupuna aid edilir. Beləliklə, Azərbaycan “Açıq Büdcə İndeksi-2023” hesabatında qiymətləndirmədə iştirak edən 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yerə yüksəlib və müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi üzrə ən yüksək nəticə əldə edib. Ümumilikdə, Azərbaycan müvafiq reytinqin parametrləri üzrə dünya üzrə bir sıra orta göstəriciləri də xeyli qabaqlayıb.
Mövcud reytinq hesabatının tərtib olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri kimi sənədlərə istinad olunur. Ümumilikdə, Beynəlxalq Büdcə Tərəfdaşlığı tərəfindən ekspert sorğusu əsasında iki ildən bir tərtib olunan büdcə reytinqi üç əsas fundamental maliyyə qiymətləndirməsinə əsaslanmaqla qiymətləndirilr:
1. Büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığı (Open Budget Index)
2. Büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi (Public Participation);
3. Qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyəti (Budget Oversight).
Birinci bölmədə büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı göstəricilərinin ölkələr üzrə müqayisəsini aparır. Digər iki bölmə isə büdcə proseslərində ictimaiyyətin iştirak imkanları və rəsmi nəzarət orqanlarının (qanunverici hakimiyyət orqanı və ali audit qurumu daxil olmaqla) rolu və səmərəliliyi göstəriciləridir.
Qeyd edək ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan həmin ildən etibarən bu sorğuda iştirak edir. Həmin ildən başlayaraq reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Əgər 2006-cı ildə ilk hesabat açıqlanan zaman ölkəmizin topladığı bal indeksi 30-a bərabər idisə, hazırda 67-dir. Bu isə o deməkdir ki, ölkəmiz son 17 ildə mövqeyini 2 dəfədən də çox olmaqla 37 bal yaxşılaşdırıb.
“Açıq Büdcə İndeksi-2023” hesabatında büdcə ilə bağlı qiymətləndirmə 8 əsas büdcə sənədinin əhatəliliyinin və metodologiyada nəzərdə tutulmuş müddətlərdə dərc edilməsinin, o cümlədən rəsmi dövlət qurumlarının veb-səhifələrində yerləşdirilməsinin təhlili vasitəsilə aparılır. Bütün bu parametrlər əsasında sorğu qiymətləndirməsi 109 indikatoru üzrə ölçülür. Həmin 109 indikatoru maliyyə orqanları tərəfindən hazırlanan büdcə sənədlərini əhatə edir. Eyni zamanda, sorğu üzrə sualların 18-i ictimaiyyətin büdcə prosesində iştirakını (Public Participation), 18-i isə qanunvericiliyin və ali audit orqanının (Budget Oversight) bu məsələdə rolunu qiymətləndirir. Sorğu bir qayda olaraq akademik sfera, qeyri-hökumət təşkilatları və ya müstəqil iqtisadçı-ekspertlər qrupu tərəfindən ilkin qiymətləndirmə aparıldıqdan sonra Beynəlxalq Büdcə Tərəfdaşlığının komandasına təqdim edilir. Büdcənin tərtibinə məsul olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən sorğunun ilkin versiyasına baxılır (Government Review Process), daha sonra sorğu ilə bağlı rəylər təşkilata bildirilir.
Azərbaycanın sözügedən beynəlxalq hesabatda irəliləməsini şərtləndirən əsas amillər hansılardır?
Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının metodologiyasına və ölçmə texnologiyasına əsasən, Azərbaycan qeyd olunan 8 əsas büdcə sənədinin (ilkin büdcə bəyanatı, büdcə layihəsi, təsdiq edilmiş büdcə, Vətəndaşın Büdcə Bələdçisi, dövlət büdcəsinin icrasına dair aylıq, yarımillik və illik hesabatlar, dövlət büdcəsinin icrasına dair audit hesabatı) hər birinin ictimaiyyətə açıqlığına görə, iradəli islahatlar aparmaqla nail olub. Budəfəki reytinq hesabatının bir xüsusi önəmi ondan ibarətdir ki, ilk dəfə olaraq, Azərbaycanda büdcə sistemi ilə bağlı həmin 8 sənədin ictimaiyyətə açıqlanması “Beynəlxalq Büdcə Tərəfdaşlığı” tərəfindən xüsusi olaraq nəzərə alınıb. Əlavə olaraq, ilkin büdcə sənədləri, dövlət büdcəsinin icrasına dair yarımillik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq səviyyəsinin artırılması, həm də sənədlərin özlərinin ictimaiyyətə açıqlanması üzrə irəliləyişlərə nail olunub. Bununla yanaşı, həmin sənədlərin həm keyfiyyət, həm də məlumatlılıq səviyyəsi dərindən tədqiq edilib.
Bundan başqa, müvafiq qurumlar tərəfindən aparılan büdcə auditi prosedurları da ölçmə indikatorları kimi diqqətdə saxlanılıb. Belə ki, hesabatda 6 sualla əhatə edilən büdcəyə nəzarət üzrə ali audit orqanı subindeksi üzrə Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, “adekvat” nəticə kimi yüksək qiymətləndirilib. Bu da Palatanın büdcə nəzarəti siyasətini son illərdə təkmilləşdirməsinin mühüm göstəricisi hesab edilə bilər.
Onu da qeyd edək ki, hesabatda ənənəvi olaraq, ilk yerlərdə Şimali Avropa ölkələri və inkişaf etmiş digər böyük ölkələr yer alır. Nəzərə alsaq ki, müvafiq hesabatda da qeyd olunduğu kimi, bu göstəricilər, Azərbaycanın əldə etdiyi ən yüksək nəticələrdir və burada kəskin inkişaf trendləri mövcud olub, o zaman burada mühüm gələcək inkişaf imkanlarının olduğunu da qeyd edə bilərik. Belə ki, mərhələ-mərhələ ölkənin göstəricilərinin müvafiq reytinqdə daha da artması, ictimai iştirakçılıq, büdcə auditi və kommunikasiyası kimi məsələlərdə ölkənin mövqeyinin yüksələcəyini görmək mümkündür. Bu templə davam edərsə, növbəti hesabat illərində Azərbaycanın bir çox inkişaf etmiş Avropa ölkələri, həmçinin “Böyük Yeddilik” ölkələrinin də yer aldığı 2-ci qrup ölkələrin səviyyəsinə çata biləcəyini proqnozlaşdırmaq mümkündür.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

