Nağdsız ödənişlərə keçmək günümüzün aktual məsələsidir
13.12.2012 [01:49]
Akif Musayev: Dünya təcrübəsi göstərir ki, nağdsız ödənişlər hesablaşmalarda operativliyin, rahatlığın, təhlükəsizliyin və şəffaflığın təmin olunması deməkdir
Məlum olduğu kimi, bir müddət öncə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı qüvvəyə minib.
Bununla bağlı açıqlama verən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev deyib ki, nağdsız hesablaşma sistemlərinin yaradılması və tətbiqi sahəsində normativ-hüquqi aktların qəbul olunması yeni məsələ deyil: “Hələ ötən illər ərzində bu sahənin inkişaf etdirilməsini nəzərdə tutan bir sıra sənədlər qəbul olunub. Bu sənədlərə Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin POS-terminalların tətbiqi və istifadəsi üzrə qəbul olunmuş müvafiq qərarları aiddir”.
Onun sözlərinə görə, Azərbaycanda mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması məqsədilə yuxarıda göstərilən normativ-hüquqi aktlarla müəyyən olunmuş tədbirlər icra olunaraq nağdsız elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi sahəsində müəyyən nailiyyətlər əldə edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində böyük məbləğli ödənişlərin real vaxt rejimində aparılmasına və xırda ödənişlərin (əməkhaqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar, o cümlədən, plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradılıb: “Elektron ödəniş vasitələrinin tətbiqi ilə bağlı mövcud qanunvericiliyin təhlili göstərib ki, nağdsız ödənişlərin daha da genişləndirilməsi üçün müvafiq əlavə və dəyişikliklərin aparılmasına zərurət var. Bu məqsədlə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminalların quraşdırılması nəzərdə tutulub. Qanunun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” 4 oktyabr 2012-ci il tarixli qərar qəbul edilib. Bu qərarla təsdiq olunmuş Qaydalar ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi, habelə POS-terminalların tətbiqi ilə bağlı digər münasibətləri tənzimləyir. Həmin qərara əsasən, Vergilər Nazirliyinə Mərkəzi Bankla birlikdə qərardan irəli gələn məsələlərin həllinin təmin edilməsi, aidiyyəti dövlət orqanlarına isə vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının kartlarla ödənilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb”.
Tapşırığın icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən geniş Tədbirlər Planı hazırlanıb və müvafiq əmrlə təsdiq olunub. Tədbirlər Planında POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi üzrə təşkilati, nəzarət, maarifləndirmə, məlumatlandırma və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Artıq Tədbirlər Planının icrasına başlanılıb.
Müsahibəsində “istənilən ödəmə prosesində, o cümlədən, nağdsız ödəmələrdə iki əsas tərəf iştirak edir-ödənişi yerinə yetirən və ödənişi qəbul edən tərəf. Deməli, nağdsız ödənişlərin həcminin daha da artırılmasının ən optimal yollarından biri hər iki tərəfin marağını təmin etməkdir” deyən A.Musayevin qənaətinə görə, bu gün pul hesablaşmalarının aparılmasında nağdsız ödəniş formasının üstünlükləri heç kəsdə şübhə doğura bilməz. Dünya təcrübəsi göstərir ki, nağdsız ödənişlər hesablaşmalarda operativliyin, rahatlığın, təhlükəsizliyin və şəffaflığın təmin olunması deməkdir. Yəqin ki, heç kim bu üstünlüklərdən imtina etmək istəməz.
Onun sözlərinə görə, qeyd olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, nağdsız ödənişlərin həcminin daha da artırılması üçün, ilk növbədə, ticarət və xidmət fəaliyyəti göstərən hər bir təsərrüfat subyektində elektron ödəniş vasitələri olan POS-terminalların quraşdırılması təmin olunmalıdır. Eyni zamanda, əhalinin geniş kütlələrinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallardan istifadəyə cəlb olunması üçün digər inzibati tədbirlərlə yanaşı, onlar arasında maarifləndirmə, məlumatlandırma işləri və stimullaşdırıcı tədbirlər görülməlidir.
Baş İdarənin rəisi deyib ki, bu gün aktiv əhalinin əksər hissəsi elektron ödəmələrin aparılması üçün plastik kartlara malikdir: “Əhalinin bu hissəsi POS-terminal quraşdırılmış ticarət və xidmət obyektləri üçün böyük müştəri potensialıdır. Bu potensialdan istifadə olunmasında isə özəl sektorun özünün də çox böyük rolu olmalıdır. Buna nail olunmasının geniş yayılmış üsulları kimi plastik kartlar vasitəsi ilə ödəniş aparan müştərilərə sahibkarlar tərəfindən qiymət endirimlərinin tətbiqini və yaxud onlar arasında uduşlu lotereyaların keçirilməsini göstərmək mümkündür. Bu gün artıq mətbuat və internet səhifələrində elektron ödəniş aparan alıcılara qiymət endirimləri edən bəzi özəl sektor subyektlərinin elan və reklamlarına rast gəlirik. Lakin təəssüf ki, belə subyektlərin sayı hələlik kifayət qədər deyil. Ümidvarıq ki, nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində dövlət qurumlarının həyata keçirdikləri tədbirlərlə yanaşı, gələcəkdə özəl sektorun stimullaşdırıcı tədbirlərinin rolu daha da artacaq”.
Nağdsız ödənişlərin stimullaşdırılması sahəsində dünya təcrübəsinə gəlincə A.Musayev “Beynəlxalq təcrübədə nağdsız ödənişlərin genişləndirilməsi üçün daha çox stimullaşdırıcı tədbirlərdən və nağd ödənişlərə məhdudiyyətin qoyulması üsullarından istifadə olunur. Məsələn, Macarıstanda POS-terminalların quraşdırılması üçün 3 il müddətinə subsidiyalar verilir. İsveçdə plastik kartlar vasitəsi ilə il ərzində edilən ödənişlərin 2 faizi həcmində əlavə bonus təqdim olunur. Kolumbiyada malların (işlərin, xidmətlərin) dəyəri plastik kartlarla ödənilərkən istehlakçılardan tutulan ƏDV-nin məbləği 2 faiz həcmində azaldılır. Bundan əlavə, bir sıra ölkələrdə nağd hesablaşmaların minimuma endirilməsi məqsədilə qanunvericilikdə məhdudiyyətlər qoyulub. Qazaxıstan, Rusiya Federasiyası, Belarus, Bolqarıstan və Fransanın qanunvericiliklərində təsərrüfat subyektləri arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmaların yuxarı həddi müəyyən edilib. Müəyyən olunmuş həddən atrıq məbləğdə nağd hesablaşmalar aparıldıqda vergi ödəyicisinə qarşı qanunvericiliklə müəyyən olunmuş maliyyə sanksiyaları tətbiq edilir. Nağdsız ödənişlərin stimullaşdırılması sahəsində beynəlxalq təcrübə yaxından öyrənilməklə bu sahədə daha müasir və qabaqcıl üsulların Azərbaycanda da tətbiqi məsələsi bu günün aktual məsələlərindəndir” - deyib.
NADİR
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

