Dünya Bankı ölkəmizin biznes mühitini qiymətləndirəcək
20.07.2024 [10:25]
Azərbaycan Dünya Bankı ilə yeni çağırışlar fonunda “Əlverişli biznes mühiti” adlı yeni layihə çərçivəsində islahatları və iqtisadi təşəbbüsləri davam etdirməkdədir. Neçə müddətdir ki, “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxil olma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələr həyata keçirməkdədir. Bu istiqamətlər üzrə hazırlanmış yeni Yol Xəritəsində 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbir müəyyən edilib. Yeni çərçivəyə əsasən, biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində ötən müddət ərzində 30-dan çox tədbir həyata keçirilib. Biznesin qeydiyyatının sadələşdirilməsi çərçivəsində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna, Əmək, Mülki və İnzibati Xətalar Məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb və hazırda Milli Məclis tərəfindən baxılmaqdadır.
Layihə üzrə, 2024-cü ildən kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzanın tətbiqinə başlanılıb ki, ötən müddət ərzində artıq 9 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət bu üsuldan istifadə edərək qeydiyyatdan keçib. Bildirilib ki, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi ilə bağlı texniki imkanların yaradılması istiqamətində müvafiq işlər görülür.
“Biznesə daxilolma” adlı işçi qrupu tərəfindən biznesin qeydiyyatının bütün sahələrdə daha da asanlaşdırılması, xüsusilə də xarici hüquqi şəxslərin ölkəmizdə qeydiyyatdan keçirilməsi proseslərinin səmərəliliyinin təmin edilməsi, paralel olaraq onların təhlükəsizliyinin təmin edilməsi, biznes sektorunun sosial maraqlarının qorunması, kommunal xidmətlər, işçi qüvvəsi, biznes mübahisələri və s. sahələrdə sadələşdirilmiş prosedurların hazırlanması nəzərdə tutulur. Həmçinin müəssisələrin fəaliyyətinin çevikliyinin təmin olunması və sosial maraqlarının qorunması, xarici mənşəli beynəlxalq sənədlərin informasiya sistemlərində elektron rəsmiləşdirilməsinin asanlaşdırılması və “Elektron notariat” informasiya sisteminin tətbiqi, digər elektron infrastrukturların çevikliyinin artırılması islahat təşəbbüsləri sırasında yer alır.
Bütün bunlar Dünya Bankının (DB) ənənəvi “Doing Business” hesabatının əvəzində yeni beynəlxalq iqtisadi qiymətləndirmə indeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür. Dünyanın 190 ölkəsinin biznes mühitinin müxtəlif sahələrini əhatə edən və yeni meyarlara əsaslanan “Business Ready” hesabatı ölkələrdəki iqtisadi-biznes səmərəliliyinin vəziyyətini əks etdirərəcək. Yeni hesabatda müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın biznes sektoruna birbaşa və dolayısı ilə aidiyyəti olan sahələrin, xüsusilə də vergi, gömrük, ticarət, maliyyə, biznes mühiti və s. indikatorlar üzrə qiymətləndirmələr əsasında yekun rəy veriləcək. DB-nin yeni metodologiyasına əsasən, həmin ölkələrin beynəlxalq biznes mövqeyi müəyyənləşəcəkdir.
Qeyd edək ki, Azərbaycan Dünya Bankının əvvəlki - “Doing Business” hesabatlarında son illərdə ən yaxşı islahatçı ölkələr sırasında yer alıb. Ölkəmiz “Biznesə başlama”, “Mülkiyyətin qeydiyyatı”, “İnvestorların hüquqlarının müdafiəsi”, “Vergilərin ödənişi” indeksləri üzrə ən mütərəqqi islahatlar həyata keçirib. 2018-ci ildən sonra vergi islahatları hesabatda Azərbaycanın bir neçə indeks üzrə irəliləməsində xüsusi rol oynayıb. Belə ki, “Doing Business 2020” hesabatında birbaşa vergi məsələləri ilə bağlı olan “Biznesə başlama” və “Vergilərin ödənişi” indeksləri üzrə Azərbaycan ilk 10 ölkə qrupunda yer alıb. Respublikamız “Biznesə başlama” üzrə dünya sıralamasında 9-cu yerdə, “Vergilərin ödənilməsi” indikatoru üzrə 28-ci yerdə qərarlaşıb.
Hazırda isə Dünya Bankı biznes qiymətləndirməsini tamamilə yeni meyarlar və daha dərin alt-indekslər üzrə həyata keçirdiyindən Azərbaycanın da üzərinə bir sıra vəzifələr düşür. “Doing Business”i əvəz edəcək “Business Ready” hesabatı investisiya və biznes mühitinin qiymətləndirilməsinə daha şəffaf və balanslaşdırılmış yanaşmanı təmin edəcək. Yeni hesabat biznesə başlamaq üçün əsas institusional amilləri, vergi yükü və vergi dərəcələri, biznesin fəaliyyətində vergiqoymanın təsirləri, kommunal xidmətlər, əmək münasibətləri, maliyyə xidmətləri, beynəlxalq ticarət, bazar rəqabəti, mübahisələrin həlli kimi əsas alt-indekslər ölçüləcək.
Ona görə də Azərbaycan hökuməti bu vaxta qədər biznes sahəsində mövcud olan problemləri daha dərindən təhlil edərək müxtəlif təsirli addımlar atmaq niyyətindədir. Biznesin fəaliyyətinə təsir edən əsas amillərdən biri olan vergi mühitinin və vergi-biznes mühiti səmərəliliyinin artırılması da başlıca prioritetlərdəndir.
ELBRUS
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34

