İnnovasiyalara açıq ölkə...
05.07.2024 [10:41]
Azərbaycan İT hesabatlarında mövqeyini yüksəltməkdədir
Azərbaycanda rabitə və telekommunikasiya sektorunun inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və aparılan əhatəli tədbirlər ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin yaxşılaşmasına səbəb olmaqdadır. Bu günlərdə Mobil Rabitə Assosiasiyası (GSMA) tərəfindən dərc edilən “Mobile Connectivity Index” hesabatında Azərbaycanın 173 ölkə arasında mövqeyini yaxşılaşdırdığı qeyd edilir.
Hesabata əsasən, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə 3 pillə irəliləmək deməkdir. 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib. Mövcud qlobal dəyərləndirmə Azərbaycanda orta internet sürətinin dünyanın orta statistik göstəricilərinə bərabər olduğunu göstərir.
Əldə edilən mühüm nəticə ölkəmizdə İKT sektorunun inkişaf etdirildiyini, rəqəmsal dövlət qurucluğunun komponetlərinin yaradıldığını və geniş tətbiq edildiyini göstərir. Bütün bunların nəticəsidir ki, son illər İT və innovasiyalar üzrə hesabatlarda ölkəmizin mövqeyi yüksəlir. Dünya Bankı (DB) tərəfindən 2023-cü ildə dərc edilmiş qlobal tədqiqat sənədində Azərbaycanda “4G+” mobil şəbəkə infrastrukturun vəziyyətinə görə, region ölkələri sırasında əlverişli dövlətlər qrupunda yer alıb. Sənəddə qeyd edilir ki, əhalinin 94 faizi genişzolaqlı internetlə əhatə olunub.
Ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə ölkəmiz innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və 2022-ci illə müqayisədə göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Ölkəmiz “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Həmin indeks üzrə Azərbaycan reytinqdə postsovet dövlətləri məkanında Ukraynanı (78), Moldovanı (81), Ermənistanı (83), Belarusu (88), Qırğızıstanı (94), Tacikistanı (109) qabaqlayır. Həmçinin, digər ən mühüm göstərici olan “institutlar” indikatoru üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (55), Qazaxıstanı (61), Ermənistanı (69), Tacikistanı (90), Moldovanı (96), Ukraynanı (100), Rusiyanı (110), Qırğızıstanı (122), Belarusu (128) qabaqlayır. Qeyd edək ki, “innovasiya resursları” və “innovasiya nəticələri” çox mühüm əhəmiyyətə malik indekslər olmaqla bir-birinə qarşılıqlı olaraq bağlıdır. Həmin göstəricilər üzrə irəliləyiş Azərbaycanın bu sahədə müasir institutlar yaratdığını, insan kapitalını, elm və təhsil potensialını inkişaf etdirdiyini, səmərəli biznes modelləri qurduğunu təsdiq edir. Ölkəmiz digər indikatorlar olan “institusional mühit” istiqaməti üzrə 54-cü, “hökumətin səmərəliliyi” göstəricisi üzrə 58-ci yerə layiq görülüb. Azərbaycan “biznes mühiti” indikatoru üzrə 17-ci, “biznesin aparılması siyasəti” üzrə isə 22-ci yeri tutmaqla Avropa məkanında ən innovativ imkanlara malik ölkələr qrupuna daxil olub.
Digər qlobal reytinq hesabatlarında, o cümlədən Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Qeyd edək ki, həmin reytinqlərdə 10-dan artıq İKT göstəricisi, qlobal, regional və milli səviyyədə müqayisəli rabitə göstəriciləri təhlil edilir. Bir müddət əvvəl Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dünya ölkələrində informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf səviyyəsinin araşdırılmasına dair hesabatda da ölkəmiz əhəmiyyətli dərəcədə mövqeyini yaxşılaşdırmağa nail olub. Hesabatda Azərbaycan İKT-nin İnkişaf İndeksi üzrə hesabatında dünya ölkələri arasında 65-ci yeri tutur. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında isə 2-ci yerdədir. Azərbaycan əhalisinin, təqribən, 90 faizi internet istifadəçisidir və ölkədə mobil rabitə abunəçilərinin sayı əhalinin 100 faizini təşkil edir.
Həmçinin, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən 161 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirildiyi “Milli Kibertəhlükəsizlik İndeksi” reytinq cədvəlində Azərbaycan 34 pillə irəliləyərək 86-cı yerdən 52-ci yerə gəlib. Bu nəticə sözügedən reytinq cədvəlində ölkəmizin hazıradək qazandığı ən yüksək mövqe hesab olunur. Həmin reytinq cədvəlində qonşu Gürcüstanın 50-ci, Ermənistan isə 90-cı yerdə qərarlaşıb.
Azərbaycan regionda ən effektiv və müasir səviyyədə sterilizasiya aparılmasına imkan verən yüksək gücə və məhsuldarlığa malik radiasiyanın sterilizasiyası qurğusunu yaradıb və bu, iş adamlarına beynəlxalq standartlara cavab verən məhsullar istehsal etməyə imkan yaradır. Həmçinin, startapçılar üçün münbit şərait və ekosistem yaradılmaqla ölkəmiz innovativ iqtisadiyyatın inkişafına əlverişli perspektivlər açıb. Respublikamız “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin müəllif və təşəbüskarlarından biri olmaqla regionda İT ölkəsi kimi mövqeyini möhkəmləndirir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

