İnflyasiyanı 2 dəfə azaltmaq hədəfi
12.06.2024 [11:00]
Türkiyə hökuməti sərt pul siyasətini davam etdirəcək
Türkiyə hökuməti ölkənin iqtisadi-sosial inkişafında əsas qayğılardan biri olan yüksək qiymət artımları ilə mübarizəni genişləndirmək üçün əlavə tədbirlərdən istifadə etməyi düşünür. Qardaş ölkənin Mərkəzi Bankının rəhbəri Fatih Karahan bildirib ki, inflyasiya ilə mübarizədə inzibati alətlərdən istifadə ön planda qalacaq. 2024-cü il üçün makroiqtisadi hədəflərlə bağlı açıqlama verən baş bankir bildirib ki, inflyasiya azalana qədər dövlətin müdaxiləsi ilə sərt pul siyasəti davam etdiriləcək. MB heyətində qiymət artımında rol oynayan xarici faktorlara və qlobal risklərə baxmayaraq, inflyasiyanın azalmağa doğru davam edəcəyinə dair ümidverici əhval-ruhiyyə də hiss olunur. Belə ki, F.Karahan inamla mövcud 74 faizlik inflyasiya göstəricisinin 2 dəfə endirilməsinin mümkünlüyünü və 2024-cü ilin sonuna kimi 36 faizə düşmüş inflyasiyanın proqnozlaşdırıldığını xatırladıb.
Prezident Rəcəb Tayyib Ərdoğan 12-ci İqtisadi İnkişaf Planı çərçivəsində ölkənin əsas hədəf prioritetlərindən biri kimi inflyasiyanın azalması istiqamətində hökumətin koordinasiyalı fəaliyyətinin artırılacağını bildirib. Ortamüddətli inkişaf proqramı çərçivəsində müəyyən edilmiş anti-inflyasiya tədbirlərinə əsasən, cari ilin ikinci yarısından etibarən qiymət indeksinin azaldılması istiqamətində məqsədli addımlar atılacaq.
Qeyd edək ki, Türkiyədə aprel və may ayları üzrə inflyasiya göstəriciləri hələ də yüksək olaraq qalmaqdadır. Ancaq ölkənin xarici ticarətin dinamikasında yaxşılaşma və cari tədiyyə balansındakı dinamika qiymət indeksinin azaldılması ilə bağlı nikbinliyi artırır. 2024-cü ilin yanvar-may aylarında Türkiyənin xarici ticarət dövriyyəsinin həcmi 250 milyard 588 milyon dollara çatıb. Belə ki, ixrac 4,5 faiz artaraq 106 milyard 914 milyon dollar, idxal isə 9,3 faiz azalaraq 143 milyard 674 milyon dollar təşkil edib. Təkcə may ayında ixrac 11,4 faiz artaraq 24 milyard 75 milyon dollar olub. Yəni ölkənin ixrac potensialı hər ay artmaqla tədiyyə balansının da yaxşılaşmasına öz təsirlərini göstərməkdədir. Eləcə də ötən 5 ayda ölkə iqtisadiyyatı 5 faizə yaxın böyümə nümayiş etdirib, ÜDM-in real artımı 4,9 faiz təşkil edib. Ölkənin sabit maliyyə yığımları da artıb, ehtiyatlarda artım qeydə alınıb. Bu isə maliyyə sabitliyinin təmin edilməsi üçün müsbət tendensiya deməkdir. Maliyyə naziri Məhmet Şimşək bildirib ki, ölkə iqtisadiyyatı üçün ən pis dövr arxada qalıb və iyun ayından sonra deinflyasiya prosesinə daxil olur.
Türkiyə Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və ölkə iqtisadiyyatını sabitləşdirmək üçün uçot dərəcəsini də davamlı olaraq artırır. Hazırda ölkədə uçot faiz dərəcəsi 50 faizə qədər yüksəldilib ki, bu da cari ilin yanvarına nisbətən 5 faiz artım deməkdir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, inflyasiya narahatlığı uçot dərəcəsinin artımını da labüd edir, bu proses bank və maliyyə sektorları, kreditlər üçün çətinliklər yaratsa da uçot dərəcəsinin artımının davam etdirilməsi anti-inflyasiya strategiyası çərçivəsində saxlanılacaq.
Qardaş ölkədəki maliyyə sabitliyinin zəiflədilməsində siyasi faktorun rolu az deyil, Son illərdə dolların sürətlə bahalaşmasında valyuta bazarındakı süni spekulyasiyaların təsiri az olmayıb, ölkənin valyuta birjalarına müdaxilədə yerli və xarici bank-maliyyə təmsilçilərinin də rolu az deyil. R.T. Ərdoğanın “təpəçilər” (sələmçilər) dediyi qrupun Türk Lirəsinin ucuzlaşması üçün məqsədli şəkildə dollar ajiotajı yaratdığına dair kifayət qədər sübutlar var. Türkiyə Mərkəzi Bankının (TMB) dollar-TL məzənnəsini müəyyən etdikdən sonra “qara bazarda” 20-25 faizlə valyuta satışları da buna dəlalət edir. Bazar iştirakçıları, biznes qrupları süni dollar ajiotajı mühitində daha çox dollar almaq istəyir ki, bu da tələbi artırır, banklar və valyuta birjası dollar və avroya tələbi tam qarşılaya bilmədiyindən kiçik və orta biznesin bir qismi “qara bazar”a üz tutmalı olurlar. Bazardakı həmin spekulyatorlar da məqsədli şəkildə sələmçilərin (“təpəçilər”) sayəsində TL-nin dəyərsizləşməsinə səbəb olur.
Ancaq bütün bunlara baxmayaraq, Türkiyədə yerli valyutanın ucuzlaşması, inflyasiyanın artmasında real iqtisadi mühit, ölkənin tədiyyə balanasının cari vəziyyəti də əsaslı amillərdən biridir. Yuxarıda da vurğuladıq ki, tədiyyə balansı yaxşılaşır, maliyyə göstəriciləri ümidvericidir. Xüsusilə də hazırda yay fəslində turizm sektorundakı canlanma ilə bağlı ölkəyə on milyard dollarlarla xarici valyuta daxil olacaq, 2024-cü ildə milli müdafiə və avtomobil sənayesinin ixracında xüsusi çəkisinin artması gözlənilir. Eyni zamanda, ötən il kəşf edilmiş qaz yataqlarında hasilat işlərinə başlanılması və qaz sənayesinin inkişafı, digər sahələrdə inkişaf templəri əhəmiyyətli iqtisadi artıma yol açacaq.
Türkiyə Mərkəzi Bankının bir müddət əvvəl biznes icması arasında keçirdiyi sorğuya qatılan bazar iştirakçıları tərəfindən verilmiş cavablar da qiymət indeksinin aşağıya doğru istiqamətlənəcəyinə ümidləri artırır. Sorğuda iştirak edən maliyyə sektorunun 53 üzvü, o cümlədən 30 bank, həmçinin real sektorun 17 nümayəndəsi bildirib ki, cari təqvim ilinin sonunda inflyasiya orta hesabla 36-44 faiz təşkil edə bilər. Eyni zamanda, qarşıdakı iki il ərzində qiymət artımının 22,6 faizə enəcəyinə dair gözləntilər öz əksini tapıb. Nəticədə sorğu iştirakçılarının 50 faizdən çoxu illik perspektivdə inflyasiyanın müsbətə doğru dəyişəcəyinə inanır.
E.Cəfərli
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

