5 ayda 6,6 milyard manatdan çox sərmayə...
13.06.2024 [10:40]
Azərbaycanın “yaşıl enerji” sektoru böyükhəcmli investisiyalara yol açıb
2024-cü ilin birinci rübündə ölkəmizə yatırılmış xarici investisiyaların həcmi 1,5 milyard dolları ötüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 15 faiz artım deməkdir. Mərkəzi Bankın (MB) statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, 2023-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə cəlb edilmiş xarici sərmayələrin həcmi 1 milyard 501 milyon manat təşkil edib (1,2 milyard dollar). Yəni, 2024-cü ildə sərmayələrin həcmi ötən illə nisbətdə artmağa doğru istiqamətlənib. Qeyd edək ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 6,7 milyard dollar təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2 milyard dollar olub. Xarici investisiya qoyan ilk 2 ölkə Böyük Britaniya (1,9 milyard dollar) və Türkiyə (1,3 milyard dollar) olub.
Onu da xatırladaq ki, 2024-cü ilin yanvar-may aylarında ümumilikdə yerli sərmayələr də daxil olmaqla ölkəmizə investisiya qoyuluşlarında əhəmiyyətli artım baş verib. Belə ki, 5 ay ərzində əsas kapitala 6 milyard 640 milyon manat məbləğində sərmayə yatırılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1 faiz artıb. İnvestisiyanın 3,6 milyard manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 2,4 milyard manata yaxını isə (35,8 faiz) xidmət sahələrinə yönəldilib.
Göründüyü kimi, hazırda ölkə iqtisadiyyatında investisiya axıcılığı yüksələn xətlə davam edir və aylıq sərmayələrin həcmi 1,3 milyard manatdan çoxdur. Bu dinamika ilin sonunda sərmayə qoyuluşlarının həcminin 16 milyard manatı ötəcəyini deməyə əsas verir. Nəzərə alsaq ki, sərmayə portfelində xərclərin böyük bir hissəsi, təxminən 70 faizi tikinti-quraşdırma işlərinə sərf olunur və 2024-cü ilin dövlət büdcəsində aparılan dürüstləşmələrdən sonra işğaldan azad edilmiş ərazilərə yönələn vəsaitlərin həcmi 2,2 milyard manat artacaq və həmin resurslar əsas etibarilə tikinti-bərpa işlərinə yönələcək, onda ilin sonunda sərmayələrin daha da böyüyəcəyi istisna deyil.
Hazırda Azərbaycanda təmin edilmiş dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığına dərin zəmin yaradır. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Xarici biznes fəaliyyəti üçün daha əlverişli sərmayə iqliminin təmin edilməsi, investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalayan xarici ölkələrin sayının artması investisiyaların ölkə iqtisadiyyatını da stimullaşdırır.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib və iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatların genişləndirilməsi, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühitinin daha da yaxşılaşdırılması, həmçinin investisiyaların qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi əsas məsələlər kimi qarşıya məqsəd qoyulub. Görülən tədbirlər nəticəsində investisiya mühiti və imkanları daha da yaxşılaşıb.
Həmçinin, yürüdülən təşviqedici vergi siyasəti investorların, o cümlədən xarici sərmayəçilərin fəallığının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, respublikamızda fəaliyyət göstərən xarici investorların sayı və onların iqtisadiyyatın qeyri-neft sahələrində təmsilolunma coğrafiyası artır. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə 2023-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.
Xarici investisiyaların da həcmində artımların qeydə alınması təmin edilmiş əlverişli biznes mühiti ilə yanaşı, son illərdə müasir texnologiyalara və innovasiyalara, ağıllı texnologiya sistemlərinə əcnəbi iş adamlarının marağının yüksəlməsinin göstəricisi hesab edilə bilər.
Azərbaycana yatırılan xarici sərmayələrin strukturunda “yaşıl investisiyalar” isə daha ön plana çıxmağa başlayıb. Təkcə may ayının 4-də dünyanın ən nəhəng enerji şirkətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə 3 “yaşıl sazişin” (iki günəş, bir külək elektrik stansiyasının inşası) sərmayə dəyəri 1 milyard dollar təşkil edir ki, bu da ölkəmizdə bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bu investisiya layihəsi külək, günəş və “yaşıl hidrogen” layihələrinə yeni sərmayələrin cəlbinin artmasına səbəb olmaqla ilin sonuna qədər qeyri-neft sahələrinə digər sərmayələri də təşviq edəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

