Qlobal iqtisadiyyat üçün həyəcan təbili
08.08.2024 [12:53]
Səhm və qiymətli kağızların ucuzlaşması qlobal investorlarda təşviş yaratmaqdadır
Böyük Britaniyanın “Financial Times” nəşri qlobal iqtisadiyyatla bağlı bədbin notlara söykənən açıqlama ilə çıxış edib. Nəşrin analitik qrupunun gözləntilərinə əsasən, dünya səhm və maliyyə bazarlarında gərginliklər fonunda tənəzzülə yol açacaq proseslər son bir ayda daha qabarıq şəkildə müşahidə edilir. Avqustun ilk həftəsində isə bu gərginlik bir qədər də artıb və qlobal bazarlarda səhmlərin satışında investorların tərəddüdləri pessimizmi yüksəldib. Xüsusilə də ABŞ Federal Ehtiyat Sisteminin (FED) məşğulluq və iqtisadi artım məlumatlarını dərc etməsindən sonra qiymətli kağızların faiz dərəcələrində kəskin oynamalar investorların təşvişini gücləndirib. Bu vəziyyətdə investorlara bank sektorunun dəstəyinə ehtiyaclar artıb və ?ərkəzi bankların fond bazarı iştirakçılarına fiziki dəstəyi olmadığı halda qlobal iqtisadiyyatın növbəti böhranla üzləşməsi labüd olacaq.
“Financial Times”in şərhinə görə, qlobal bazarın bu cür dəyişkənliyi COVID-19 pandemiyası ərəfəsindəki gərginliklərə bənzəyir. 2019-cu ilin sonlarında dünyanın əsas fond bazarları və birjalarında bu tipli dalğalanmalar daha çox müşahidə edilirdi. İndiki mühit, xüsusilə də əsas aparıcı birjalarda indekslərin dəyişməsi sanki post-pandemiya dövründə eyni proseslərin baş verəcəyinə dəlalət edir. Belə ki, 2 gün əvvəl Tokio Fond Birjasının Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərindəki dalğalanmaları əks etdirən “Nikkei” indeksinin 12,4 faiz ucuzlaşması, “Dow Jones” indeksinin və “Nasdaq” indeksinin elektron birjalarda 3,5 faiz dəyər itirməsi vəziyyətin arzuolunmaz məcraya yönələcəyi qorxusu yaradır. Fond indekslərinin bu cür enişlərinin davamlı olacağı və investorların səhm seqmentlərində qeyri-müəyyənliklərin qarşısının alınmayacağı halda maliyyə və biznes fəaliyyətlərində inamın sarsılması da qaçılmaz olacaq. Maliyyə-kredit siyasətində, qiymətli kağızlar sektorunda bu cür inamsı?lıqlar ABŞ başda olmaqla, Avropaya və digər region ölkələrinə də sirayət edəcək.
Qeyd edək ki, qlobal iqtisadiyyatda ümumi artım templəri 2024-cü ilin əvvələrindən müşahidə edilməkdədir. ABŞ-da 2024-cü ilin ilk yarısında iqtisadi artım 2,8 faiz proqnozlaşdırılsa da, inkişaf indikatoru 1,4 faiz təşkil edib. Ölkədə investisiya bazarlarında da zəifləmə qeydə alınıb, investisiya alətlərində durğunluq baş verib və aktivlərə sərmayələr azalıb. Xüsusilə də mənzil sektoruna investisiyalar 1,5 faiz azalıb. Eləcə də avrozona iqtisadiyyatı 2024-cü ilin birinci yarısında cəmi 1,2 faiz artım nümayiş etdirib.
“Financial Times” artım indikatorlarını aşağı salıb
Qeyd edək ki, “Financial Times” bir müddət əvvəl qlobal iqtisadiyyatla bağlı gözləntiləri əks etdirən artım indikatorlarını aşağı salıb. Eləcə də, Avropanın investisiya institutları Avropa İttifaqı (Aİ) regionunda iqtisadi proqnozlara dəyişiklik edib, Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları 2024” hesabatında 2024-cü ildə 0,9 faiz, 2025-ci ildə 1,7 faiz, Avrozona iqtisadiyyatının 2024-ci ildə 0,4 faiz, 2025-ci ildə isə 0,8 faiz artacağı gözlənilir. Hesabata əsasən, Aİ-də inflyasiyanın 2,5 faiz, avrozonada isə 2,2 faiz olacağı proqnozlaşdırılır. Aİ-də işsizlik səviyyəsi isə 6 faiz civarında gözlənilir.
Dünya səhm bazarlarında gözlənilən tənəzzülün əsas səbəblərindən biri iqtisadi amillərlə yanaşı, geosiyasi proseslərlə də əlaqədardır. Belə ki, ABŞ-da yaxın aylarda keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyin artması, Rusiya və Ukraynada müharibə, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması və digər mənfi xarici şoklar qlobal investisiya bazarları üçün risklərin siyasi m?tivini təşkil edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qlobal iqtisadi zəncirin pozulması, nəqliyyat-enerji-logistika təchizatlarındakı qırılmalar iqtisadi dayanıqlılığı ləngidir. Bundan başqa, Aİ zonasında alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azalması, eləcə də investisiya təşviqinin zəifləməsi səbəbindən Avrozonada iqtisadi artım gözləntiləri də azalır.
Xatırladaq ki, “Bloomberg” nəşri də bir müddət əvvəl koronavirus pandemiyasından sonra ilk dəfə AB ölkələrində resessiyanın gözlənilməsinə dair ehtimallar irəli sürmüşdü. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Ticarət və İnkişaf Hesabatında da sərt pul siyasəti fonunda Avropaya tənəzzül meyillərinin əlamətlərinin olmasına işarə edilib. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də qlobal iqtisadiyat barədə ilkin proqnozlarını irəli sürərkən 2024-cü ildə qlobal iqtisadi artımın zəifləyəcəyinə diqqət çəkib. “Fitch Ratings” bildirir ki, ötən il ölkə karbohidrogen (neft qaz) sektorundan asılılığın azalmasına baxmayaraq, dünya iqtisadiyyatı üçün sənaye bölmələrinin inkişafında əsas təchizat komponentlərində tarazlığın tam bərpa edilməməsi, xarici ticarət balanslarındakı qeyri-müəyyənliklər, tədiyə balanslarında azalmalar ümumi artımın irəliləməsinə mane olur.
Azərbaycana hansı təsirləri ola bilər?
Qlobal maliyyə sektorlarında və xüsusilə də ABŞ və Avrozonada iqtisadi gerilməyi tətikləyən səhm böhranı əsas etibarilə qiymətli kağızlar və daşınmaz əmlak bazarlarına, investisiya alətlərinə daha çox təsir edir. Azərbaycan Avropanın daşınmaz əmlak və səhm, maliyyə sektoru ilə dərindən bağlı olmadığından ressesiyaların ölkəmizə təsirləri mümkün deyil. Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ay dərc etdiyi “World Economic Outlook” adlı hesabatında qeyd edilir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri əvvəlki ilə nisbətdə daha da yaxşılaşacaq. Belə ki, fondun ilin əvvəlindəki proqnozunda Azərbaycanda 2024-cü il üzrə iqtisadi artımı 2,5 faiz proqnozlaşdırıldığı halda, yeni proqnoz ssenarisində ümumi daxili məhsulun (ÜDM) artımı üzrə proqnoz 2,8 faiz səviyyəsinə yüksəldilib. 2025-ci ildə isə iqtisadi artımın 2,3 faiz təşkil edəcəyi ehtimal olunur.
Yeri gəlmişkən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda iqtisadi artım 4,5 faiz təşkil edib ki, bu da Avropa ölkələrinin göstəricisindən 10 dəfəyə yaxın çoxdur. Ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 7,1 olacağı proqnozlaşdırılır. Ölkəmizdə investisiyaların da artacağı gözlənilir, cari ilin birinci yarısında kapital qoyuluşlarının 11 faizdən çox artması maliyyə-investisiya sektorunun dayanıqlığına işarə edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

