Birgə yeni iqtisadi hədəflər...
24.04.2026 [11:14]
İmzalanmış sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafını təmin edir
Azərbaycan və Latviya arasında otuz ildən çox davam edən əlaqələr qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanır. Rəsmi Bakı Latviya ilə əlaqələrin davamlı olaraq möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas siyasət və ticarət tərəfdaşı olub, iqtisadi proqramlarda fəal mövqe nümayiş etdirilir. Həmçinin ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin mövcudluğu latviyalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadəsi üçün əla fürsətlər yaradır.
Prezident Edqars Rinkeviçsin ölkəmizə səfəri isə ikitərəfli iqtisadi münasibətlərin yeni dövrə daxil olması və gələcək dayanıqlı inkişaf arxitekturasının möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Cənab Rinkeviçsin vurğuladığı kimi, Latviya Azərbaycanı mühüm iqtisadi tərəfdaşıdır, bütün sahələr üzrə münasibətləri inkişaf etdirməklə maraqlıdır. Yaxın Şərqdə və Avropada siyasi hadisələr, regional təhlükəsizlik amilləri iqtisadi əməkdaşlığın real dəyərini daha da artırır və tərəflər hazırkı şəraitə uyğun ticari-iqtisadi təmasları praktiki olaraq yüksəltmək niyyətindədir.
Dövlət başçılarının mətbuata bəyanatlarında da siyasi-iqtisadi-investisiya və regional əməkdaşlığın gücləndirilməsi əsas prioritetlər kimi diqqətə çatdırıldı. Eyni zamanda, tərəflər arasında imzalanan yeni sazişlər iqtisadi çərçivə olmaqla, təmasları daha da irəliyə aparmaqda mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də aqrar sahə və qida təhlükəsizliyi üzrə anlaşma sənədləri əlaqələrin möhkəmlənməsinə güclü baza yaradır.
Hökumətlərarası Komissiya qarşılıqlı biznes fəaliyyətini təşviq edir
Ölkələr arasında iqtisadi bağlantıların möhkəmləndirilməsində Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Aprelin 16-da Şuşada keçirilən Hökumətlərarası Komissiyanın 9-cu iclasında ticarəti və qarşılıqlı sərmayələrin artırılması, energetika, daşımalar, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq, rəqəmsallaşma və digər sahələrdə birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan hökumətinin təmin etdiyi əlverişli investisiya mühiti və sahibkarlara tətbiq etdiyi vergi-gömrük-sosial güzəştlər, iqtisadi stimullar hazırda bölgədə xarici biznes icması üçün geniş meydan yaradıb, son aylarda qeyri-rezidentlərin açdığı müəssisələrdə istehsal və emal sahələri aktiv fəaliyyət göstərir. Bu proseslərdə latviyalı iş adamları üçün də imkanlar böyükdür, onların azad edilmiş ərazilərdə biznes layihələrinə qoşulacağı istisna olunmur. Eyni zamanda, Azərbaycan hökuməti genişmiqyaslı yenidənqurma və bərpa işlərində Latviyanın texnoloji imkanlarından və innovasiya təcrübələrindən istifadə etmək niyyətindədir. Latviyanın kənd təsərrüfatı naziri, Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze bildirib ki, aqrar sahədə ticarətin artırılması yolları araşdırıldı və imkanların hər iki tərəf üçün bir-birini tamamlaya biləcəyinə əminlik var. Eləcə də Latviya meşələr ölkəsidir və meşə ehtiyatlarının idarə olunmasında zəngin təcrübəsindən Azərbaycanın da faydalanması əhəmiyyətlidir. Xüsusilə də azad edilmiş ərazilərdə meşəçilik işlərinin icrasında imkanların araşdırılması nəzərdə tutulur.
Biznes-forumda yeni prioritetlər müəyyən edildi
Prezidentlər İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə keçirilən Azərbaycan-Latviya biznes-forumu da iqtisadi münasibətlərin inkişafında mühüm və faydalı platforma hesab edilə bilər. Dövlət başçılarının vurğuladığı kimi biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında mühüm əhəmiyyət daşıyır. Sözsüz ki, istənilən biznes fəaliyyətinin arxasında bir neçə amil dayanır və burada ilk növbədə, ölkədəki sabitlik mühüm rol oynayır. Azərbaycan və Litva sabitliyin təmin edildiyi ölkələr kimi bu sahədə möhkəm təmaslar qurmağa qadirdir. Eləcə də, hər iki ölkədəki biznes və investisiya mühiti, kommunikasiya bağlantıları, ixrac bazarlarına çıxış imkanları və daxili bazarın həcmi kimi bir çox amillər qarşılıqlı iqtisadi potensialları səfərbər etməyə imkan verir.
Həmçinin güclü maliyyə sabitliyi dayanıqlı inkişafın əsas atributlarından biridir. İlham Əliyevin də vurğuladığı kimi istər yerli, istərsə də xarici investorlar üçün maliyyə sabitliyi mühüm əhəmiyyət kəsb edir. “Bu sahədə də yaxşı nailiyyətlər haqqında danışa bilərik. Maliyyə sistemimiz sabitdir. Biz strateji plana əsaslanaraq borclanmadan asılılığımızı tədricən azaltdıq. Bu gün biz yalnız yüksək texnoloji fəaliyyət tələb edən layihələr üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər bu kimi aparıcı beynəlxalq qurumlardan kredit alırıq. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir”. Eləcə də Azərbaycan son 20 il ərzində iqtisadiyyatına 350 milyard dollardan çox investisiya cəlb etməyə nail olub ki, həmin sərmayənin yarısı (170 milyard dollar) xarici mənbələrdən gələn investisiyalardır. Bu və digər amillər Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan üçün möhkəm maliyyə arxitekturası olmaqla, latviyalı maliyyə sektorunun təmsilçilərinin də birgə fəaliyyətləri genişləndirməkdə mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan hazırda neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməklə qeyri-neft mənbələrinin ixracını təmin edən, regional daşınmaların mərkəzi olan ölkəyə çevrilməkdədir. Hazırda sürətlə aparılan sənaye quruculuğu ÜDM-də qeyri-neft sənayesinin payının 50 faizdən artaraq 70 faizi çatmasına səbəb olub və bu amil xarici ölkələrə ixracın artırılmasına baza yaradır. Hazırda ölkəmiz ixracatın şaxələndirilməsi üzərində fəal işləyir, qeyri-neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilatı beynəlxalq bazarlarda, ilk növbədə Avropa bazarlarında artan tələbatla uzlaşdırmağa çalışır. Bu isə ölkəmizin Avropa və Baltikyanı regionda enerji və qeyri-enerji ixrac blokları qurmaq iradəsinin göstəricisidir.
Biznes Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur
Azərbaycanın əlverişli coğrafi mövqeyi Latviya üçün də cəlbedicidir. Qlobal nəqliyyat-logistika zəncirlərinin pozulduğu dövrdə Orta Dəhlizdə mövqeyini möhkəmləndirən Azərbaycan, eləcə də Baltik regionunda strateji logistik mərkəzlərdən hesab edilən Latviya Baltik-Qara Dəniz-Xəzər bağlantısında daha sıx birləşə bilər. Latviya isə Şimali və Mərkəzi Avropa üçün giriş qapısıdır. Bu isə qlobal logistika zəncirlərində daha möhkəm platformanın qurulmasını labüdləşdirir.
Perspektiv planlara Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymaq, müasir enerji formatları qurmaq daxildir. Beləliklə, Aİ regionunda enerji və resurs təchizatında, kommunikasiya bağlantısında etibarlı dövlət olan Azərbaycanın enerji ixracını şaxələndirməsi Baltikyanı bölgədə dayanıqlı enerji bazarının möhkəmlənməsi üçün də vacib amillərdən biridir. Eləcə də Riqa Azərbaycanın istehsal etdiyi məhsulların Avropa bazarına çıxışına kömək etməyə hazırdır.
Azərbaycanın bərpaolunan enerji strategiyası Latviyanın hədəf prinsipləri ilə üst-üstə düşür. Baltik ölkələri son illərdə hidrogen və təmiz enerji blokları yaratmaqla Avropada xüsusi irəliləyişlər etməkdədir. Bu baxımdan “yaşıl enerji” istehsalında dayanmadan müsbət nailiyyətlər qazanan Azərbaycanın nəhəng Günəş və külək potensialına malik bərpaolunan enerji mənbələri Latviya üçün də maraq doğurur. Nəzərə alsaq ki, həmin mənbələrin böyük bir qismi azad ərazilərdə yerləşir, bu nöqteyi-nəzərdən həmin bölgədə adıçəkilən Baltik ölkəsi tərəfindən ən müasir texnologiyaların qurulması mümkündür. Çünki həmin resursların gələcəkdə Avropa regionuna ixracı planlaşdırılır. Avropa Komissiyasının enerji siyasətini dəstəkləyən Latviyanın həmin strateji konsepsiyaya qoşulduğunu nəzərə alsaq, Azərbaycanla bərpaolunan enerji sahəsində möhkəm əməkdaşlıq qurulacağı şübhə doğurmur.
Eləcə də tərəflər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq var. Latviya bu sənaye sektorunda ən müasir innovasiyaları, süni zəka, fərqli həll variantlarını tətbiq edir. Dronlar, dron əleyhinə sistemlərdə modern texnoloji ixtiralara malikdir. Bu baxımdan, Azərbaycanla müdafiə sənayesində sıx əməkdaşlığın qurulması mühüm nəticələr verə bilər.
Ümumilikdə, hər iki ölkə ticarət dövriyyəsinin artırılması, investisiya, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, elm, təhsil, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, şəhərsalma və tikinti, ətraf mühitin mühafizəsi və meşəçilik və digər sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi vacib sayır. İki ölkənin işgüzar dairələri arasında əlaqələri gücləndirilmək və birgə təşəbbüsləri dəstəkləmək, eləcə də müəyyən edilmiş iqtisadi hədəflərə nail olmaq üçün effektiv platforma kimi Latviya-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur.
Beləliklə, Prezident Edqars Rinkeviçsin Azərbaycana səfəri və imzalanan sənədlər ölkələrimiz arasında iqtisadi-investisiya və ticari münasibətlərin inkişafında yeni mərhələ açacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43

