Bakıda “Azerfon”un yeni baş ofisi istifadəyə verilib
10.10.2012 [23:35]
Dünən Bakıda “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni baş ofisi istifadəyə verilib. AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə “Azerfon” MMC-nin baş direktoru Yurgen Pitz çıxış edib. Baş direktor deyib ki, 600-dək əməkdaşı olan “Azerfon” Azərbaycanın mobil rabitə bazarında dinamik inkişaf edən şirkətlərdən biridir. Ölkənin ən gənc mobil operatoru olan və məhsullarını “Nar Mobile” brendi altında təqdim edən “Azerfon” artıq bütün tərəfdaşlarının, abunəçilərinin və tərəf müqabillərinin hörmət və rəğbətini qazanıb. Şirkət hazırda 2 milyon 200 min abunəçiyə rabitə xidməti göstərir. “Nar Mobile” Azərbaycanda fəaliyyət göstərən qabaqcıl şirkət kimi informasiya texnologiyaları sənayesinin inkişafını dəstəkləyir. Şirkət çox açıq, şəffaf qiymət siyasəti həyata keçirir və göstərdiyi xidmətin keyfiyyətini ilbəil yüksəldir.
Cari ildə “Azerfon”un şəbəkəsinin təkmilləşdirilməsi üçün 72 milyon manat vəsait sərf edilib. Azərbaycanda 3G xidmətlərinin ilk provayderi olan “Azerfon” mobil operatoru İsveçrənin “OnAir” şirkəti ilə apardığı danışıqların nəticəsində işgüzar əməkdaşlıq əlaqələri qurub ki, bunun da əsasında “AZAL” şirkətinə məxsus təyyarələrdə uçuş zamanı sərnişinlərə mobil rabitə xidmətlərini təqdim edəcək. Bundan əlavə, şirkət sosial layihələrə də böyük önəm verir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov şirkətin kollektivini yeni ofisin istifadəyə verilməsi münasibətilə təbrik edib.
Əli Həsənov deyib ki, yenidənqurma işlərindən sonra “Azerfon” MMC-nin yeni ofisinə çevrilən bu binanı sovet hökuməti dövründə ictimaiyyət yaxşı tanıyırdı: “Burada uzun müddət Azərbaycanın, Bakı şəhərinin aparıcı müəssisələrindən biri yerləşmişdir. O zaman burada minlərlə adam ayaqqabı istehsalı ilə məşğul idisə, hazırda 600-ə yaxın adam əhaliyə yeni texnoloji xidmətlər təqdim edir. Mən əminəm ki, bu faktın özü də bir rəmzdir. Vaxtilə keyfiyyətsiz ayaqqabı istehsal edən bir müəssisə, indi vətəndaşlara ən keyfiyyətli texnoloji xidmət göstərən müəssisəyə çevrilmişdir. Bunun timsalında Azərbaycan Respublikasının müstəqillik dövründəki inkişafının xarakteri meydana çıxır. Bilirsiniz ki, hazırda Azərbaycan informasiya texnologiyaları sahəsində nəinki Cənubi Qafqazın və postsovet məkanının, eləcə də Şərqi Avropanın ən qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan dövləti möhtəşəm bir layihə ilə çıxış edərək, bu yaxınlarda özünün peyk sistemini işə salmaq üçün ciddi tədbirlər həyata keçirir. Bu layihənin reallaşması nəticəsində Azərbaycan həm ölkə daxilinə, həm də bütün Avrasiya bölgəsinə kabel-sputnik yayım xidməti göstərə biləcəkdir.
Cəmi 5 ilə yaxın bir müddətdə Azərbaycanda fəaliyyət göstərməsinə baxmayaraq, “Nar Mobile”nin bugünkü ofisinin açılışı, texnoloji yenilikləri onun göstəricisidir ki, ölkəmiz, dövlətimiz doğru yoldadır, inkişafımız doğru istiqamətdə həyata keçirilir. Təməlini Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və bu gün də yüksələn xətlə irəliləyən Azərbaycan tezliklə dünyanın ən inkişaf etmiş, ən cəlbedici dövlətlərindən birinə çevriləcək. Azərbaycan Prezidenti İlham Əliyev bütün nitqlərində dəfələrlə vurğulamışdır ki, biz Azərbaycanı yalnız vətəndaşlarının ehtiyaclarını qarşılayan dövlətə deyil, eyni zamanda, dünya dövlətlərinin arzu olunan tərəfdaşına və inkişaf etmiş dövlətlərdən birinə çevrilməsini istəyirik. Bu möhtəşəm ofisin açılışı da onu göstərir ki, Azərbaycan doğrudan da dünyanın cəlbedici, inkişaf etmiş, arzuolunan tərəfdaş dövlətlərindən birinə çevrilməkdədir. Bu yaxınlarda keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumunda dünya elitasını təmsil edən 600-ə qədər qabaqcıl elm, təhsil, incəsənət, mədəniyyət, ictimai-siyasi xadim iştirak etmişdir. Onların hər biri Azərbaycanın bugünkü inkişafını görərək heyranlıqlarını gizlətməmişlər”.
Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, kiçik bir dövlətdə 3 mobil operatorun uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, biz təkcə şəhərimizi vizual görünüş baxımından gözəlləşdirmirik, eyni zamanda, informasiya texnologiyaları sahəsini də inkişaf etdiririk: “Nar Mobile”nin özünün bəlli xarakteristikası vardır. Əvvəla, bu şirkət həddən artıq texnoloji yeniliyə meyillidir və Azərbaycanda 3G texnologiyasını da ilk dəfə “Nar Mobile” tətbiq etmişdir. Hazırda təyyarələrdə sərnişinlərə mobil rabitə xidmətlərini də ilk təklif edən məhz “Nar Mobile” şirkətidir. Bundan başqa, kifayət qədər şəffaf fəaliyyəti, sosial layihələrə meyilliliyi, informasiya texnologiyaları sahəsindəki ciddi sərmayələri ilə fərqlənən bu şirkət, sözün həqiqi mənasında, Azərbaycanın mobil rabitə sisteminə yeniliklər gətirmişdir”.
“Azerfon” MMC-nin fəaliyyətini yüksək qiymətləndirən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, 2007-ci ildən fəaliyyətə başlayan “Azerfon” qısa bir müddətdə milyonlarla insanın sevimlisinə çevrilib. Şirkət 3G xidmətini tətbiq etməklə ölkədə internetin mobil variantının geniş istifadəsinin əsasını qoyub. Azərbaycanda, həmçinin 4G xidməti də tətbiq olunur. Bu ilin sonunadək ölkəmizdə mobil elektron-imzanın verilməsinə başlanılacaq.
Sonra jurnalistlər “Azerfon” MMC-nin baş ofisi ilə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

