Xarici investisiyalara açıq ölkə
30.07.2024 [10:35]
“Fitch” reytinqimizi “BBB-” səviyyəsinə yüksəltdi
“Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq “BBB-” səviyyəsinə, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərar qəbul edib. Ölkəmizin reytinqi 8 il idi ki, “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqlənmişdi, yeni reytinq göstəricinin müəyyən edilməsi Azərbaycanın iqtisadi və maliyyə sektorunda baş verən irəliləyişlərdən qaynaqlanır. Belə ki, ölkəmizin suveren reytinqimizin investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi həyata keçirilən makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürü hesab edilə bilər.
“BBB-” reytinqi nəyi ehtiva edir?
İlk öncə qeyd edək ki, qlobal iqtisadi mühitdə hələ də davam edən mürəkkəb geosiyasi risklər və qeyri-sabitlik və şəraitində “Fiç Reytings” tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BBB-” investisiya səviyyəsində təsdiq olunaraq proqnozun “pozitiv”də saxlanılması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir. Mövcud reytinq qiymətləndirməsi müəyyən edilərkən Azərbaycanın cari balansı üzrə göstəricilərə xüsusi diqqət yetirilib. Ölkəmizin maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısının alınması milli valyutanın dəyərinin möhkəmlənməsinə əlverişli zəmin yaradıb. Belə ki, ötən il ticarət əməliyyatları üzrə balans müsbət dinamika ilə müşayiət edilib, cari hesabın profisiti ixracın müsbət saldosu hesabına böyüyüb. 2023-cü ildə neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, cari balans olduqca qənaətbəxş səviyyədə qalıb, “Fitch Ratings”in analitiklərinin qənaətinə görə, Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi 2024-2025-ci illərdə də profisitlə davam edəcək. Bu vəziyyət suveren aktivlərin dayanıqlılığını da təmin edəcək. Belə ki, hazırda Azərbaycanın valyuta aktivləri 70 milyard dollara yaxınlaşıb və strateji ehtiyatların 80 faizi Dövlət Neft Fonduna (DNF) məxsusdur. Növbəti illərdə enerji gəlirlərinin sabitliyi fonunda DNF-nin investisiya portfelində rekord yüksək gəlirlilik qalacaq. Hazırda ölkənin strateji ehtiyatları ÜDM-in təxminən 70 faizini təşkil edir ki, bu da güclü təhlükəsizlik yastığı deməkdir. Azərbaycanın xalis aktivləri 2024-2025-ci illərdə də sabit qalacaq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstərici hesab oluna bilər. Bununla yanaşı, Azərbaycanın güclü maliyyə vəziyyətinin təmin olunmasında qeyri-enerji amillərinin də təsiredici rolu az deyil. Belə ki, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması və enerji gəlirlərinin əvvəlki illərə nisbətən aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun güclü artımı ilə maliyyə gəlirlərinin artımı kompensasiya edilib ki, bu da, büdcə xərclərinin neft daxilolmalarının azalması və digər mənbələr hesabına stimullaşdırılmasına səbəb olub. Bu tendensiyanın qarşıdakı illərdə davam edəcəyi gözlənilir ki, bu da maliyyə sabitliyinin qeyri-neft dayaqları üzərində köklənməsinə işarədir. Bu xüsusda növbəti illər ərzində Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsi dəstəklənəcəkdir.
“Fitch”in bu reytinqi həm də ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni, mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Reytinqdə əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 8 faizə bərabərdir. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Həmçinin, Azərbaycanda inflyasiya ilə bağlı vəziyyət də qənaətbəxş qiymətləndirilir. 2023-cü ildə 9%-ə enmiş inflyasiyanın 2024-cü ildə 4,5%-ə qədər azalacağı proqnozlaşdırır ki, bu da yüksək əmtəə qiymətlərini azaldacaq.
“BBB-” reytinqi Azərbaycanın investisiya mühiti üçün nə vəd edir?
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqi ilə bağlı nikbin proqnozu investisiya və maliyyə sektorları üçün də ümidverici ssenarilərə zəmin yaradır. “BB+”kredit reytinqinin təsdiq edilməsi ölkəmizə beynəlxalq maliyyə qurumları tərəfindən etimadın ötən dövr ərzində qorunub saxlanılmasının bariz göstəricisidir. Mövcud kredit reytinqi və ölkəmizin investisiya qabiliyyətinin yüksək göstəricisi kimi səciyyələndirilə, beynəlxalq səviyyəli investisiya reytinqi sayıla bilər. Bu, respublikamızın potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də beynəlxalq inamı artırır.
“Fitch Ratings” real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə qərar verməklə digər beynəlxalq reytinq agentliklərinin də adekvat atmasına zəmin yaradıb. Çox güman ki, bu qərardan sonra dünya ölkələrinin investisya reytinqini müəyyən edən “Moody’s Rating”, “Standard & Poor’s” reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

