Regionun lider investoru...
12.06.2024 [10:30]
Azərbaycan Gürcüstana həm sərmayələri artırır, həm də bu ölkəni qlobal iqtisadiyyata bağlayır
İqtisadi sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində artıq potensial investorlardan birinə çevrilən Azərbaycan üçün indi əsas prioritet istiqamətlərdən biri də elə xarici sərmayə layihələrinin genişlənməsidir. Bu ölkələrin sırasında ilk yeri qardaş Türkiyə tutur. Sonrakı yerlərdə isə əsas tərəfdaş ölkələrdən biri kimi Gürcüstanı qeyd etmək olar. Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrdə fəal iştirak etməklə bərabər, həm də investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıqdan əhəmiyyətli dərəcədə faydalanmaqdadır. Bunun nəticəsidir ki, ölkəmizin Gürcüstan iqtisadiyyatına töhfəsi artır, Azərbaycan şirkətləri Gürcüstanda olduqca aktivlik nümayiş etdirərək qonşu dövlətin bir çox sahələrində təmsil olunur.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi isə 54 milyon dollar təşkil edib. Bu, həmin ölkəyə yatırılmış ümumi sərmayələrin təxminən 3 faizi deməkdir. Belə ki, ötən il Gürcüstan iqtisadiyyatına yənəlmiş birbaşa xarici investisiyaların həcmi 1 milyard 600 milyon dollar təşkil edib. İnvestisiyaların ən böyük hissəsi maliyyə və sığorta sektoruna yatırılıb - 630,1 milyon dollar. Bu, ümumi investisiya həcminin 39,5 faizini təşkil edir. İkinci yerdə emal sənayesi, üçüncü yerdə isə nəqliyyat sektoru qərarlaşıb. Gürcüstana ötən il ən çox böyük sərmayə qoyan ölkə Böyük Britaniya olub, 392 milyon dollar. İkinci sırada 361 milyon dollarla Niderland, üçüncü yerdə isə 169 milyon dollarla Türkiyə qərarlaşıb.
Azərbaycanın 2024-cü ilin yanvar-mart aylarında isə Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon dolları təşkil edib. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən, eyni dövründə Gürcüstandan Azərbaycana 7,5 milyon dolları həcmində investisiya yatırılıb. Birinci rübdə Gürcüstana birbaşa xarici investisiyalarının ümumi həcmində Azərbaycanın payı 6 faiz təşkil edib. 2024-cü ilin birinci rübündə Gürcüstan iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi 201,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 faiz azalma deməkdir.
Azərbaycanın Gürcüstana böyük həcmdə investisiya yatırmasının əsası 2006-cı ilin sonlarından qoyulub. Həmin vaxt SOCAR Gürcüstandakı “Kulevi” terminalına sahib olub, 2008-ci ildə təsis olunmuş “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda ilk yanacaqdoldurma stansiyasını açaraq bu şəbəkəni genişləndirib. Hazırda Gürcüstan ərazisində “SOCAR” brendi altında
50-yə yaxıni stansiya fəaliyyət göstərir. Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir. Son illərdə bu ölkənin nəqliyyat, infrastruktur, enerji sektorlarının əsaslı şəkildə yenidən qurulmasında da ölkəmiz əsas maliyyə təchizatçısı kimi çıxış edib. Ümumilikdə, son 30 ildə Azərbaycan bu ölkəyə 4 milyard dollara yaxın sərmayə qoyub. Həmin məbləğin 1,5 milyard dollarını Azərbaycanın SOCAR şirkəti yatırıb və birbaşa yanacaq-enerji sektorunu əhatə edir. Həmçinin, Azərbaycan şirkətləri Gürcüstanda ən böyük vergi ödəyiciləridir ki, bu da fiskal yığımlarda da ölkəmizin təminatlı rolunu təsdiqləyir. Eləcə də Gürcüstanın bölgələrində zəruri infrastrukturlar da ölkəmizin sayəsində modernləşdirilib ki, bu da sosial əhəmiyyət daşımaqla əhalinin dayanı?əqlı kommunal xidmətlərlə təminatını yaxşılaşdırıb. Bütün bunlar onu göstərir ki, qonşu ölkənin iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycanın maliyyəsi hesabına təmin olunur.
Azərbayca həm də Gürcüstanın dünyaya bağlantısını da təmin edən və Cənubi Qafqazdan Avropaya enerji-nəqliyyat tranzitlərinə qoşan lider dövlətdir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur ki, bu da beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi fonunda Gürcüstanın beynəlxalq nəqliyyat qovşaqlarına çıxışını daha da asanlaşdıracaq. Yeni İpək Yolunun Orta Dəhlizində öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürcülüyünün daha da güclənməsində və şaxələnməsində xüsusi təşəbbüskarlıq etməklə yanaşı, Gürcüstanı da Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinə bağlayır. Azərbaycan bu qlobal dəhlizlərin, o cümlədən BTQ-nin müasirləşməsinə, nəqliyyat landşaftının genişlənməsinə böyük sərmayələr qoyur və bu investisiyalar həm də Gürcüstanın infrastrukturların müasirləşməsinə səbəb olur. Yəni ölkəmizin investisiya siyasəti regional əhəmiyyət daşımaqla qonşu ölkənin maliyyə ehtiyaclarını da təmin edir. Bu siyasət isə regional nəqliyyat-enerji sistemlərinin rentabelliyini artırmaqla beynəlxalq tranzit daşımalarının həcminin artmasına, BTQ-nin Çin və Orta Asiyadan daha çox yükü qəbul edilərək Avropaya çatdırılmasına səbəb olacaq. Bu tranzit daşınmalarından isə Azərbaycanla yanaşı, Gürcüstan da öz gəlirlərini artırmış olacaq. Hazırda ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, tranzit yükdaşımalar və logistika imkanlarının genişləndirilməsi, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası nəzərdə tutulur ki, bundan ölkəmizlə yanaşı, qonşu dövlət də faydalanacaq. Beləliklə, Gürcüstan bütün iqtisadi layihələrdə təmsil olunmaqla həm öz iqtisadi infrastrukturlarını yaxşılaşdırır, həm də Azərbaycanın sayəsində öz milli inkişafını möhkəmləndirmiş olur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

